19-02-2019
 

Kimya fakültəsinin müəllimi SABAH tələbələrinə “Alimliyə gedən yol” mövzusunda təlim keçib

SABAH Karyera Akademiyası proqramı çərçivəsində 12-14 fevral 2019-cu il tarixlərində, Qubada təşkil edilən SABAH III Karyera Qış Məktəbi layihəsində, BDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Elvin Yaşar oğlu Məlikov təlimçi qismində iştirak edib. Təlimçi "Alimliyə gedən yol" mövzusunda təqdimatla çıxış edib.

Motivasiya xarakterli təlimdə tələbələr gənc alimin uğur hekayəsi ilə tanış olublar. Bundan başqa təlimçi tələbələri alim olmaq üçün etməli olduqları işlər və qazanmalı olduqları keyfiyyətlərlə məlumatlandırıb. Təlim çərçivəsində elmi tədqiqatların həyata keçirilməsi, əldə edilən nəticələrin elmi əsərə çevrilərək nəşr etdirilməsinin effektiv yolları təlimçi tərəfindən tələbələrə izah edilib.

Təlimdə işirak etdiyinə görə Elvin Məlikov Təhsil nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

100-ə yaxın tələbənin iştirak etdiyi SABAH III Karyera Qış Məktəbində işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilib.

Qeyd edək ki, Elvin Məlikov 2018-ci ildə təşkil olunmuş SABAH II Karyera Qış Məktəbində də təlimçi qismində iştirak etmişdi.

Digər yazılar

Kimya fakültəsinin tələbələri Karlov universitetində

Elmi praktiki konfrans

Yıldız Texnik Universitetinin professoru BDU-da

Elm və Əyləncə

BDU-nun Kimya fakultəsinin "Analitik Kimya" kafedrasının elmi seminarı keçirilmişdir

6 Mart 2019-cu il tarixində Bakı Dövlət Universitetində Elmi hissənin dəstəyi ilə STARTAP layihələrinin təqdimatı keçirilib

Kimya fakultəsinin IV kurs tələbəsi Səfərova Aytən Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tələbələrin I Respublika elmi konfransında iştirak etmişdir

"Kimyanın aktual problemləri” XIII Beynəlxalq elmi konfransı

"Analitik kimya" kafedrasında elmi seminar keçirilib

BDU-da “Elm günü”nə həsr olunmuş müsabiqə keçiriləcək - ELAN

Kimya fakültəsinin müəllimi SABAH tələbələrinə “Alimliyə gedən yol” mövzusunda təlim keçib

"Analitik kimya" kafedrasında yeni elmi seminar keçirilib

"Analitik kimya" kafedrasında elmi seminar keçirilib

"New Materials Compounds and Applications" jurnalının yeni sayı çıxıb

“Analitik kimya” kafedrasında növbəti elmi seminar keçirilmişdir

Kimya fakültəsinin tələbəsi Slovekiyada keçirilən tədbirdə iştirak edib

Kimya fakültəsinin tələbələri arasında "kimya biliklərini sına" adlı bilik yarışması təşkil edilmişdir.

Rektor birincilərlə görüşüb

Akademik Abel Məhərrəmovun həmmüəllifi olduğu monoqrafiya Moskvada çap olunub

Yunanıstanın Saloniki şəhərində 17-ci Beynəlxalq Kimya və Ətraf Mühit konfransı keçiriləcək