Home AZRUEN

Fakültə haqqında


Kimya fakültəsi Bakı Dövlət Üniversitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 1 tədris muzeyi, 25 tədris laboratoriyası fəaliyyət göstərir.


Kafedralar

1. Ümumi və qeyri-üzvi kimya
2. Üzvi kimya
3. Fiziki və kolloid kimya
4. Analitik kimya
5. Neft kimyası və kimya texnologiyası
6. Yüksəkmolekullu birləşmələr kimyası
7. Kimyanın tədrisi metodikası


Еlmi-tədqiqat laboratoriyaları

1. Qeyriü-üzvi materialşünaslıq
2. Zərif üzvi sintez
3. Alkinfenollar və karbonil birləşmələri kimyası
4. Metalkompleks katalizatorları
5. Neft kimyası və onun təbiətdə çevrilməsi

Fakültədə 3 ixtisas üzrə bakalavr, 15 ixtisas üzrə magistr hazırlığı aparılır.

Bakalavr ixtisasları

1. Kimya
2. Kimya müəllimliyi 
3. Kimya mühəndisliyi

Magistr ixtisasları

1. Kimyəvi kinetika və kataliz
2. Kompozisiya materialları kimyası
3. Təbii və fizioloji fəal maddələr kimyası  
4. Qeyri-üzvi kimya
5. Üzvi kimya
6. Bərk cisimlər kimyası
7. Fiziki kimya
8. Kolloid kimya
9. Analitik kimya
10. Yüksəkmolekullu birləşmələr kimyası
11. Elektrokimya
12. Neft kimyası
13. Kimyanın tədrisi metodikası
14. Kimyəvi ekspertiza 
15. Nanomateriallar kimyası 

Fakültənin əsas elmi tədqiqat sahələrinə aşağıdakılar daxildir

1. Qeyri-üzvi kimyanın müasir problemləri
2. Mürəkkəb yarımkeçirici metallik fazaların termodinamikası və kimyəvi göstəriciləri
3. Mühüm üzvi maddəlırin sintezi və analizi
4. Polimerllərin sintezi, kimyəvi çevrilmələri, aromatik karbohidrogenlerin alkilləşmə reaksiyası
5. Sorbentlərin və katalizatorların sintezi


Fakültədə təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. Fakültədə 938 nəfər bakalavr, 85 magistr təhsil alır. Onların elmi-tədqiqat işləri ilə 90-a yaxın professor-müəllim hеyəti məşğuldur.
Onlardan 2 nəfər AMEA-nın həqiqi üzvü,  28 nəfər elmlər doktoru, 26 nəfər professor, 53 nəfər elmlər namizədi, dosent və müəllimdir.
Kimya fakültəsi müstəqil qurum kimi 1934-cü ildən fəaliyyət göstərir. 2006-cı ildən fakütəyə prof. А.Ə. Əzizov rəhbərlik edir.
Fakültəni müxtəlif illərdə bitirən məzunlar arasında elmin yüksək zirvələrinə çatmış alimlər və pedaqoqlar yetərincədir.
Yusif Heydər Oğlu Məmmədəliyev
1905-ci ildə anadan olmuşdur .1931-ci ildə MDU-nu bitirmişdir. 1934-cü ildən başlayaraq BDU-da assistent, dosent, professor vəzifələrində çalışmışdır. 1945-ci ildə ilk kimyaçı akademik seçilmişdir.
Murtuza Fətulla oğlu Nağıyev
1929-cu ildə BDU-nu bitirmişdir. 1945-ci ildə Kimya texnologiyası ixtisası üzrə professor, 1952-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Əməkdar elm xadimi olmuşdur. Həbibulla Baxşəli oğlu Şaxtaxtinski
1926-cı ildə BDU-nu bitirmişdir. 1950-ci ildə professor, 1967-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Əməkdar elm xadimi olmuşdur.
Abel Məmmədəli oğlu Məhərrəmov
1950-ci ildə anadan olmuşdur. 1971-ci ildə BDU-nu bitirmişdir. 1991-ci ildə professor adına layiq görülmüşdür. 1993-1997-ci illərdə Kimya fakültəsinin dekanı işləmişdir. Əməkdar elm xadimidir. AMEA-nın həqiqi üzvüdür. 1999-cu ildən BDU-nun rektoru vəzifəsində çalışır.
Əliyeva Rəfiqə Əlirza qızı
1956-cı ildə BDU-nu bitirmişdir. 1970-ci ildə namizədlik, sonra doktorluq dissertasiyasını müdafiə etmişdir. Analitik кimya ixtisası üzrə professor adına layiq görülmüşdür. 2000-cı ildə əməkdar elm xadimi adına və akad. Y.Məmmədəliyev adına mükafata layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-ın müdiridir.
Tofiq Murtuza oğlu Nağıyev
1964-cü ildə BDU-nu bitirmişdir. 1976-cı ildə “Fiziki kimya” ixtisası üzrə professor, 1989-cü ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildən həqiqi üzvü seçilmişdir.
Nadir Mirİbrahim oğlu Seyidov
1955-ci ildə BDU-nu bitirmişdir. 1969-cu ildə yüksəkmolekullu birləşmələr kimyası üzrə professor adını almışdır. 1989-cu ildə AMEA – nın müxbir üzvü 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Qarayev Siyavuş Fərhad oğlu
1964-cü ildə BDU-nun kimya fakültəsini bitirmişdir. 1982-ci ildə professor elmi adına layiq görülmüşdür. 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. ADNA-nın rektorudur.
Fərzəliyev Vaqif Məcid oğlu 1963-cü ildə BDU-nu bitirmişdir. 1987-ci ildə Neft kimyası ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Aşqarlar kimyası institutunun direktoru olmuşdur.

Fakültədə çalışan professor-müəllim hеyətinin Türkiyə, ABŞ, Rusiya, Fransa, İngiltərə, Almaniya, Polşa, İran İslam Respublikası və digər inkişaf etmiş ölkələrin Universitetləri ilə sıx yaradıcılıq əlaqələri var.

Fakültə professor müəllim hеyəti və əməkdaşları Beynəlxalq qrant layihələrində iştirak edirlər. Son illərdə fakültənin tələbələri və magistrantları kimya üzrə keçirilən beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak etmiş və BDU-нu layiqincə təmsil etmişlər.

Fakültədə müasir tələblərə cavab verən universitet təhsilli kadrların hazırlanması üçün yüksək ixtisaslı kadr potensialı var. Aparılan elmi-tədqiqat işlərinin səviyyəsini yüksəltmək üçün müasir tələblərə cavab verən NMR, xromato-kütlə spektrometri, termoqravimetrik analiz və rentgen laboratoriyaları yaradılmışdır. Digər müasir analiz metodlarının fakültədə yaradılması istiqamətində ciddi işlər aparılır.

Respublikamızda Universitet təhsilini müasir dünya standartları səviyyəsinə çatdırmaq, müasir təhsil texnologiyalarına yiyələnmək məqsədi ilə fakültə Boloniya prosesinə qoşulmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə yeni tədris planları hazırlanmışdır.

2007-2008 tədris ilindən başlayaraq təhsildə “Kredit sistemi” tətbiq olunur. Fakültədə tədrisin keyfiyyətini yüksəltəmək üçün son illərdə müasir tələblərə cavab verən tədris laboratoriyaları, mühazirə zalları yaradılmış və həmin laboratoriyalar üçün müasir avadanlıqlаr alınmışdır.
Fakültə rəhbərliyi rektorluğun yaxından köməkliyi sayəsində kimya, kimya müəllimliyi, kimya mühəndisliyi istiгamətində müasir tələblərə cavab verən bakalavr və magistr hazırlanmasının keyfiyyətini artırmaq məqsədi ilə fakültənin maddi-texniki bazasının möhkəmləndirilməsi və perspektivli professor-müəllim heyətinin formalaşdırılmasını daima diqqət mərkəzində saxlayır.

Bookmark and Share
© Baku State University