11-10-2021
 

Şəhid ailəsi ziyarət edildi!

Bakı Dövlət Universiteti SABAH qruplarının Kimya müəllimliyi ixtisasının 3cü kurs tələbəsi Süleymanova Arzunun 18 dekabr 2020-ci il tarixindən başlatdığı “Torpağımızın əmanətləri” kompaniyası uğurla davam etdirilir.  Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev və  fakültə tələbələrinin iştirakı ilə şəhid ailəsi ilə növbəti görüş keçirilib. Şəhidimiz Ataməli Musaoğlunun Vətənə əmanət qalan yeganə 3 yaşlı qızı Gülü ziyarət ediblər. Anası və atasına mənəvi dəstəklərini göstərərək, onların Vətənə yetişdirdiyi savadlı, vətənpərvər, mübariz oğulları üçün minnəttarlıqlarını ifadə ediblər. Şəhidimizin qızı Güllə vaxt keçirib ona qayğıyla yanaşmış, müxtəlif geyim və hədiyyələrlə sevindirməyə çalışaraq doğma qızımız kimi sevgimizi hiss etdiriblər. Tələbələrin təəsüratlarından : “ Maraqlı görüş oldu. Ana və atanın üzlərindəki kədəri gördükcə adamın içi parçalanırdı. Sanki heç 1il keçməyib. Həmənki ağrı acını dünənki gün kimi hiss edirdilər. Gülün nənəsinin dediklərinə görə axşamlar Gül atasını soruşub ağlayır. Valideynləri oğlu Ataməli ilə olan xatirələrindən danışdı. Ananın sözlərinə görə çox yaxşı şahmat oynamağı bacarır. Sonuncu oyunu oğlu ilə olmuşdur. İlk dəfə oğluna uduzan ana Ataməlinin şəhid düşməsindən sonra bir daha şahmat oynamayıb. Təşkilatçı Arzu xanımın görüşdən sonrakı düşüncələri : “ Bizim bugünkü günümüzdə isti evdə yatmağımız üçün soyuq su içində, dağlar başında, yastığı daş-qaya, döşəyi torpaq olan Şəhid Ataməlinin valideynləri qarşısında durmaq ağır idi. Gözlərindəki həsrət ürək parçalayırdı. Oğullarının necə savadlı olduğu, uğurlarından danışdıqca bizə də təhsilin önəmli olduğunu vurğulayırdı. Ataməlinin ən böyük arzularından biri Bakı Dövlət Universitetində professor müəllim kimi işləmək idi. Arzusu yarım qaldı.. Bizim təhsilli olub Vətən üçün uğurlar qazanmağımızı ata özü üçün təsəlli olaraq görürdü. Onların yanında olmağımız çox sevindirmişdi. Çox zaman işlədilən bu cümlə mənə atanın sözlərindən sonra daha çox təsir etdi; Şəhidlər doğurdan da unudulan zaman ölür. Unutdurmayaq!“

Digər yazılar

Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev İCESCO-nun seminarında iştirak edib

Kimya fakültəsinin tələbələri Bakı Beynəlxalq Kitab Sərgisində

Şəhid ailəsi ziyarət edildi!

Fakültə Elmi Şuranın növbəti iclası keçirilmişdir

Fakültəmizin əməkdaş və tələbləri II Fəxri xiyabanda şəhidlərin məzarını ziyarət etdilər

Akademik Rəfiqə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümüdür

Sialkot Qadın Universitetinin Dövlət Kolleci (GCWUS) ilə Kimya fakültəsi arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq

26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir

Kimya fakültəsinin kollektivinə ağır itki üz vermişdir

Türk Liderlərinin Şuşada tarixi görüşü

Kimya fakültəsində Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib

"Müasir gənclik və sosial media" adlı onlayn tədbir keçirilmişdir.

Professor Eldar Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik edirik!

Kimya fakültəsinin kollektivinə ağır itki üz vermişdir

Kimyanın tədrisi metodikası kafedrası onlayn seminar keçirib

Kimya fakültəsində 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir.

Kimya fakültəsi Analitik kimya kafedrası Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə adlı onlayn seminar keçirilib.

Kimya fakültəsində «Kimyanın aktual problemləri» XIV Beynəlxalq Elmi Konfransı keçirilmişdir.

Kimya fakültəsində "İmtahan psixologiyası" adlı onlayn seminar keçirilmişdir.

BDU-da “Qarabağ zəfəri Heydər Əliyev siyasətinin nəticəsidir” adlı tədbir keçirilib.