Home AZRUEN

KİMYA FAKÜLTƏSİ HƏMKARLAR TƏŞKİLATI

KİMYA FAKÜLTƏSİ HƏMKARLAR TƏŞKİLATI
Kimya fakültəsinin həmkarlar təşkilatı universitetdə fakültə təşkil edildiyi gündən yaranmış çox uzun bir tarixi yol keçmişdir. HT yarandığı gündən fakültə və universitetin ictimai–siyasi həyatında fəaliyyət göstərmişdir. Yarandığı gündən öz işini aşağıdakı bölmələr üzrə qur­muş­dur: Elm və təhsil; əmək intizamı və siyasi vəziyyət, mədəni kütləvi işlər və idman. Fakültə həmkarlar təşkilatına 9 nəfər üzvindən ibarət bürosu rəhbərlik edir. Sadıqov Fuad Mikayıl - Kimya elmləri doktoru, professor fakültə həmkarlar təşkilatinin sədridir.
Yarandığı gündən fakültədə dekanatın bütün işlərində ona yardımçı olmuş fakül­tədə nizam-intizamın bərqərar olunmasında tələbələr və əməkdaşlar arasında ideya tərbiyə işləri aparır.
Əməkdaşların sosial müdafiəsi qayğısına qalır, zəhərli şəraitdə işləyənlərə əmək haqqının 16% qədər əlavə vəsait verilməsini və iş gününün bir saat qısaldılmasını təmin edir.

KİMYA FAKÜLTƏSİ TƏLƏBƏ HƏMKARLAR TƏŞKİLATI

Tələbələrin düzgün və sistemli fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün kimya fakültəsində Tələbə Həmkarlar Təşkilatı , Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Şurasının nümayəndəlikləri fəaliyyət göstərir.
Tələbə Həmkarlar Təşkilatı tələbələrin asudə vaxtının düzgün istiqamətləndirilməsi və.s kimi bir çox ictimai işlərin həyata keçrilməsində mühim rol oynayır. Azad Tələbə Həmkarlar Təşkilatı yeni dərs ilində müxtəlif tədbirlər həyata keçirmişdir. Bu tədbirlər aşağıdakılardır :
1. 27.09.2008- də Bakı Dövlət Universiteti ATHİK-in sədri D.Qənbərovla I kurs tələbələrinin görüşü təşkil olunubdur.
2. 03.10.2008-də Fakültə THT-nin yeni bürosunun seçilməsi və təstiqi.
3. 08.10.2008-də fakültədə yeni büromuzun ilk iclası keçirilibdir və bu iclasda bir sıra ictimai işlərin həyata keçirilməsi barədə qərar qəbul olundu ki, bunlardan biri də hər həftə büronun bir iclasının keçrilməsi idi.
4. 15.10.2008-də Fakültədə TGT-nın da dəstəyi olmaqla rus bölməsi tələbələri arasında “ Nə ! Harda! Nə zaman!” intelektual oyununun keçirilməsi.
5. 25.10.2008-də Fakültədə yenə də TGT-nın dəstəyi ilə azərbaycan bölməsi tələbələri arasında “ Nə ! Harda! Nə zaman!” intelektual oyununun keçirilməsi
6. 02.12.2008-də Büro üzvülərimiz tərəfindən siqaret və bir sıra infeksion xəstəliklər haqqında məlumatlardan ibarət braşur hazırlanıb fakültə tələbələrinə paylanıldı.
7. 01.10.2008-də Univesitetimizin 90 illik yubleyinə həsr olunmuş rəsm müsabiqəsinə qabiliyyətli tələbələrimizin cəlb olunması üçün işə başlanıldı.
8. Müxtəlif mövzularla bağlı: milli bayram günlərimizin, qruplarımızın tələbə həyatını əks etdirən rəsimlərin və.s divar qəzeti şəklində hazırlanması
9. Müxtəlif vaxtlarda demək olarki əksər qruplarımızın müxtəlif uşaq və qocalar evlərinə getməsi işinin təşkil olunması
10. Təşkilatımız bütün fakültələrdə olduğu kimi kimya fakültəsində də təhsil alan imkansız tələbələrimizə pul yardımları və pulsuz nahar yeməkləri verməklə böyük yardım göstərmişdir.
11.Universitetimizin yeni təmir olunmuş yemekxanasında həm yeni ilin,həm də həmrəylik gününün qarşıdan gəlməsi münasibəti ilə geniş miqyaslı YENİ İL şənliyi təşkil etdik. Bu tədbirdə universitetimizin hörmətli rektoru,millət vəkili, akademik Abel Məhərrəmov da iştirak etdi və tələbələrimizə öz xeyir-duasını verdi.
12. Eyni zamanda önümüzdəki günlərdə ,əvvəl həyata keçirdiyimiz kimi fakültə tələbələrimizin Respublikamızın müxtəlif bölgələrinə ekskursiyaları təşkil olunacaqdır

Kimya fakültəsi Azad Tələbə Həmkarlar Təşkilatının bürosu:

Kimya fakültəsi Azad Tələbə Həmkarlar Təşkilatının bürosu 12 üzvdən ibarətdir :

KİMYA FAKÜLTƏSİ THT-nın sədri---tələbə Hüseynova Jalə.


Bookmark and Share
© Baku State University