Home AZRUEN

Həmidov Sahil Zahid oğlu

QISA BİOQRAFİK MƏLUMAT

Həmidov Sahil Zahid oğlu 1981-ci ildə Gürcüstan respublikasının Dmanisi rayonunun Şindilər kəndində anadan olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistratura pilləsini bitirmiş, 2007-ci ildə “Polibutadien və malein anhidridi-stirol sopolimeri əsasında alınmış sorbentlərlə Cd(II), Zn(II) və U(VI) ionlarının sorbsiya tarazlığının tədqiqi və analitik tətbiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 02.00.02 – Analitik kimya ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildən “Analitik kimya” kafedrasında müəllim vəzifəsində çalışır. Elmi pedaqoji fəaliyyətim 60-dan çox elmi əsərdə, o cümlədən 2 müəlliflik şəhadətnaməsi, 1 kitab tərcüməsində öz əksini tapmışdır.

Təhsil, elmi dərəcə və elmi ad

2008-ci ildə kimya elmləri namizədi, “Analitik kimya”, BDU.

2004-cü ildə magistr (Analitik kimya, BDU)

1998-2002-ci illərdə tələbə, Kimya fakültəsi, BDU

Əmək fəaliyyəti

2003-2006-cı illərdə BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-də laborant

2006-2009-cu illərdə BDU-nun “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-də baş laborant

2007-ci ildən BDU-nun “Gənc istedadlar” liseyində müəllim

2009-cu ildən “Analitik kimya” kafedrasında müəllim

Tədqiqat sahəsi

Malein anhidridi - stirol sopolimerinin formaldehid iştirakında müxtəlif aminlərlə modifikasiyasından alınmış sorbentlərlə bir sıra ağır metal ionlarının sorbsiya tarazlığının tədqiqi və bu ionların müxtəlif təbii və sənaye obyektlərində qatılaşdırılaraq təyini metodikalarının işlənilməsi.

 

 

Bookmark and Share
© Baku State University