Home AZRUEN

Müşğünaz Ə. Axundova

Kimya elmləri namizədi, dosent

İş telefonu: +(994) 12 4311067

QISA BİOQRAFİK MƏLUMAT

1960-61-ci dərs ilində BDU-nin kimya fakültəsinə daxil olub, 1965-66-cı dərs ilində həmin fakültəni bitirib. 1966-cı ildə «Üzvi kimya» kafedrasına laborant təyin edilib, 1967-ci ildə baş laborant vəzifəsinə keçirilib. BDU-nin kimya fakültəsi elmi şurasının qərarı ilə əyani aspiranturaya qəbul üçün təqdim olunub. 1968-ci ildən 1971-ci ilə qədər «Üzvi kimya» kafedrasının əyani aspirantı olub. 1971-ci ildə elmi işini vaxtında qurtarıb, müzakirə etdiyinə görə Azərbaycan Respublikasının Ali Təhsil nazirliyinin təyinatı ilə «Üzvi kimya» kafedrasına müəllim vəzifəsinə göndərilib. 1985-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə, 1987-ci ildə yenidən müsabiqə yolu ilə dosent vəzifəsinə seçilib. Hal-hazırda həmin vəzifədə çalışır.
BDU-nin D 02 02 011 saylı müdafiə Şurasının nəzdindəki elmi seminarın üzvü, BDU-nin «Üzvi kimya ixtisası üzrə aspirantların və dissertantların minimum komisiyasının üzvü, Dövlət İmtahanlarının keçirilməsi üçün yaradılan koordinasiya qrupunun koordinatoru kimidə fəaliyyət göstərir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1961-1966, tələbə, «Kimya fakültəsi», BDU
1972- k.e.n. (Mövzu: «Karbamin turşusunun bəzi efirlərinin sintezi və tədqiqi»)

ƏMƏK FƏALİYYƏTİ

1966 – ci ildən BDU-nun «Üzvi kimya» kafedrasında çalışır. Kimya və biologiya fakültələrində üzvi kimya dərslərini, kimya fakültəsində magistrəturada «Metallüzvi birləşmələr» fənnindən mühazirə dərslərini aparır. 54 məqalənin, 4 kitabın müəllifidir.

TƏDQIQAT SAHƏSI

Azotlu, kükürdlü, fosforlu üzvi birləşmələrin sintezi və tədqiqi, sintez etdiyi üzvi məhsullarırı AMEA-nın Aşqarlar İnstitutunda sınaqdan keçirir və müəyyən nəticələr əldə edilir

Bookmark and Share
© Baku State University