Home AZRUEN

Kimyanın Tədrisi Metodikası kafedrası

1987-ci ildə Kimyanın Tədrisi Metodikası kafedrası, «Qeyri-üzvü kimya» və «Üzvi kimya» kafedralarının bazası əsasında yaradılmışdır. Həmin dövrdə kafedranın 10 əməkdaşı olmuşdur.
Hər il kafedrada kimyanın tədrisi metodikası üzrə seminar keçirilir. Kafedrada kimyanın tədrisi metodikasından bakalavr və magistr pilləsi üzrə buraxılış işləri və dissertasiya müdafiə edilir.
1987-ci ildən kafedraya k.e.n., prof. Ə.T.Əzizov rəhbərlik edir. Kafedrada ikidərslik və beş dərs vəsaiti nəşr edilmişdir. Hazırda kafedrada 10 nəfər əməkdaş çalışır. Onlardan 1 nəfər k.e.n., professor; 2 nəfər k.e.n. dosent, 4 nəfər müəllim, üc nəfəri isə  böyük laborant heyətidir.

Müəlimlər

Kafedrada çalışan əməkdaşlar:
1. Ə.T.Əzizov - k.e.n., prof. kafedra müdiri, Respublikanın əməkdar müəllimi
2. K.H.Haqverdiyev - k.e.n., dos.
3. T.N.Şərifova - k.e.n., dos.
4. N.V.Məmmədov - müəllim
5. R.T.Abdinbəyova - k.e.n., müəllim
6. A.Ə.Paşayeva - müəllim
7. N.Ş.Məlikyeqanova - müəllim

Kafedrada bakalavr təhsil pilləsində kimyanın tədrisi metodikası və kimyanın metodologiyası, magistr pilləsində isə K.T.M. kimyanın tarixi və metodologiyası, fənlər arası əlaqələrin tədrisi, K.T.M. – də yaradıcılıq işlərinin metodikası, kimya təhsilinin inkişafı və varisliyi və s. fənlər tədris edilir.
Kafedranın elmi-tədqiqat işlərinin əsas istiqaməti: «Kimya tədrisinin aktual problemləri» və «Kimya tədrisində nəzəri, eksperimental, metodoloji və kompleks yanaşma üsullarının müqayisəli tədqiqi» təşkil edir.Kafedrada gələcəkdə kimyanın tədrisi metodikası jurnalı nəşr edilməsi nəzərdə tutulur.

Kafedrada son 10 ildə 8-ə qədər dərslik və dərs vəsaitləri, 200-dən çox məqalə dərc edilmişdir.Kafedra əməkdaşları beynəlxalq «4-dən artıq» simpoziumlarda və konfranslarda iştirak etmişlər.

Kaferda əməkdaşları tərəfindən bütün tədris olunan fənlər üçün proqramlar yazılmış və toplu şəkildə çapdan çıxmışdır.
Kafedrada son illərdə əməkdaşlar tərəfindən «Kimyanın tədrisi metodikası» iki cildli dərslik, «Kimya tədrisinin üsul və priyomları» dərs vəsaiti, «Kimyanın tədrisi metodikasından praktikum» dərs vəsaitləri, «Kimyanın tədrisi metodikasından praktiki işlər» dərs vəsaitləri və s. nəşr edilmişdir.

Kafedra M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Kiyev Dövlət və Daşkənt Dövlət Universitetlərinin müvafiq kafedraları ilə sıx əlaqə saxlayır.
Hər il elmi-tədqiqat işlərinin planına əsasən müvafiq mövzular üzrə elmi hesabat verilir.

Kafedranın laboratoriya işləri uyğun olaraq ümumi və qeyri-üzvi kimya ka-fedrasının laboratoriyalarından istifadə edilir.

 

KİMYADAN TƏDRİS İŞİNİN REALLAŞDIRIMASININ ƏHƏMİYYƏTİ,VƏZİFƏLƏRİ VƏ NÖVLƏRİ:
Mürəkkəb bir proses olan dərsin lazımi qaydada, günün tələbləri səviyyəsində təşkili və keçirilməsi üçün böyük səy və əmək tələb olunur. Onu da qeyd etməliyik ki, nümunəvi dərsin əsası tədris işinin düzgün planlaşdırılmasından başlanır. Kimyadan tədris işinin düzgün planlaşdırılmasının dərsin yüksək elmi – metodiki  səviyyədə keçməsində mühüm rolu vardır. Buna görə də kimya müəlliminin dərsə hazırlaşmasında tədris materialının planlaşdırılması ən mühüm mərhələ hesab olunur. Müəllimin yaradıcılıq fəaliyyəti sayılan planlaşdırma ona bütün dərs prosesini il boyu aparılacaq işləri bütünlüklə təsəvvür etmək lazımdır. Müəllim tədris prosesinin həm bütünlükdə gedişi, həm də ayrı – ayrı hissələri haqqında aydın təsəvvürə malik olmaq üçün plana ehtiyac hiss edir.
Çünki plansız görülən işdən müvəffəqiyyət gözləmək olmaz. Dərsin vaxtından və dəqiqələrindən səmərəli istifadə olunmasının da əsasında planlaşdırma dayanır. Buna görə də hər bir müəllim, o cümlədən kimya müəllimi də, öz təlim-tərbiyə işlərini düzgün və günün tələbləri səviyyəsində planlaşdırmağı bacarmalıdır.
Kimya müəllimi təlim – tərbiyə prosesi ilə  əlaqədar apardığı bütün işləri planlı surətdə başa  çatdırmaq üçün əsasən üç cür plandan istifadə edə bilər:
1.İllik plan buna [perispektiv-planda deyilir];
2.Rüblük plan və ya mövzu planı. Buna bəzən iş planıda deyilir;
3.Dərs planı: Bu adətən məktəblərdə gündəlik adı ilə təltif olunur.
Bəzi hallarda dərs planından başqa dərsin konspektindən - icmalından da istifadə edilir. İcmaldan adətən pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərin istifadə etməsi tövsiyə olunur. Kimyanın açıq dərslərin təşkili zamanı və fənn metodbirləşmələrində də icmaldan istifadə etmək məsləhət görülür.

DƏRSİN KONSPEKTİ VƏ PLANI.

Təlimin əsas təşkilat forması olan dərsin müvəffəqiyyətlə keçirilməsi, yüksək səviyyədə başa çatdırılması  üçün əsas  şərtlərdən biri  müəllimin dərsə vaxtında hərtərəfli və ciddi hazırlaşmasıdır.

Kimya müəlliminin dərsə  hazırlaşması başlıca olaraq üç yolla həyata keçirilməlidir.

1. Müəllim özünün ümumi elmi, siyasi, pedaqoji, psixoloji və metodik hazırlığını daim artırmağa  çalışmalıdır. Bu məqsədlə o müntəzəm  surətdə öz üzərində məqsədyönlü şəkildə ciddi işləməlidir. Dövlətimizin məktəb və müəllim haqqında qərar və  göstəricilərini, görkəmli rus və  Aərbaycan pedaqoqları, psixoloqları və kimyaçı metodistlərin əsərlərini, kimya elmi və sənayesi sahəsindəki yenilikləri diqqətlə oxumalı özü üçün lazımı qeydlər götürməli və onlardan dərsdə istifadə etməlidir.

2. Müəllim kimya fənninin əhatə ediyi didaktik materiallar üzərində sistematik və ardıcıl surətdə işləməlidir. Bunun üçün o  kimya dərslərinin təşkili və keçirilməsinə aid dövlət proqramı, dərsliklər, elmi – kütləvi və metodik ədəbiyyatlar [müəllimlə üçün metodiki kitablar, dərs vəsaitləri, dərsliklər, tövsiyələr və göstərişlər və s.] yaxından tanış olmalı, metodik yenilikləri, həmkarlarının qabaqcıl təcrübələrini dərindən öyrənməli və dərslərdə onlardan geniş surətdə istifadə etməlidir.

Yaradıcı şəkildə işləyən müəllim metodik ədəbiyyata və qabaqcıl pedaqoji təcrübəyə tənqidi yanaşmalı, onlara öz münasibətini bildirməlidir. Müəllim məktəb islahatının tələbləri baxımından tərtib olunmuş yeni  orijinal kimya proqramı əsasında tədris materiallarını düzgün planlaşdırmalı, hər mövzunun tədrisinə neçə saat vaxt verildiyini və hansı tarixlərdə keçiriləcəyini əvvəlcədən dürüst müəyyənləşdirməli, kimya sənayesi və  kimya ilə  əlaqədar digər istehsalat sahələrindən ibarət ekskursiya obyektlərini, fənndaxili, kurslararası, fənlərarası əlaqəni dəqiqləşdirməli, kimya  eksperimentinə nümayiş və laborator təcrübəsinə, praktiki məşğələlərə və s. vaxtında hazırlaşmalıdır.

1. Müəllim gündəlik dərsə qabaqcadan yaxşı hazırlaşmalıdır. Kimya müəllimi bunun üçün əvvəlcə dərsin mövzusunu (mövzusunun adı dərslikdən deyil, dövlət sənədi olan proqramdan götürülməlidir. Bəzi kimya müəllimləri təqdim planı tərtib edərkən, dərslikdəki adları  yazırlar ki, bunun da düzgün hesab etmək olmaz.

Müəllim məqsədinə, ən yaxşı nail olmaqdan ötəri 1 dərsi necə təşkil edib keçirəcəyini yəni təlim üsullarını, müasir didaktik pryomları və yanaşmaları müəyyənləşdirməlidir.

2. Keçən dərsin nəticələrini təhlil etməli, keçən dərsdə hansı məsələlər şagirdlər tərəfindən mükəmməl mənimsənilməmişdirsə, sorğu zamanı onun bir daha aydınlaşdırılmasına (qabaqcıl şagirdlər bu və ya digər məsələni aydınlaşdıra bilmədikdə müəllim özü izah etməlidir.

3. Dərsə müvafiq demonstrasiya və ya illustrasiya  materialını, laborator təcrübələri və ya  praktiki məşğələ (bu bilik və bacarığı möhkəmləndirən dərs tipinə aiddir)  üçün lazım olan materialı ( reaktivləri, cihaz və  qabları, sxem, model, stent və s.) hazırlamalı.

4. Həm dərslikdə olan, həm də  əlavə materialları (kimya elmi və sənayesi sahəsindəki yenilikləri, yerli istehsalat sahələrini və s.) dərindən öyrənməli.

5. Təcrübələri əvvəlcədən diqqətlə yoxlamalı ( bəzən məhlulun köhnə olması, maddənin təmiz olmaması və s. üzündən təcrübə zamanı gözlənilən nəticə alınmadıqda müəllim çıxılmaz vəziyyətə düşə bilər) və onları nümayiş etdirmək üçün hazırlamalı, yaxud laborator təcrübələrinin və ya  praktiki məşğələnin icrası zamanı şagirdlərin necə işləyəcəyini ətraflı surətdə düşünməlidir.

Bundan sonra dərs layihələşdirilməli, yəni onun konispekti və ya planı tutulmalıdır.

Kimya müəllimi yalnız bütün təşkilatı işləri gördükdən sonra sinifə girib, dərsi  müvəffəqiyyətlə  qurar və yüksək səviyyədə başa çatdıra bilər.

Müəllim konispekt tərtib edərkən və ya plan tutarkən hər şeydən əvvəl dərsin kimyəvi məzmununu dərindən təhlil etməlidir, yalnız bu halda o dərsin didaktiv məqsədini aydınlaşdıra bilər. Dərsin məzmunu təhlil edilmədən qarşıya qoyulan məqsəd ya formal olar, ya da real olmaz, başqa sözlə  desək məzmunun imkanını keçər. (ondan artıq olar).

Məhzi buna görə də müəllim dərsin həlledici şərti olan məqsədini xüsusilə diqqətli surətdə düşünməli, dərsdə hansı əsas vəzifələr qarşıya qoyulduğunu, başqa sözlə desək,  dərsin öyrədici (təhsil), tərbiyəedici, inkişafetdirici və nəzarətetdirici, funksiyalarını, həyatla, istehsalatla, ölkəmizdə gedən quruculuq işləri ilə əlaqələndirilməsini unutmamalı, fənndaxili ( əvvəlki və sonrakı dərslərlə əlaqə) və fənlərarası əlaqə imkanlarını, dərsdə hansı yeni anlayışlar verəcəyini, hansı anlayışları möhkəmlədəcəyini, dərinləşdirəcəyini, konkretləşdirəcəyini, bunlara nail olmaq üçün hansı üsul, pryom və yanaşmalar tətbiq edəcəyini, hansı təcrübələri və  dərsin hansı hissəsində nümayiş etdirəcəyini, təcrübədən nəticəni necə  çıxaracağını ətraflı çünki qarşıya qoyulmuş məqsədin aydın olması müəlimə onun (məqsəd) üçün zəruri faktik materialı düzgün seçmək imkanı verir.

Keçirilən dərslərin tələbələr tərəfindən necə mənimsənilməsinin düzgün qiymətləndirilməsi üçün imtahanların yazılı və şifahi keçirilməsi daha məqsədəuyğundur.

Bookmark and Share
© Baku State University