Home AZRUEN

Fiziki və kolloid kimya kafedrası

Fiziki və kolloid kimya kafedrası 1935-ci ildə təşkil olunmuşdur. Kafedrada 10-dan çox  elmlər doktoru, 45 elmlər namizədi, o cümlədən xarici ölkələr üçün (Koreya, Əfqanıstan, Suriya və s.) 5 elmlər namizədi hazırlanmışdır. Bu müddət ərzində kafedranın əməkdaşlarının 900-dən çox elmi məqaləsi respublika və xarici nəşriyyatlarda dərc edilmişdir.
Fiziki və kolloid kimya kafedrasına professor V.İ.Tixomirov (1935-1946), dos. A.Q.İsmayılov (1946-1957), akademik M.T.Nağıyev (1957-1960),prof.S.A.Ələkbərova (1960-1965), prof. İ.S.Səttarzadə (1965-1983), prof. Ə.A. Quliyev (1983-1999), dos. E.D.Eylazov (2000-2003) rəhbərlik etmişlər. 
2004-cü ildən kafedraya professor E.İ.Əhmədov rəhbərlik edir.Fiziki və kolloid kimya kafedrasının əməkdaşlarının sayı 22 nəfərdir: o cümlədən 4 nəfər professor, 6 nəfər dosent və 2 nəfər baş müəllim vəzifəsində işləyir.
Kafedranın inkişafında – istər elmi, istərsə də tədris və metodiki işlərin keyfiyyətinin yüksəlməsində mühüm rol oynamış şəxsiyyətlərdən prof. V.İ.Tixomirovu, akad. M.F.Nağıyevi, AMEA-nın müxbir üzvü B.A.Dadaşovu, AMEA-nın müxbir üzvü V.F.Neqreyevi, AMEA-nın müxbir üzvü Z.Q.Zülfüqarovu, prof. İ.S.Səttərzadəni, prof. Ə.A.Quliyevi, prof. S.Ə.Ələkbərovanı və başqalarını göstərmək olar.
1970-ci illərin əvvəlindən 2005-ci illərə qədər kafedrada elmi-tədqiqat işləri aşağıdakı istiqamətlərdə aprılmışdır:
Bəzi yarımkeçirici sistemlərin faza tarazlığının tədqiqi (prof. Quliyev Ə.A)
Karbohidrogen elektrolit sistemində korroziya prosesinə aminlərin ingibitor kimi təsirinin öyrənilməsi (dos. Eylazov E.D.)
Həlledicilərin üzvi maddələrin optiki aktivliyinə təsiri (prof. Səttərzadə İ.S.)
Fiziki və kolloid kimya kafedrasının uzun illər M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Boykov adına Metallurgiya İnstitutu (Moskva), Kurnakov adına Ümumi və qeyri-üzvi kimya İnstitutu (Moskva), Bərk cisimlər və yarımkeçiricilər İnstitutu (Minsk) və Ümumivə qeyri-üzvi kimya İnstitutu (Kiyev) ilə elmi əlaqələri olmuşdur. Kafedra elmi və elmi-metodiki əlaqələrini xarici ölkələrin görkəmli ali təhsil ocaqları ilə davam etdirir (Moskva, Kiyev, Novosibisrk, Alma-ata və s.). Hal-hazırda kafedranın əməkdaşları Türkiyə, Rusiya, İran və digər ölkələrlə elmi əlaqələr saxlayır.
Fiziki və kolloid kimya kafedrasının əməkdaşları kimya və biologiya fakültələrində dərs aparırlar.
Kafedrada əvvəllər müxtəlif mönzulara aid metodiki göstərişlər hazırlanmışdır (prof.V.İ.Tixomirov, prof. S.Ə.Ələkbərova, dos. L.Z.Məmmədova). 1965-ci ildə dos. S.Ə.Ələkbərova, İ.N.Putilovanın “Kolloid kimya kursuna aid praktikum” kitabını və Y.İ.Qerasimovun redaktəsi altında çıxan “Fiziki kimya kursu”-nu (I cild) tərcümə etmişdir.
1985-ci ildən indiyə qədər nəşr olunan dərslik və dərs vəsaitləri aşağıdakılardır:
1. E.D.Eylazov- Elektrokimyaya aid praktikum, BDU 1985
2. S.M.Hacıyev –  İstilik effekti və temperaturun təcili təyinin əsasları, Bakı 1990
3. S.M.Hacıyev – Fiziki kimyəvi analizdən praktikum, Bakı 1993
4. M.B.Babanlı, N.X.Allahverdova – Fiziki və kolloid kimya, 1998
5. S.M.Hacıyev –  Şüşə və odadavamlı materiallar istehsalı, Bakı 1999
6. M.B.Babanlı, Y.C.Cəfərov, A.L.Mustafayeva, İ.S.Zamani – İkikomponentli sistemlərdə maye-buxar tarazlığı (dərs vəsaiti) BDU, 2001
7. M.B.Babanlı, N.A.Rzayeva – Kimyəvi termodinamika və proseslərin istilik effektləri (dərs vəsaiti), Bakı BDU 2001.
8. C.İ.Mirzai, A.K.Əcəmov, N.T.Şəmilov –Heterogen katalzin əsasları (dərs vəsaiti), Bakı 2002
9. N.T.Şəmilov, E.İ.Əhmədov –Kimyəvi kinetika və kataliz (praktiki işlər), Bakı 2004
10. E.İ.Əhmədov, N.A.Rzayeva – Kimyəvi kinetika və kataliz (dərs vəsaiti), Bakı 2005
11. E.İ.Əhmədov, N.T.Şəmilov, A.Q.Əliyeva – Fiziki kimya praktikumu (I hissə), Bakı 2007
12. E.İ.Əhmədov – Kolloid kimya (dərs vəsaiti), Bakı 2007
13. Y.İ.Cəfərov –Elektrolit məhlullar nəzəriyyəsi. Bakı 2007
14. N.T.Şəmilov, Q.M.Bayramov, T.O.Qəhrəmanov “Tətbiqi elektrokimya”,  Bakı, BDU nəşriyyatı, 2008
15. S.M.Hacıyev, S.E.Mirzəliyeva –Termokimya, Bakı 2009
16. E.İ.Əhmədov, S.E.Məmmədov, N.A.Rzayeva - Fiziki kimya I hissə, Bakı -2009
17. E.İ.Əhmədov, N.T.Şəmilov, A.Q.Əliyeva “ Fiziki kimya praktikumu”(yenidən işlənilmiş nəşr), Bakı, UniPrint nəşriyyatı, 2009
18. E.İ.Əhmədov,S.E.Məmmədov, Y.İ.Cəfərov, N.T.Şəmilov, T.O.Qəhrəmanov “ Fiziki kimyadan məsələlər”, Bakı, BDU nəşriyyatı 2009
19. N.T.Şəmilov, S.E.Mirzəliyeva , A.Q.Əliyeva  "Kimyəvi cərəyan mənbələri və yanacaq elementləri ", Bakı, UniPrint nəşriyyatı 2010
20. N.T.Şəmilov, F.Ş.Kərimli, F.E. Hüseynov "Qaz xromatoqrafiyası", Bakı, UniPrint nəşriyyatı 2010
21. S.M.Hacıyev, S.E.Mirzəliyeva, A.L.Mustafayeva, N.A.Rzayeva- Kimyəvi termodinamika, Bakı-2010
22. E.İ Əhmədov,S. E. Məmmədov "Elektrokimya"  rüs dilindən tərcümə( Y.İ. Gerasimov) Baki, UnitiPrinint 2011
23. C.İ.Mirzai, V.Q.Muradxanlı -  Kolloid kimya , Bakı-2011
24. N.T.Şəmilov, S.E.Mirzəliyeva, G.X.Vəliyeva- Tətbiqi elektrokimyadan praktikum Bakı-2012
25. E.İ.Əhmədov, S.E.Məmmədov, Y.İ.Cəfərov, N.A.Rzayeva- Fiziki kimya II hissə Bakı-2014
Kafedranın əməkdaşları “Heterogen kataliz ”  və “Kolloid kimyadan praktikum” dərs vəsaitlərinin hazırlanması üzərində işləyirlər.

Kafedrada aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır:
-seolit katalizi;
-yarımkeçiricilər materialşünaslığı;
-məhlulların termodinamikası.

Kafedra xəbərləri

1. Məmmədova Aytən Zakir qızı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Modifikasiya olumuş seolit katalizatorları iştirakında C7-C16 n-paradfin karbohidrogenlərinin hidroizomerləşməsi mövzusunda dissertasiya işi müdafiə etmişdir.
2. Cəfərov Yasin İsa oğlu kimya elmləri doktoru  elmi dərəcəsi almaq üçün “Tallium – stibium(bismut) xalkogenidlərinin və onlar əsasında bərk məhlulların alınmasının fiziki kimyəvi əsasları”doktorluq dissertasiyasını tamamlamış və müdafiə etməyə hazırlaşır.

Həlledicilərin üzvi maddələrin optiki aktivliyinə təsiri (prof. Səttərzadə İ.S.

3. Vəliyeva Günay Xanlaq qızı kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  “Modifikasiya olunmuş seolitlərin iştirakında ksilolların izopropil və üçlü butil spirtlər ilə selektiv alkilləşməsi” mövzusunda  dissertasiya işini yekunlaşdırmış və dissertasiyanın tərtibi ilə məşğuldur.

“Kimyəvi kinetika və kataliz”, “Fiziki kimya”,”Kolloid kimya” və “Elektrokimya” ixtisasları üzrə 8 magistrant dissertasiya işi müdafiə etmişdir.

Kafedranın professor-müəllim heyəti:

1. prof. Əhmədov Eldar İsa oğlu - k.e.d., kafedra müdiri

2. prof.Hacıyev Sərdar Məhəmməd oğlu - k.e.d..

3. prof. Məmmədov Sabit Eyyub oğlu - k.e.d., Tədris Metodiki Şurasının sədri

4. prof. Mirzai Cəbrayıl İsrafil oğlu - k.e.d.

5. dos. Şahverdiyev Yaşar Xankişi oğlu - k.e.n.

6. dos.Mustafayeva Almaz Lətif qızı - k.e.n.

7. dos.Cəfərov Yasin İsa oğlu - k.e.n.

8. dos.Mirzəliyeva Səkinə Eylaz qızı - k.e.n.

9. b/m Xəlilova Elmira Feyzi qızı

10. b/m İskəndərova Kəbirə Əbdüləhəd qızı

11. dos.Qəhrəmanov Taleh Orduxan oğlu - k.e.n.

12. dos.Kərimli Fuad Şəmsəddin oğlu - k.e.n.

 

Kafedranın laborant heyəti:

1. lab. müdiri Mütəllimzadə S.R.
2. böyük lab. Nağıyeva E.X.
3. k.ü.f.d., böyük lab. Əzməmmədova X.M.
4. k.e.n., böyük lab. Mirzəyeva A.M.
5. k.ü.f.d., böyük lab. Musayeva N.C.
6. y.e.f.d., böyük lab. Rüstəmova X.R
7. lab. Vəliyeva G.X.
8. böyük lab. Babayeva T.Ə.
9. böyük lab. Hacıyeva  X.Q.
10. böyük lab. Məhərrəmova L.G.


Tədris laboratoriyaları

Müasir tələblərə cavab verən aşağıdakı laboratoriyalaı fəaliyyət göstərir:

-fiziki kimya;

-elektrokimya ;

-kolloid kimya ;

-fiziki tədqiqat metodları.

Bookmark and Share
© Baku State University