01-11-2021
 

Professor Sabit Məmmədovun 70 illik yubileyi keçirilib

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin «Fiziki və kolloid kimya» kafedrasinin professoru Məmmədov Sabit Eyyub oğlunun anadan olmasının 70, elmi pedaqoji fəaliyyətinin 50 illiyi tamam olmuşdur.

Sabit Məmmədov Azərbaycan Dövlət Universitetinin (BDU) Kimya fakültəsini bitirib, 1973-1975-ci illərdə Azərbaycan Respublikası Zaqatala şəhərinın orta məktəbində müəllim vəzifəsində işləmiş, 1978-ci ildə AMEA-nın Neft-kimya prosesləri institutunun aspiranturasına qəbul olunmuşdur. 1978-1981-ci illərdə həmin institutda kiçik elmi işçi vəsifəsində çalışmış, 1981-ci ildən ADU-nun Kimya fakültəsində baş elmi işçi, müəllim, Tədris metodiki Şuranın sədri vəzifələrində işləmişdir. 2008-ci ildən „Fiziki və kolloid kimya“ kafedrasında professor vəzifəsində çalışır.

O, iki yüzə qədər elmi əsərin, o cümlədən 5 kitab, 12 patent və 2 monoqrafiyanın  müəllifidir. Onun rəhbərliyi ilə 9 nəfər elmlər namizədi, 1 elmlər doktoru,  20-dən çox magistr hazırlanmışdir. Sabit Məmmədov Heterogen kataliz, Seolit katalizi sahəsində tanınmış alimdir.

2009-cu ildə “Tərəqqi” medalı ilə, 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif edilmişdir.

Sabit müəllimi yubileyi münasibətilə təbrik edir, Azərbaycan kimya elminin daha da inkişafı naminə möhkəm can sağlığı, xoşbəxtlik və yorulmaz fəaliyyət arzu edirik.

 

Digər yazılar

Kimya fakültəsi ilə SOCAR POLYMER zavodunun əməkdaşları arasında görüş keçirilib

Arzu Yunus qızı Abiyevanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Söz adamları ilə görüş

“Elm və Əyləncə 4” adlı tədbir keçirilib

Tələbəmizin Türkiyənin "Ahi Evran" beynəlxalq jurnalında məqaləsi dərc olunub

Kimya fakültəsində növbəti elmi seminar keçirilib

“Maddələrin aqreqat halı" mövzusunda onlayn elmi seminar keçirmişdir

ÜMUMMİLLİ LİDERİMİZ - HEYDƏR ƏLİYEV

Neft kimyası və kimya texnologiyası kafedrası "Alternativ enerji mənbələri "mövzusunda elmi seminar keçirtmişdir

Xəmsə Milli İntelektual Oyunu keçirilmişdir

Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

"Söz adamları ilə görüş"

Kəlbəcər - Azərbaycandır adlı tədbir

Tələbələrimizin Azərbaycan İncəsənət Muzeyinə ekskursiyaları

Fakültənin professoru Beynəlxalq Konfransda iştirak edib

TEC-İN növbəti seminarı keçirilib

“Tələbə Gənclər Təşkilatı qazandırır” adlı tədbir keçirilib

Neft kimyası və kimya texnologiyası kafedrasının filialında görüş keçirilib

Fakültənin professoru Beynəlxalq Simpoziumda iştirak edib

12 noyabr-Konstitusiya günü