Home AZRUEN

Əliyeva Elmira Çərkəz qızı

Kimya elmləri namizədi, Üzvi kimya kafedrasının dosenti,
e-mail: elmira_aliyeva@yahoo.com

QISA BİOQRAFİK MƏLUMAT

Mən, Əliyeva Elmira Çərkəz qızı, 1950-ci ildə Bakı şəhərində anadan olmuşam. 1957-ci ildə 186 saylı məktəbin 1-ci sinifinə daxil oldum və 1967-ci ildə həmin məktəbin 10-cu sinifini bitirdim. Məktəb illərində 9-10-cu siniflərdə məktəm komsomol komitəsinin sədri olmuşam. Respublika komsomol gurultaylarının nümayəndəsi seçilmişəm.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olundum və 1972-ci ildə “kimyaçı, kimya müəllimi”ixtisası ilə universiteti bitirmişəm.
Evliyəm üç övladım var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1972-ci ildə “kimyaçı, kimya müəllimi”ixtisası ilə Azərbaycan Dövlət Universitetini bitirmişəm.
1985-ci ildə “Alkilbenzolların sulfat turşusu+asetanhidrid qarışıqı ilə sulfolaşması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişəm.
Kimya elmləri namizədi, dosent.

ƏMƏK FƏALİYYƏTİ

1973-cü ilin fevral ayindan iyul ayına kimi Dəvəçi Rayon Çölquşçu kənd orta məktəbində kimya müəllimi işləmişəm. 1973-cü ilin sentyabr ayindan 1975-ci ilin sentyabr ayına kimi Bakı şəhəri Əzizbəyov rayon 243 saylı orta məktəbində kimya müəllimi işləmişəm. 1975-ci ilin sentyabr ayından noyabr ayının 15 –nə kimi Əzizbəyov rayon komsomol komitəsinin sədr müavini vəzifəsində çalışmışam.
1975-ci ilin 15 noyabrdan Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri institutunun aspiranturasına qəbul olundum. 1978-ci ilin noyabr ayından 1985-ci ilin dekabr ayına kimi həmin institutun 9 saylı laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişəm.
1986-cı ilinin yanvar ayından Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda assistent, dosent əvəzi vəzifələrində işləmişən.
1993-cü ilin iyul ayından 1999-cı ilin mart ayına kimi Bakı Ali Hərbi Dənizçilik Məktəbində baş müəllim, dosent, professor vəzifələrində işləmişəm.
1999-cu ilin mart ayından 2001-ci ilin sentyabr ayına kimi Bakı Dövlət Universitetində rektorun müşaviri vəzifəsində çalışmışam eyni zamanda “Üzvi kimya” kafedrasında dosent vəzifəsində çalışmışam.
1999-cu ilin sentyabr ayından bu günə kimi Bakı Dövlət Universitetinin “Üzvi kimya” kafedrasında dosent vəzifəsində işləyirəm.
Həmin kafedrada bakalavr pilləsində “Üzvi kimya” fənnindən kimya və biologiya fakültələrində mühazirə və laboratoriya dərslərini aparıram. Həmçinin “Üzvi sintez”, “Fizioloji fəal maddələr” fənlərindən laboratoriya və seminar dərslərini aparıram.
Maqisrtatura pilləsində “Bioloji komya” fənni üzrə mühazirə və məşğələ dərslərini aparıram
30 məqalənin,
bir dərs vəsaitinin “Analitik kimya” (Y.Ə.Yusifov. E.Ç Əliyeva və b. Gəncə, 1990.)
iki kitabin müəllifiyəm: “Üzvi kimyadan praktikum” (E.Ç,Əliyeva, Maarif, 1998.)
“Üzvi reaksiyalarının mexanizminin tədrisi metodikası” (E.Ç.Əliyeva, Bakı, Maarif, 1999
2 müəlliflik şəhadətnamənin müəllifiyəm: «Способ получения фенолов» 823378, 22.12.1980;
«Способ получения ароматических сульфокислот», 835104, 2.02.1981
Aromatik karbohidrogenlərin sulfolaşdırıcı agenlə sulfolaşması və sulfolaşdırıcı agentin guruluşu, reaksiyada iştiraki həmin reaksiyanın mexanizmi elmdə yeni bir sahə kimi gəbul etmək olar. Həmin sulfolaşdırıcı agentdən müxtəlif aromatik guruluşlu birləşmələrin sulfolaşması reaksiyaları geniş maraq sahəsidir.

TƏDQIQAT SAHƏSI

Alkilfenollar, onların çevrilmələri, onların əsasında korroziyaya qarşı ingibitorların alınması və s.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1991 – ci ildə Moskva şəhərində SSRİ və Amerika müəllimlərinin ümumi konfransının iştirakçısı, həmin konfransda “Üzvi kimyada yeni anlayışların tədrisi metodikası” mövzusunda çıxış etmişəm.

SEÇILMIŞ ƏSƏRLƏRI

“Üzvi kimyadan praktikum” (E.Ç,Əliyeva, Maarif, 1998.)
“Üzvi reaksiyalarının mexanizminin tədrisi metodikası” (E.Ç.Əliyeva, Bakı, Maarif, 1999)

KITABLAR

İki kitabin müəllifiyəm: “Üzvi kimyadan praktikum” (E.Ç,Əliyeva, Maarif, 1998.)
“Üzvi reaksiyalarının mexanizminin tədrisi metodikası” (E.Ç.Əliyeva, Bakı, Maarif, 1999)

DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR

2000-2001-ci ilərdə BDU-nun Fransanın Nitsa və Belçkikanın Namür şəhəri arasında TEMPUS proqramı çərçivəsində olan “Universitetin təhsildə yeniləşmələri” adlı proqramın BDU –dakı nümayəndəsi olmuşam.
Bookmark and Share
© Baku State University