07-09-2018
 

Karlova Universitetinin nümayəndə heyəti Kimya fakültəsində olub

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Karlova Universitetinin Təbiət elmləri üzrə fakültəsinin dekanı, professor İrji Zimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BDU ilə Karlova Universitetinin yarım əsrə yaxın əlaqələrinin olduğunu deyən rektor Abel Məhərrəmov əməkdaşlığın günü-gündən genişləndiyini, ötən illər ərzində 500-dən çox professor-müəllim və tələbənin akademik mübadilədə iştirak etdiyini diqqətə çatdırıb. Rektor, eyni zamanda, keçən il Karlova Universitetindən gəlmiş 10 nəfər müəllim və tələbənin ölkəmizin təbiətini, flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olduqlarını da xatırladıb.

Görüşdə həmçinin Bakı Dövlət Universitetinin Kimya və Biologiya fakültələri ilə Karlova Universitetin Təbiət elmləri fakültəsi arasında imzalanmış əməkdaşlıq haqqında müqaviləyə əsasən görülən işlərdən də bəhs edilib.

Görüşdən sonra qonaqlar Kimya, Biologiya fakültələrində və laboratoriyalarda olublar.

Digər yazılar

Kimya fakültəsinin tələbələri Karlov universitetində

Elmi praktiki konfrans

Yıldız Texnik Universitetinin professoru BDU-da

Elm və Əyləncə

BDU-nun Kimya fakultəsinin "Analitik Kimya" kafedrasının elmi seminarı keçirilmişdir

6 Mart 2019-cu il tarixində Bakı Dövlət Universitetində Elmi hissənin dəstəyi ilə STARTAP layihələrinin təqdimatı keçirilib

Kimya fakultəsinin IV kurs tələbəsi Səfərova Aytən Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin I Respublika elmi konfransında iştirak etmişdir

"Kimyanın aktual problemləri” XIII Beynəlxalq elmi konfransı

"Analitik kimya" kafedrasında elmi seminar keçirilib

BDU-da “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək - ELAN

Kimya fakültəsinin müəllimi SABAH tələbələrinə “Alimliyə gedən yol” mövzusunda təlim keçib

"Analitik kimya" kafedrasında yeni elmi seminar keçirilib

"Analitik kimya" kafedrasında elmi seminar keçirilib

"New Materials Compounds and Applications" jurnalının yeni sayı çıxıb

“Analitik kimya” kafedrasında növbəti elmi seminar keçirilmişdir

Kimya fakültəsinin tələbəsi Slovekiyada keçirilən tədbirdə iştirak edib

Kimya fakültəsinin tələbələri arasında "kimya biliklərini sına" adlı bilik yarışması təşkil edilmişdir.

Rektor birincilərlə görüşüb

Akademik Abel Məhərrəmovun həmmüəllifi olduğu monoqrafiya Moskvada çap olunub

Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək