07-02-2019
 

"Analitik kimya" kafedrasında yeni elmi seminar keçirilib

Analitik kimya kafedrasında uzun illərdir ki, müxtəlif metal ionlarının qatılaşdırılaraq təyini üsulları üzrə elmi-tədqiqat işləri həyata keçirilir. Bu məqsədlə malein anhidridi və stirol sopolimerləri modifikasiya olunaraq, onların əsasında yeni sintetik sorbentlər sintez olunur və alınmış sorbentlər müxtəlif metodların köməyi ilə  identifikasiya olunur. Bu elmi işlərin nəticələri dünyanın bir çox nüfuzlu jurnallarında dərc edilmişdir. Kafedranın elmi və pedaqoji potensialı həmişə yüksək olması üçün hazırda kafedranın əməkdaşları qarşısında qoyulan əsas məqsədlərdən biri qabiliyyətli gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi və onları kafedranın gələcəyi üçün yetişdirməkdən ibarətdir.  Kafedrada ayda iki dəfə olmaqla elmi seminar təşkil olunur. Bu seminarlarda kafedranın əməkdaşları və doktorantlar apardıqları elmi-tədqiqat işlərinin nəticələri haqqında məruzələr edirlər.

1 fevral 2019-cu il tarixində BDU-nun Kimya fakultəsinin  Analitik Kimya kafedrasında növbəti elmi seminar keçirilmişdir. Elmi seminarda Analitik kimya kafedrasının əməkdaşı, dissertant  Nərmin Tofiq qızı Əfəndiyeva “Ag(I) kompleksəmələgətirici polimer sorbentlərlə qatılaşdırılaraq sorbsion-fotometrik təyinat metodikasının işlənilməsi” mövzusunda dissertasiya işinə aid görülən işlər haqqında təqdimat ilə çıxış etmişdir. Elmi seminarda Analitik kimya  və  Ekoloji kimya  kafedralarının əməkdaşları iştirak etmişdilər.

Digər yazılar

Kimya fakültəsinin tələbələri Karlov universitetində

Elmi praktiki konfrans

Yıldız Texnik Universitetinin professoru BDU-da

Elm və Əyləncə

BDU-nun Kimya fakultəsinin "Analitik Kimya" kafedrasının elmi seminarı keçirilmişdir

6 Mart 2019-cu il tarixində Bakı Dövlət Universitetində Elmi hissənin dəstəyi ilə STARTAP layihələrinin təqdimatı keçirilib

Kimya fakultəsinin IV kurs tələbəsi Səfərova Aytən Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin I Respublika elmi konfransında iştirak etmişdir

"Kimyanın aktual problemləri” XIII Beynəlxalq elmi konfransı

"Analitik kimya" kafedrasında elmi seminar keçirilib

BDU-da “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək - ELAN

Kimya fakültəsinin müəllimi SABAH tələbələrinə “Alimliyə gedən yol” mövzusunda təlim keçib

"Analitik kimya" kafedrasında yeni elmi seminar keçirilib

"Analitik kimya" kafedrasında elmi seminar keçirilib

"New Materials Compounds and Applications" jurnalının yeni sayı çıxıb

“Analitik kimya” kafedrasında növbəti elmi seminar keçirilmişdir

Kimya fakültəsinin tələbəsi Slovekiyada keçirilən tədbirdə iştirak edib

Kimya fakültəsinin tələbələri arasında "kimya biliklərini sına" adlı bilik yarışması təşkil edilmişdir.

Rektor birincilərlə görüşüb

Akademik Abel Məhərrəmovun həmmüəllifi olduğu monoqrafiya Moskvada çap olunub

Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək