20-02-2021
 

Kimya fakültəsində "Milli-mənəvi dəyərlər və Qarabağ" adlı tədbir keçirilib.

20.02.2020-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Milli-mənəvi dəyərlər və Qarabağ” adlı onlayn tədbir keçirildi. Tədbir Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirlinin moderatorluğu ilə baş tutmuşdur. Tədbirdə Kimya fakültəsinin dekanı Abdülsəyid Əzizov, dekan müavini Taleh Qəhramanov çıxış edərək tədbir iştirakçılarını mövzu haqqında ətraflı çıxışları ilə maarifləndirmişdirlər. Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçısı, Kimya fakültəsinin məzunu Vüqar Əhmədov, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı Sənaye kimyası Elmi Tətqiqat Labaratoriyasının kiçik elmi işçisi Mircavid Ağayev də çıxış edərək müharibə haqqında olan təəssüratlarını tələbələrlə bölüşmüşlər. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının idarə heyətinin aktiv üzvü Şəhanə Məmmədzadə tədbirdə aparıcılıq etmişdir. İcra heyətinin üzvləri Məmmədova Nargin, İsmayılova Cahan və Mirzəyeva Şəbnəm mövzular haqqında çıxışlar etmiş, fakültənin ikinci kurs tələbəsi Yusifov Yusifin hazırladığı videoçarx təqdim olunmuşdur. Tədbirdə “Gənclərimizin formalaşmasında qəhramanlarımızın nümunəsi” adlı esse müsabiqəsinin nəticələri açıqlanmışdır. Belə ki birinciliyə Mirzəyeva Gülçin, ikinciliyə Hüseynova Günel, üçüncülüyə isə Sadiqli Turanə layiq görülmüşdür. Tədbir fakültənin birinci kurs tələbəsi Məmmədova Zəkiyyənin çıxışı ilə yekunlaşmışdır.

Digər yazılar

Kimya fakültəsi Üzvi kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Kimya fakültəsində növbəti onlayn görüş keçirildi.

Kimya fakültəsində rəsm müsabiqəsinin nəticələri açıqlanıb.

Kimya fakültəsi Ümumi və qeyri-üzvi kimya kafedrası onlayn elmi seminar keçirib.

Kimya fakültəsində Qars Qafqaz universitetinin professoru Hacalı Nəcəfoğlu ilə görüş keçiriləcəkdir.

Kimya fakültəsinin əməkdaşlarının yazdığı məqalə beynəlxalq jurnalda dərc olunub.

Kimya fakültəsində “Alkenilfenollar əsasında xüsusi məqsədli və texniki əhəmiyyətli maddələrin alınmasının perspektiv istiqamətləri” mövzusunda Elmi seminar keçirilib

Kimya fakültəsində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

"Young chemists club" növbəti seminarını keçirib.

Kimya fakültəsində “Autizm-Dünya Marifləndirmə Günü” adlı onlayn tədbir keçirilib.

Kimya fakültəsində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

Bakı Dövlət Universiteti Kimya fakültəsində beynəlxalq akkreditasiya aparılmışdır.

Kimya fakültəsi Kimyanın Tədrisi Metodikası kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Kimya fakültəsi Neft kimyası və Kimya texnologiyası kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Kimya fakültəsi Fiziki-kolloid kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə onlayn seminar keçirib.

Novruz bayramına həsr olunmuş videoçarx hazırlanıb.

Kimya fakültəsində "Yurdumuza yaz gəldi" adlı onlayn tədbir keçirilmişdir.

"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və dünyada etibarlı tərəfdaş imici" adlı onlayn tədbir keçirilib.

"Young Chemists club" növbəti seminarını keçirib

Kimya və Biologiya fakültələri "Narkomaniya- bəşəriyyətin ən böyük düşməni" adlı onlayn tədbir keçirilib.