Home AZRUEN

Neft kimyası kafedrası


Neft kimyası kafedrası (indiki Neft kimyası və kimya texnologiyası) 1943-cü ildə görkəmli alim, akademik Y.H.Məmmədəliyevin təşəbbüsü ilə yaradılmışdır. Kafedraya akademik Y.H.Məmmədəliyev (1943-1959), prof. Ş.T.Əhmədov (1959-1965), prof. C.Ə.Hüseynov (1965-1967), dosent A.İ.Cabbarov (1967-1971), professor A.H.Ağayev (1971-1978), dosent M.R.Bayramov (1978-1984), professor V.M.Əhmədov (1984-1987) rəhbərlik etmişlər. 1988-ci ildən bu günə qədər kafedraya k.e.d., professor M.R.Bayramov rəhbərlik edir.


Kafedra xəbərləri
Kafedrada bir nəfər (İ.Q.Məmmədov) prof., vəzifəsinə seçilmiş, bir nəfər isə  (N.Y.Zeymalov) dossent vəsifəsinə seçiımişdir. Iki nəfər kafedranın baş laborantları (Y.V.Məmmədova, N.V.Əzimova) kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini müdafiəyə təqdim etmişlər.  Bundan başqa kafedrada 2 nəfər aspirant, 1 nəfər  isə dissertant fəaliyyət göstərir. Neft kimyası və kimya texnologiyası kafedrasının mütəmadi olaraq iclasları keçirilir, orada elmi-metodik, tədris məsələləri müzakirə olunur.

Müəllimlər
Bayramov Musa Rza oğlukafedra müdiri, k.e.d., prof. (0,5 şt)
Hüseynov Qasım Zülfəli oğlu - k.e.d., prof. (0,5 şt)
Məmmədov İbrahim Qərib oğlu - k.e.d., prof. (1,0 şt)
Qasımova Şərqiyyə Zeynal qızı - k.e.n., dos. (1,0 şt)
Hüseynova Rahilə Əşrəf qızı - k.e.n., dos. (1,0 şt)
Zeynalov Natiq Yusif oğlu - k.e.n., dos. (1,0 şt)
Həsənova Gülnarə Musa qızı - k.e.n., dos. (1,0 şt)
Cavadova Ofelya Nazim qızı - k.e.n., müəllim (0,5 şt)

Təhsil
Bütün tədris ili ərzində kafedrada kimya fakültəsinin II, III və IV kurs tələbələrinə, eləcə də “sabah”qruplarına  aşağıda göstərilən fənlərdən proqramlar üzrə dərslər tədris olunur:

bakalavrlar üçün


1. Neft karbohidrogenlərinin kimyəvi emalının elmi əsasları
2. Neft kimyası və neft-kimyəvi sintez
3. Ümumi kimya texnologiyası
4. Kimya texnologiyası
5. Kimya sənayesinin proses və aparatları
6. Neftin heteroatomlu birləşmələri
7. Neft xammalının kimyəvi emalı (Sabah qrupu)
8. Alternativ yanacaqların alınma texnologiyası
9. Əmtəə neft-kimya məhsulları
10. Əsas üzvi və neft-kimyəvi sintez texnologiyası
11. Neft emalı sənayesinin ekologiyası
12. Kimyada riyazi modelləşmə


magistrlər üçün

1. Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin sintezi
2. Neft və qazın kompleks emalının elmi əsasları
3. Neft və qaz emalından alınan məhsullar və onların keyfiyyətinin yaxşılaşdırılması üsulları
4. Neft kimyasında müasir fiziki-tədqiqat metodları
5. Neft və qaz emalı xaricdə
6. Funksionaləvəzli fenol birləşmələri kimyası
7. Neft məhsulları əsasında pestisidlərin alınması
8. Neftin emala hazırlanması
9. Neft emalı və neft-kimyəvi sintezdə kinetika, kataliz
10. Neft emalı sənayesinin ekoloji problemləri
11. Neft və qaz emalı proseslərinin termodinamikası

 

Elmi iş

Kafedranın elmi istiqaməti – Neft kimyası və neft kimyəvi sintez.

Kafedrada magistr və bakalavrlara tədris olunan bütün fənlər üzrə proqramlar hazırlanmışdır.
Kafedranın əməkdaşları katalitik krekinq qazları əsasında yüksək oktanlı komponentlərin, xüsusi məqsədli yağların, tərkibində heteroatom saxlayan funksionaləvəzli birləşmələrin alınması, tədqiqi,  fenol əsaslı doymamış aromatik ketonlar əsasında təcrübi əhəmiyyətli sintezlər və müasir metodların köməyilə müxtəlif sistemlərdə baş verən proseslərin fiziki-kimyəvi əsaslarının öyrənilməsi və eləcədə  də neft karbohidrogenlərinin modifikasiya olunmuş sintetik seolitlər üzərində mülayim şəraitdə katalitik pirolizi prosesinin işlənib hazırlanması ilə  məşğuldur.
Son illərdə kafedrada 20-dən çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Onlardan 6 tədqiqatçı xarici dövlətlərin vətəndaşlarıdır (Hindistan, Vyetnam, Misir, Suriya, Əlcəzair, İran İslam Respublikası). Hal-hazırda  2 nəfər dissertant tədqiqat işlərini başa çatdıraraq müdafiəyə təqdim etmişlər. Eləcə də 2nəfər  doktorant və 1 nəfər dissertant öz elmi işləri üzərində çalışırlar.  Kafedra xarici elmi-tədqiqat mərkəzləri ilə yanaşı AMEA-nın neft emalı institutları ilə də əməkdaşlıq edir.


Tədris proqramları

Kafedrada magistr və bakalavrlara tədris olunan bütün fənlər üzrə proqramlar hazırlanmışdır.

Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, dərs vəsaiti və metodik göstərişlər, 600-dən çox elmi əsərlər dərc edilmiş və 100-dən çox müəlliflik şəhadətnaməsi, 20-ə qədər  patent alınmışdır.


Dərs vəsaiti

1. M.R.Bayramov, M.R.Mirzəyeva, M.M.Hacıyev. Neft kimyasından təcrübə məşğələləri (dərs vəsaiti) / Bakı, BDU-nun nəşriyyatı, 2000

2. A.M.Məhərrəmov, M.R.Bayramov. Neft kimyası və neft kimyəvi sintez (ali məktəblər üçün dərslik) / Bakı, Çaşıoğlu nəşriyyatı, 2003, 562 s.

3. S.H.Hacıyeva, M.R.Bayramov, Ş.Z.Qasımova. Ekologiyanın əsasları və təbiətin mühafizəsi (dərslik) / Kür nəşriyyatı, 2004, 169 s.

4. A.M.Məhərrəmov, M.R.Bayramov. Neft kimyası və neft-kimyəvi sintez (ali məktəblər üçün dərslik) / Bakı, BDU-nun nəşriyyatı, 2006, 604 s.,( 2-ci nəşri)

5. M.R.Bayramov, M.M.Hacıyev, M.R.Mirzəyeva, İ.Q.Məmmədov. Neft kimyası və neft-kimyəvi sintezdən praktikum (dərs vəsaiti) / Bakı, BDU-nun nəşriyyatı, 2007, 400 s.

6. A.M.Məhərrəmov. M.R.Bayramov, İ.Q.Məmmədov. Nüvə maqnit rezonansı spektroskopiyasında müasir metodlar (dərs vəsaiti) / BDU-nun nəşriyyatı, 2006, 140 s.

7. М.М.Гаджиев, М..Байрамов. Технология органических веществ (учебное пособие) / Баку, изд. БГУ, 1998, 140 с.

8. А.М.Магеррамов, М..Байрамов. Химия алкенилфенолов (монография) /Баку, изд. БГУ, 2002, 246 с.

9. Гаджиев М.М., БайрамовМ.. Технология органических веществ (Учебное пособие для ВУЗ-ов, ), BDU-nun

nəşriyyatı, 2006, 2-ci nəşri

10. A..M.Məhərrəmov, R.A. Əhmədova, N.F.Əhmədova. Химия нефти и нефте переработки, Баку, 2010, --- с.

11. A.M.Məhərrəmov. M.R.Bayramov, İ.Q.Məmmədov. Ümumi kimya texnologiyası, Bakı, 2011, 310 s.

12. . A.M.Məhərrəmov, M.R.Bayramov, İ.Q.Məmmədov, G.M.Bayramova. Karbohidrogen xammalının kimyəvi emalı (ali məktəblər üçün dərslik), Bakı, Çaşıoğlu nəşriyyatı, 2012, 260 s.

13. A.M.Məhərrəmov, M.R.Bayramov. Neft kimyası və neft kimyəvi sintez (ali məktəblər üçün dərslik) / Bakı, Çaşıoğlu nəşriyyatı, 2012, 458 s.

14. A.M.Məhərrəmov, M.R.Bayramov, İ.Q.Məmmədov, B.Ə.Hüseynova, Ş.Z.Qasımova, G.M.Həsənova. Neftin heteroatomlu birləşmələri (ali məktəblər üçün dərs vəsaiti). Bakı Universiteti nəşriyyatı, 2015, 248 s.


Məqalələr

Kafedra yarandığı gündən bəri 700-ə qədər elmi əsər dərc edilmişdir.


Beynəlxalq əlaqələr

Kafedra əməkdaşlarının Rusiya Federasiyasının, Türkiyənin tədris və elmi mərkəzləri ilə elmi əlaqələri vardır.

Təris laboratoriyaları

Kafedranın sərəncamında 6 tədris laboratoriyası vardır.

Tədris olunan fənnlərin ümumi təsviri:

Kimya texnologiyası
XIX əsrdə neftin sənaye üsulu ilə istehsala başlanması Azərbaycanda kim­ya.-nın bir elm kimi təşəkkülünə və inkişafına təkan verdi. Bu gün Respublikamızın bey­nəl­xalq aləmə sürətli inteqrasiyası digər elm sahələri kimi kimya tex­no­lo­gi­ya­sı fən­ni­nin tadrisində də  yeniliklər etmək, standartlara cavab verən mü­tə­xəs­sis­lə­rin hazır­lan­ması üçün nəzəri biliklərin daha yüksək səviyyədə olmasını tələb edir. Kimyaçı tex­no­loq tərəfindən kimyəvi pro­ses­­lərin nəzəri əsasları, yanacaq-enerji ehtiyyatları, eləcə də xam­maldan kompleks  istifadənin prinsiplərini bilmədən texnoloji proseslərin işlənib hazırlanması, layi­hə­ləş­di­rilməsi, texniki avadanlıqların istismarı və s. kimi mühüm işlərin yerinə yetirilməsi mümkün deyildir.

 

Bunları nəzərə alaraq kimya texnologiyası fənni tələbələrə predmetun ümumi qanunauyğunluqları, nə­zəri problemləri, üzvi və qeyri-üzvi maddələrin (sulfat-, nit­rat-, xlorid turşularının, sili­kat­la­r və s) istehsalı, elek­tro­kim­yəvi proseslər, neftin ilkin ema­lı, termiki və  katalitik pro­ses­lər, səthi-aktiv mad­də­lər və s.  haqqında geniş məlu­mat­lar almağa imkan verir.

Fənnin tələbələrə verdiyi biliklər böyük praktiki əhəmiyyətə malik olub, onların kimya sənayesinin müxtəlif sahələrində işləməsinə geniş imkanlar yaradır.

Müxtəlif texnoloji sxemlərin, nəzəri məsələlərin tələbələr tərəfindən necə mə­nim­sənilməsinin düz­gün qiymətləndirilməsi üçün imtahanların yazılı keçirilməsi daha məqsədəuyğundur.

Neft kimyasında müasir fiziki tədqiqat metodları
Məlumdur ki, Azərbaycan Respublikası zəngin neft və qaz ehtiyatlarına malik­dir. Neft əsasında müxtəlif məqsədli məhsulların alınması və onların düzgün tətbiq sa­hələrinin tapılması üçün tərkibin hansı karbohidrogenlərdən ibarət olmasını bilmək va­cibdir. Bu  məqsədlə hazırda neftin tərkibinin analizi üçün müxtəlif kimyəvi və kim­yəvi me­tod­lar həyata keçirilir. Analiz metodları içərisində xromatoqrafiya (onun müxtəlif növ­ləri), infraqırmızı (İQ)-, ultrabənövşəyi (UB)-, nüvə maqnit rezonansı (NMR) spek­troskopiyası, elektron  paramaqnit rezonansı (EPR), xromato-kütlə, rent­gen və s. metodlar xüsusi əhəmiyyətı malikdir. Müasir təhsilli kimyaçının bu me­tod­la­rı bilməsi və onların elmin, eləcə də sənayenin müxtəlif sahələrində tətbiq etmə ba­ca­rı­ğının olması günün aktual məsələsi  hesab edilir. Belə ki, neftin tərkibi haqqında mə­­lumat əldə etmədən onun praktiki tətbiqi haqqında fikir söyləmək mümkün de­yil­dir.
Müxtəlif metodların tələbələr tərəfindən necə mənimsənilməsinin düzgün qiymətləndirilməsi üçün imtahanların yazılı və şifahi keçirilməsi daha məq­sə­də­uy­ğun­dur.

Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin istehsalı
Azərbaycan respublikasının böyük neft və qaz ehtiyyatlarına malik olması öl­kə­mizdə neft-kimya sənayesini kifayət qədər yüksək səviyyədə inkişaf etdirməyə im­kan yaratmışdır. Bildiyimiz kimi neft və qaz yalnız yanacaq mənbəyi olmayıb, həm də xüsusi praktiki  əhəmiyyətə ma­­lik məhsulların istehsalı üçün xammal mənbəyidir. Hazırda Bakıda iki neft emalı, Sumqayıtda kimya zavodlarının möv­cud olması, eləcə də yaxın gələcəkdə yeni neft-kimya kompleksinin yaradıldığını nə­zərə alsaq, fənnin tələbələrə tədrisi nəzəri və  praktiki əhəmiyyət daşıyır. Müasir dövrün tələblərinə cabab verən mütəxəssislərin hazırlanması üçün neft və qaz əsasında hansı növ texniki əhəmiyyətli maddələrin alınması, Azərbaycanda hansı proseslərin həyata ke­çi­ril­mə­si­nin tələbələrə çatdırılması elmi,  eləcə də praktiki cəhətdən aktuallığa malikdir.
Tələbələrin mənimsədiyi biliklərin qiymətləndirilməsində yazılı imtahanların ke­çirilməsi daha məqsədəuyğundur.

Bookmark and Share
© Baku State University