Home AZRUEN

Metalkompleks ETL

«Metalkompleks katalizatorları“ ETL-ı 1989-ci ildə təşkil edilmişdir. Laboratoriya yüksək seçiciliyə malik olan bimetallik effektiv katalizatorların işlənməsi və polimer əsasında sorbentlərin sintezinin elmi əsasları istiqamətində fəaliyyət göstərir.
Hal-hazırda “Metalkompleks katalizatorları” ETL-ə 16 əməkdaş çalışır:
1. Məmmədov S.E. - laboratoriya müdiri, baş elmi işçi, k.e.d., professor (0.5 ştat )
2. Buniyat-zadə İ.A. - aparıcı elmi işçi, k.e.n. (1.0 ştat )
3. Qəhrəmanov T.O. – aparıcı elmi işçi, k.e.n., dosent (0.5ştat )
4. Əkbərov E.O. – böyük elmi işçi, k.e.d., professor ( 0.5ştat )
5. Əhmədova N.F.- elmi işçi, k.e.n. (1.0 ştat )
6. Mahmudova N.İ. – elmi işçi, k.ü.f.d. (1.0 ştat) 
7. İsmayılova S.B. - elmi işçi, k.ü.f.d. (0.5ştat) 
8. Balayeva O.O. – ştat elmi işçi (1.0)
9. Allahverdiyeva G.R. - elmi işçi (0.5 ştat) 
10. Əliyev E.M. - elmi işçi (1.0 ştat) 
11. Nəbiyev A.M. -  kiçik elmi işçi (1.0 ştat)
12. Əhmədov E.İ. - böyük elmi işçi, k.e.d., prof. (0.25 ştat)
13. Hacıyev A.B. - böyük laborant (0.5 ştat)
14. Pirəliyeva Z.N. - mühəndis (1.0 ştat)
15. Mirzəyeva Ş.G. - laborant (1.0 ştat)
16. Məlikov E.Y. - elmi işçi (0.5 ştat)

ETL-də fundamental və praktiki əhəmiyyətli işlər aparılır. Laboratoriyada sintez olunmuş nanohissəcikli katalizatorlar aşağı temperaturda (100-3000C) doymuş parafin və aromatik karbohidrogenlərdə C-C və C-H rabitələrin aktivləşdirmə qabilliyətinə malikdirlər. ZSM-5 seoliti, Al2O3, polimer və keçid metallar əsasında katalizatorların sintezinin xüsusissətlərinin öyrənilməsinin öyrənilməsi və C6-C7 doymuş n-parafin, C7-C8 aromatik karbohidrogenlərin, metanolun və təbii qazın aromatik karbohidrogenlərə çevrilmələri prosesləri üçün katalizatorlar seçilməsi istiqamətində tədqiqatlar aparılır.

Alınmış nəticələr respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda məruzə edilmiş və “Science station” indeksləşmə siyahısına aid olan jurnallarda (Appl. catal., J. Catal., European Polymer Journal (Elsevier), Кинетика и катализ, Химия и технология топлив и масел, Нефтехимия) çap olunmuşdur.
Əldə edilmiş elmi nəticələr əsasında 2000-2015 illər ərzində “Metalkompleks katalizatorları” ETL-ın aşağıda qeyd olunmuş əməkdaşı 5 namizədlik və 1 doktorluq mövzusunda dissertasiyaları müdafiə etmişlər. 2011-2013-ci illlərdə “Polifunksional polimerlərin sintezi və onların Kür çayının ağır metal, radionuklid çirkləndiricilərinin region ekosisteminə təsirinin qiymətləndirilməsində tətbiqi” EİF-2011-1(3)-4-Q/47-M/128 Azərbaycan Res¬publikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən verilən qrantda laboratoriyanın əməkdaşları I.A.Buniyat-zadə N.F.Əhmədova və O.O.Balayeva iştirak etmişlər.

Axırıncı 2010-2015 ildə laboratoriya işçilərinin tərəfindən görülmüş işlər əsasında aşağıda qeyd olunan elmi əsərlər çap olunub: patent -1, respublikada dərc olunmuş məqalə - 28, respublikada dərc olunmuş tezis – 83, xaricdə dərc olunmuş məqalə - 41, xaricdə dərc olunmuş tezis – 48 əd.
Hal-hazırda laboratoriyada az enerji tutumlu və ekolojı təmiz proseslərin aparılması üçün effektiv katalizatorların sintezi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir.

 

Bookmark and Share
© Baku State University