11-12-2021
 

ÜMUMMİLLİ LİDERİMİZ - HEYDƏR ƏLİYEV

11.12.2021-ci tarixində Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş "Ümummilli Liderimiz - Heydər Əliyev" adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilmiş və Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarx nümayiş olunmuşdur.

Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli həyatını xalqımızın  gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına, inkişafına həsr etmiş Ümummilli Liderin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.

Tədbirdə Yüksəkmolekullu Birləşmələr Kimyası kafedrasının müdiri professor Rasim Alosmanov  Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə I Qarabağ müharibəsində qazandığı zəfərləri və atdığı siyasi addımlardan bəhs etmişdir. Neft Kimyası və Kimya Texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə neft-kimya sənayesinin inkişafına verdiyi  önəmi vurğulamış və imzalanan "Əsrin müqaviləsi” haqda ətraflı məlumat vermişdir. Tələbələrdən Məhərrəmova Arzu, Mustafayev Eltac Ulu Öndərin keşməkeşli həyat yolu gənclərə verdiyi önəmdən və apardığı Gənclər Siyasətindən danışmışdır.

Digər yazılar

ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

FAKÜLTƏDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB

"ŞUŞA, SƏN AZADSAN!" ADLI TƏDBİR

NAMİQ ŞIXALİYEVİN TƏQDİMATINDA ELMİ SEMİNAR KEÇİRİLİB

ÜMUMMİLLİ LİDERİMİZ VƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM MODELİ

AKADEMİK VAQİF FƏRZƏLİYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"BİZ DƏ HAMI KİMİYİK" ADLI TƏDBİR KEÇİRİLİB

KİMYA FAKÜLTƏSİNDƏ NÖVBƏTİ ELMİ SEMİNAR KEÇİRİLİB

“NARKOMANİYAYA YOX DEYƏK!” ADLI TƏDBİR KEÇİRİLİB

"ŞUŞA İLİ" ÇƏRCİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

KİMYA FAKÜLTƏSİNDƏ NÖVBƏTİ USTAD DƏRSİ KEÇİRİLİB

AZƏRBAYCAN QİDA TƏHLÜKƏSİZLİYİ İNSİTİTUTU İLƏ GÖRÜŞ

KÖNÜLLÜLƏRİMİZ DAUN SİNDROMLU ŞƏXSLƏRLƏ GÖRÜŞÜBLƏR

“ANALİTİK KİMYA” KAFEDRASINDA ELMİ SEMİNAR KEÇİRİLİB

"RADİASİYA KİMYASI" MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB

"XARIBÜLBÜL" ADLI RƏSM SƏRGİSİ KEÇİRİLİB

“KİMYANIN TƏDRİSİ METODİKASI KAFEDRASI”NDA ELMİ SEMİNAR KEÇİRİLİB

FAKÜLTƏNİN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB

APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

TƏLƏBƏLƏRİMİZ II FƏXRİ XİYABANI ZİYARƏT EDİBLƏR