22-12-2020
 

Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş "Koordinasion birləşmələr kimyası" mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının 85 illik yubileyinə həsr olunmuş "Koordinasion birləşmələr kimyası" mövzusunda VIII Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-nun rektoru Elçin Babayev virtual konfransı giriş sözü ilə açaraq BDU-nun Kimya fakültəsinin kimya elminin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib. Analitik kimya kafedrasının inkişafında akademik Rəfiqə xanım Əliyevanın müstəsna xidmətlərini diqqətə çatdırıb. Rektor son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən danışıb, Universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən bəhs edib.

E.Babayev Kimya fakültəsinin ölkədə geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik kimyaçı kadrların hazırlanmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov onlayn konfransın yüksək səviyyədə təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib. Kimya fakültəsinin tarixi və inkişaf yolu barəsində danışan A.Əzizov kimya təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Dekan kafedranın əldə etdiyi elmi nailiyyətlərdən, araşdırmalardan, elmi əlaqələrindən bəhs edib.

Daha sonra Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri akademik Adil Qəribov, Fiziki və kolloid kimya kafedrasının professoru Cəbrayil Mirzai, ADPU-nun Analitik və üzvi kimya kafedrasının professoru Nailə Verdizadə analitik kimya kafedrasında aparılan elmi araşdırmaların kimya elminə verdiyi töfhələrdən, elmi-pedoqoji kadrların hazırlanmasında görülən işlərdən danışıblar, xatirələrini bölüşüblər, təbrik nitqləri səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanda kimya sahəsi milli elmi istiqamətlər içərisində ən qədimidir və Bakı Dövlət Universitetinin kimya sahəsində gördüyü işlər təqdirəlayiqdir.

Konfransda Türkiyə Respublikasından, İran İsalm Respublikasından, Portuqaliyadan, Almaniyadan nüfuzlu kimyaçı alimlər iştirak edib.

Plenar iclasda "Liquid chromatographic determination of Co(II), Fe(III) And Al(III) as oxinate chelates, after hollow fiber supported liquid phase microextraction from water and dried tea leaves", "Activity coefficient of 1 - butyl - 3 - methylimidazoli Um trifluoro methane sulfonate and methanol solutions", "Piroqallol əsaslı azobirləşmələrin bəzi metal ionları ilə müxtəlif liqandlı kompleksləri", "Tempo-a versatile ligand for metal complex catalysis", "Tərkibində radioaktiv metal mərkəzləri olan malein anhidridi-stirol sopolimeri əsasli koordinasion polimerlər: Sintezi, quruluşu, sorbsiya xassələri" mövzusunda məruzələr dinlənilib.

Digər yazılar

Kimya fakültəsində rəsm müsabiqəsi

"Young chemists club" növbəti seminarını keçirib

Kimya fakültəsində Tələbə Elmi Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib.

Kimya fakültəsində "Xocalı - ovudulmaz və unudulmaz yaramız" adlı onlayn tədbir keçirildi.

Kimya fakültəsində "Milli-mənəvi dəyərlər və Qarabağ" adlı tədbir keçirilib.

"Young chemists club" ilk seminarını keçirib

"Young chemists club" ilk seminarını keçirib

Kimya fakültəsi tələbələrindən növbəti nümunəvi addım

Kimya fakültəsi tələbələrindən növbəti nümunəvi addım

BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasında beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi xarakterli nəticələr alınıb.

"Kitab bir mədəniyyətdir" adlı onlayn tədbir keçirilmişdir.

"Covid-19-un həyatımıza təsiri" adlı onlayn tədbir keçirilmişdir.

YAP Yasamal təşkilatinın bakı dövlət universitetinin kimya fakültəsinə qəbul olmuş i kurs tələbələri ilə görüş keçirildi

Kimya fakültəsinin bir qrup fəal tələbəsinin təşəbbüsü ilə şəhid və qazı ailələrinə yardım məqsədi ilə kompaniya başladılmışdır

Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı idarə heyətinin genişləndirilmiş iclası keçirilmişdir

Biologiya və Kimya fakültələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə Dünya Xərçəng Gününə həsr olunmuş onlayn tədbir keçirilib

“Gənclər siyasətində Tələbə Gənclərin yeri və rolu” adlı onlayn tədbir keçirilmişdir

"Qanlı Yanvar"

Microsoft Teams platforması üzərindən Analitik kimya kafedrası ilə tələbələrin görüşü baş tutmuşdur

Kimya fakültəsində 2020-ci ilin yekunlarına dair Elmi Şura keçirilmişdir