Home AZRUEN

ANALİTİK KİMYA KAFEDRASI

Analitik kimya kafedrası 1935-ci ildə yaradılmışdır. Kafedranın tərkibində  9 professor-müəllim və 7 laborant fəaliyyət göstərir. Kafedra müdiri prof. k.e.d. Çıraqov Famil Musa oğludur.
Elmi işlərin yerinə yetirilməsində iştirak edən kafedranın professor-müəllim və laborant hey’əti aşagidakılardır:

Müəllim heyəti.

1.Çıraqov F.M.-kafedra müdiri, k.e.d., prof.
2. Xəlilova F.Q. -k.e.n., müəllim
3.Həmidov S.Z.-k.e.n, müəllim
4. Abdullayev R.Ə.-k.e.n., dos.
5.Babayev Ə.Q.-k.e.n., dos.
6.Nağıyev X.C.-k.e.d., prof.
7.Muğalova G.R.-k.e.n., dos.
8.Məmmədov P.R.-k.e.n., dos.
9.Məmmədova M.F. - k.e.n., müəllim

Laborant heyəti.  

1. Məmmədov M.N.- lab. müdiri
2. Aslanova F.T.-böyük laborant                        
3. Gülərli Ü.A.-böyük laborant, k.e.n.                                    
4. Babayeva L.Ş.-laborant
5. Eyyubova E.C. - böyük laborant
6. Əfəndiyeva N.T. - böyük laborant
7. Məmmədova M.F. - böyük laborant

Analitik kimya kafedrasında artıq bir neçə ildir ki, fiziki-kimyəvi metodlarla qeyri-üzvi maddələrin analizi üçün üzvi reaktivlərin və xelat sorbentlərin tədqiqi» mövzusunda elmi-tədqiqat işi aparır. Elmi – tədqiqat işində kafedranın professor müəllim və, laborantları, o cümlədən aspirant və dissertantları iştirak etmişdir.

Analitik kimya kafedrasında mütəmadi  olaraq kafedra iclasları keçirilir və iclaslarda elmi-metodik və tədris məsələləri müzakirə olunur. Periodik olaraq elmi seminarlar, tələbələrin kurs və diplom işlərinin müzakirəsi keçirilir.
Elmi işlər məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim olunmuş və çap olunmuşdur.
Bütün tədris işləri ərzində kafedrada sistematik olaraq kimya,  biologiya və ekologiya və torpaqşünaslıq fakultələrinin birinci, ikinci və üçüncü kurs tələbələri üçün kollokviumların sualları müzakirə olunur, həmçinin magistr-tələbələr üçün tədris yükünə uyğun olaraq yeni proqram tərtib olunmuş və buraxılış işinin mövzuları müəllimlərlə birlikdə müzakirə olunmuşdur. Təsərrüfat işləri üzrə də bə’zi problemlər o cümlədən, reaktivlərin alınması, laboratoriya cihazların (FEK, pH-metr, analitik tərəzi və s.) tə’miri işləri həll edilmişdir. Kafedra əməkdaşlarının nizam intizamına da riayət olunur.
Kafedranın 2016/2017 tədris ili üçün ümumi dərs yükü 6330 saat təşkil edir.
Analitik kimya kafedrası 1935-ci ildə yaradılmış və onun ilk rəhbəri M. Ə. Əfəndi olmuşdur. Sonralar kafedraya prof. V. F. Neqreyev (1937-1941), prof. M.Q.Əhmədli (1941-1979) və prof. D.H.Qəmbərov (1979-2006) rəhbərlik etmişdir. 2006-cı ildən isə kafedraya prof. F.M. Çıraqov rəhbərlik edir. Hazırda kafedrada 1 AMEA-nın həqiqi üzvi, professor, 2 k.e.d., professor, 4 k.e.n., dosent, 4 k.e.n.  müəllim və  4 baş laborant fəaliyyət göstərir ki, onlardan biri kimya elmləri namizədidir. Yarandığı gündən kafedrada elmi-pedoqoji kadrların hazırlanmasına böyük əhəmiyyət verilmişdir. 1938-ci ildən indiyə qədər professorlar M.Q. Əhmədli, D.H.Qəmbərov, R.Ə.Əliyeva və F.M. Çıraqovun rəhbərliyi altında 50-yə yaxın elmlər namimzədi və elmlər doktoru hazırlanmışdır. Müxtəlif vaxtlarda kafedrada kimya elmləri doktorları, professorlar H.B. Şaxtaxtinski, P.F.Rzazadə və kimya elmləri namizədləri Ə.A.Bəşirov, Q.A.Abbasov, C.A. Əfəndiyev, C.H.Həsənov, B. Qranovskaya, E.L. Qluşenko, A.K. Kazımova, S.R.Əzimova, N.S Xəlilova, A.M.Əyyubova Ş.İ. İslamov, A.M.Qafarova, Ə.Q.Hüseyinli, R.İ. Süleymanov , T.Ə.Abdullayeva, Ə.A.Məlikov çalışmışlar.

Analitik kimya kafedrasında aşağıdakı fənlər tədris olunur:

1. Bakalaır pilləsində:

•    Analitik kimya
•    Fiziki-kimyəvi analiz metodları
•    Kompleks birləşmələrin analitik kimyada tətbiqi
•    Dərman maddələrin analizi
•    Müasir analiz metodları
•    Metrologiya və standartlaşdırma

2. Magistr pilləsində:

•    Nadir elementlər analizi
•    Rentgen spektroskopiya analiz metodu
•    Ayrılma və qatılaşdırma metoduları
•    Nümunə çəkisinin ğötürülməsi
•    Xromatoqrafik analiz metodları
•    Elektrokimyəvi analiz metodları
•    Optiki analiz metodları
•    Atom-absorbsion analiz metodları
•    Konkret obyektlərin analizi
•    Standartlaşdirma və sertıfıkatlaşdırma
•    Ekspertızanın təşkılı
•    Ekspertıza obyektləri
•    Kriminalistikada kimyəvi analizin tətbiqi

Kafedrada üzvi və qeyri-üzvi reaktivlərdən istifadə etməklə eyni və müxtəlifliqandlı kompleks birləşmələr sintez edilir və onların tərkibi, quruluşu və xassələri analitik kimyanın müasir metodlarından istifadə etməklə tədqiq edilir. Tədqiq edilmiş birləşmələrdən istifadə etməklə Cu(II), Fe(III), Co(II), Ni(II), Mo(VI), V(V), Ti(IV), Sn(II,IV), Pb(II), Al(III), Ga(III), İn(III), Zr(IV), Hf(IV), Nb(V), Ta(V), W(VI) və s. metal ionlarının yüksək analitik göstəricilərə malik spektrofotometrik, ekstraksiyalı-spektrofotometrik, sorbsiyalı-spektrofotometrik, atom-absorbsion, ekstraksiyalı atom-absobsion və polyaroqrafik təyinat metodikaları işlənib hazırlanmışdır.
Kafedra əməkdaşları tədqiqat işlərində məlum üzvi reaktivlərlə yanaşı, yeni sinif üzvi reaktivlərdən də geniş istifadə edir. Son dövrlər kafedrada piroqallol əsasında azobirləşmələr və diketonlar əsasında üzvi reaktivlərin sintezinə xüsusi diqqət ayrılmışdır.
Müxtəlifliqandlı kompleks birləşmələrin əmələ gəlmə  qanunauyğunluqlarının tədqiqi və yeni sinif polimer sorbentlərin analitik kimyaya tətbiqi də kafedranın son dövrlər apardığı yeni elmi istiqamətlər sırasına daxildir. Müxtəlifliqandlı komplekslərin əmələ gəlməsi və analitik xassələrinin kompleksəmələgətirici və liqandların təbiətindən asılılığının öyrənilməsinə, üçüncü komponentlərin seçilmə qanunauyğunluqlarının müəyyənləşdirilməsinə dair hazırda kafedrada intensiv tədqiqat işləri aparılır. Eyni qayda ilə yüksək seçicilikli polimer və sopolimer sorbentlərin alınması və onların xüsusilə, ətraf mühit obyektlərində tərkibində mikromiqdar tərtibində olan, radioaktiv və zərərli təsirə malik U(VI), Th(IV), Hg(II), Cd(II) və s. metal ionlarının qatılaşdırılaraq ayrılması məqsədilə tətbiqinə yüksək diqqət yetirilir.

Tədris proqrammları

1.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X. «Spektral analiz metodları» fənni üzrə proqramm (magistpilləsi üçün) //Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s.154-161
2.Qəmbərov D.H., Çıraqov F.M.,Nağıyev X.C. «Elektrokimyəvi analiz metodları»  fənni üzrə proqramm (magistpilləsi üçün) // Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s.162-166
3.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C. «Biokimyəvi və bioloji analiz metodları» fənni üzrə proqramm (magistpilləsi üçün) // Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s.167-169
4.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C. «Üzvi reaktivlərin kompleks birləşmələri və onların kimyəvi analizdə tətbiqi» fənni üzrə proqramm (magistpilləsi üçün) // Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s.170-171
5.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C. Nümunə çəkisinin götürülməsi və analizin aparılması» fənni üzrə proqramm (magistpilləsi üçün) Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s175-180
6.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C «Analiz nəticələrinin riyazi işlənməsi» fənni üzrə proqramm (magist pilləsi üçün).// Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s. 171-184
7.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C «Ayrılma və qatılaşdırma metodları» fənni üzrə proqramm (magist pilləsi üçün) Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s. 171-184
8.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C «Xromotoqrafik analiz metodları» fənni üzrə proqramm (magist pilləsi üçün) //) Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s. 192-197
9.Qəmbərov D.H.,Çıraqov F.M.,Nağıyev X.C «Nadir elementlərin analizi» fənni üzrə proqramm (magist pilləsi üçün)// Ali məktəblərdə kimya istiqaməti üzrə magistr ixtisaslaşmalar üçün fənn proqramları. Bakı 2007.s. 192-197
10. Əliyeva R.Ə., Çıraqov F.M., Nağıyev X.C. “Standartlaşdırma və sertifikatlaşdırma” (magistr pılləsi üçün) //Ali məktəblərin “Kimyəvi ekspertiza” ixtisası üzrə magistr hazırlığı üçün fənn proqramları. Bakı 2013. S.3-10.
11.  Əliyeva R.Ə., Çıraqov F.M., Nağıyev X.C. “Kriminalistikada kimyəvi analizin tətbiqi” (magistr pılləsi üçün) //Ali məktəblərin “Kimyəvi ekspertiza” ixtisası üzrə magistr hazırlığı üçün fənn proqramları. Bakı 2013. S.11-19
12. Əliyeva R.Ə., Çıraqov F.M., Nağıyev X.C. “Ekspertıza obyektləri” (magistr pılləsi üçün) //Ali məktəblərin “Kimyəvi ekspertiza” ixtisası üzrə magistr hazırlığı üçün fənn proqramları. Bakı 2013. S 20-32
13.Əliyeva R.Ə., Çıraqov F.M., Nağıyev X.C. “Ekspertızanın təşkilii” (magistr pılləsi üçün) //Ali məktəblərin “Kimyəvi ekspertiza” ixtisası üzrə magistr hazırlığı üçün fənn proqramları. Bakı 2013. S 33-41

Tədris vəsaitləri

1.    Alekseev V.N.  Vəsfi kimyəvi yarımmikroanaliz kursu. (I hissə). Tərcümə edənlər: Əliyeva R.Ə., Bəşirov Ə.A. 1994. 152 s.
2.    Alekseev V.N. Vəsfi kimyəvi yarımmikroanaliz kursu. (II hissə). Tərcümə edənlər: Əliyeva R.Ə., Bəşirov Ə.A. 1995. 114 s.
3.    Əliyeva R.Ə., Qurbanov Ə.N. Fiziki-kimyəvi analiz metodlarının nəzəri əsasları. Bakı, 2001, 266 s.
4.    Əliyeva R.Ə., Hüseynli A.Q. Optiki analiz metolarından praktikum. Bakı, 2001, 110 s.
5.    Əliyeva R.Ə., Qurbanov Ə.N. Analitik kimyadan vəsait, Bakı, 2002, 76 s.
6.    Alekseev V.N. Vəsfi kimyəvi yarımmikroanaliz kursu. Tərcümə edənlər: Əliyeva R.Ə., Bəşirov Ə.A. 2003, 521 s.
7.    Doroxova Ö.N., Proxorova Q.V. Analitik kimyadan suallar və çalışmalar. Tərcümə edənlər: Əliyeva R.Ə., Çıraqov F.M., Mahmudov K.T. 2003, 267 s.
8.    Əliyeva R.Ə., Çıraqov F.M., Məmmədova S.Ş. Analitik kimyadan İngilis-Rus-Azərbaycan və Azərbaycan-Rus-İngiliscə qısa lüğət. Bakı. 2004. 168 s.
9.    Əliyeva R.Ə., Çıraqov F.M., Hüseynov F.E. Analitik kimyadan praktikum. Bakı. 2004. 525 s.
10.    «Analitik kimyanın əsasları». Tərcümə edənlər R.Ə.Əliyeva, F.M.Çıraqov, S.Z.Həmidov. Bakı, 2005, 440 s.
11.  .Əliyeva R.Ə., Çıraqov F.M., Nağıyev X.C., Muğalova G.R. Elektrokimyəvi analiz metodları . Bakı.Elm. 2013,    232 s.

Son 10 il ərzində kafedra əməkdaşlarının 80-dən artıq elmi məqaləsi Rusiya Federasiyasında nəşr olunan və bütün dünyaya yayımlanan «Аналитическая химия», «Неорганическая химия», «Координационная химия», «Диагностика материалов» «Заводская лаборатория», «Известия ВУЗов» «Химия и химическая технология», “Аналитика и контроль»  və Avropanın “Polyhedron” jurnallarında nəşr olunmuşdur.
Kafedrada xarici ölkələr üçün mütəxəssis hazırlığına da xüsusi diqqət ayrılmış və indiyə qədər Vyetnam, Suriya, Əlcəzair, Misir və İran İslam Respublikası üçün analitik kimyaçılar yetişdirilmişdir. Yarandığı gündən kafedra MDB məkanından ali məktəblər və elmi-tədqiqat institutları ilə elmi əməkdaşlıq edir. Bu da kafedranın elmi istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
2016-cı il ərzində analitik kimya kafedrasında mütəmadi  olaraq kafedra iclasları keçirilir və iclaslarda elmi-metodik və tədris məsələləri müzakirə olunur. Periodik olaraq elmi seminarlar, tələbələrin kurs və diplom işlərinin müzakirəsi keçirilir.
Elmi işlər məqalə və tezislər şəklində müxtəlif konfrans və seminarlara təqdim olunmuş və çap olunmuşdur.

2016-ci il ərzində 21 məqalə və tezis Respublikamızda, 5 məqalə və 7 tezis isə xaricdə dərc olunmuşdur.
Kafedrada 1 patent alınmışdır.
Kafedrada elmi və elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir, hesabat ilində 3 nəfər namizədlik və 6 nəfər macistr dissertasiyası müdafiə etmişdir.
Kafedranın əməkdaşlarıı prof. F.M. Çıraqov və акаdemik R.A.Əliyeva BDU-nun nəzdindəki D 02.011 dissertasiya şurasının üzvləridir və şuranın bütün iclaslarında fəal iştirak etmişlər.
Kafedranın əməkdaşları prof. X.C.Nağıyev,  dos. Ə.Q. Babayev, dos.G.R.Muğalova, dos.P.R.Məmmədov və k.e.n.S.Z.Həmidov BDU-nun nəzdindəki D 02.011 dissertasiya şurasının seminarının üzvi kimi fəaliyyət göstərmişlər.
Kafedranın 2016/2017 tədris ili üçün ümumi dərs yükü 6330 saat təşkil edir.

Kafedrada aşağıdakı tədris laboratoriyaları fəaliyyət göstərir:

•    Vəsfi və miqdari analiz metodları
•    Fiziki-kimyəvi analiz metodları
•    Xromatoqrafik analiz metodları
•    Atom-absorbsion analiz metodları
•    Kompleks birləşmələrin analitik kimyada tətbiqi
•    Elmi tədqiqat laboratoriyaları

Kafedrada tədris olunan fənnlərin qısa təsviri:

Analitik kimya – kimyanın maddələrin analizi ilə məşğul olan bölməsi olub, elm, texnika və istesalatın müxtəlif sahələrində çox mühüm əhəmiyyətə malikdir.xalq təsərrüfatının bütün sahələrində istifadə olunan xammal və istehsal olunan məhsula yüksək  dəqiqlikli analitik nəzarət tələb olunur. Ərzaq məhsullarına, içməli və sənaye sularına nəzarət, ətraf mühit obyektlərinin çirklənməsinin araşdırılması və onunla mübarizə analitik metodların inkişafından asılıdır.Ona görə də «Analitik kimya» fənnində  göstərilən  sənaye sahələrində geniş praktiki tətbiqə malik analiz metodlarının nəzəri əsasları ətraflı tədris olunmaqla yanaşı, praktiki imkanları elm və texnikanın yeni sahələrinin inkişafında rolu araşdırılır.

Spektroskopik və xromotoqrafik analiz metodları - Müasir dövrdə spektroskopik analiz metodu böyük əhəmiyyət kəsb edir. Bu metodlar analiz edilən maddələrin optiki xassələrinə, elektromaqnit şüalarının maddənin atom və molekulları ilə təsiri zamanı  enerjinin udulması və əksolunmasına əsaslanır. Müasir spektroskopik analizin metodlarının ekoloji tədqiqatlarda, mikroelementlərin təyinində təbii suların tərkibində, metalların tərkibinin təyinində aqrokimyada və s. sahələrdə istifadə edilir. Zülalların ayrılması  üçün romatoqrafik metodların tətbiqi edilir. Xromotoqrafiya biologiyanın və tibbin ən müxtəlif sahələrində əczaçılıqda və kriminalistikada tədqiqat və kliniki məqsədlər üçün tətbiq olunur.

Kompleks birləşmələrin analitik kimyada tətbiqi - Analitik kimyada komponentlərin vəsfi və miqdari analizi üçün istifadə edilən çoxlu sayda təyinat reaksiyaları kompleks birləşmələrin əmələ gəlməsinə əsaslanır. Onların müxtəlif fiziki və kimyəvi xassələrindən  analizin məqsədləri üçün istifadə edilir. Analitik məqsədlər üçün istifadə edilən bu cür reaksiyalara misal olaraq intensiv rəngli və ya suda həll olmayan komplekslərin alınmasına əsaslanan reaksiyaları, kompleks əmələ gətirici reaktivlərin təsiri ilə həllolmanın  azalması və ya elektrod potensialının qiymətinin dəyişməsinə əsaslanan reaksiyaları, vəsfi və miqdari təyinatlarda kənar ionların pərdələnməsi, titrimetrik analizdə kompleks əmələ gəlməyə əsaslanan titrləmə reaksiyalarını və s. göstərmək olar. Bütün bunlar  analitik kimyada istifadə edilən təyinat reaksiyalarının böyük əksəriyyətinin kompleks birləşmələrin alınmasına və onların xassələrinin öyrənilməsinə əsaslandığını göstərir.

 

Bookmark and Share
© Baku State University