Home AZRUEN

Qeyri-üzvi kimya kafedrası

Qeyri üzvi kimya kafedrası 1934-cü ildə təşkil edilmişdir.kafedraya prof .K.İ.Kuznetsov (1934-1939);prof.S.C.Hüseynov (1939-1952);prof.A.H.Ağayev (1952-1957);prof.C.İ.Zülfüqarlı (1957-1982);prof.P.H.Rüstəmov (1983-1988);prof.S.M.Hacıyev (1989-1994);prof.M.B.Babanlı (1994-2005) rəhbərlik etmişlər.2005-ci ildən T.M.İlyaslı kafedra müdiri əvəzi 2012-cil ildən kafedra müdüri vəzifəsində çalışır.Kafedranın yaradılmasında və inkişafında ilk azərbaycanlı alim, kimyaçı professor, Azərbaycan kimya təhsilinin banisi S.C.Hüseynovun böyük xidməti olmuşdur.1989-cu ildən etibarən kafedra  “Ümumi və qeyri-üzvi kimya “ kafedrası adlandırılmışdır.

Kafedrada 13 müəllim çalışır.
1. İlysalı Т.М. – kafedra müdiri, kimya elmləri doktoru, professor
2. Sadıqov F.М. – kimya elmləri doktoru, professor
3. Heydərov B.Ə. – kimya elmləri namizədi, dosent
4. Əliyev О.Ə. – kimya elmləri namizədi, dosent
5. Hüseynova H.Ə. – kimya elmləri namizədi, dosent
6. Yaqubov N.İ. – kimya elmləri namizədi, dosent
7. Məmmədova L.Ə. – kimya elmləri namizədi, dosent
8. Əliyev К.Ə. – kimya elmləri namizədi, dosent (0,5 ştat)
9. Abbasov R.F- kimya elmləri namizədi,dosent
10. Məmmədova S.H.- kimya elmləri namizədi, müəllim
11.Veysova S.M.- kimya elmləri namizədi,müəllim (0,5 ştat)
12. Cəfərova Y.К. – kimya elmləri namizədi, müəllim (0,5 ştat)
13. Bağıyeva M.R. - kimya elmləri namizədi, müəllim (0,5 ştat)

Kafedrada tədris olunan fənlər: -Ümumi kimya, Qeyri-üzvi kimya-1, Qeyri-üzvi kimya -2, Yarımkeciricilər kimyası, Qeyri-üzvi materialşünaslıq, Fiziki-kimyəvi analiz, Təbii qeyri-üzvi birləşmələr kimyası, Faza tarazlığının termodinamikası, Qeyri-üzvi sintezin əsasları, Bərk cisimlər kimyası, Amorf və şüşəvari maddələr kimyası, Kristallokimya, Elektron texnikasının materialları, Qeyri-üzvi kimyanın müasir problemləri, Qeyri-üzvi kompozisiya meterialları, Rentgen faza analizi, Qeyri-üzvi maddələrin tədqiqat üsulları, Yüksək temperaturlu keçiricilər, Oksid şüşələr, Qeyri-üzvi biokimya

Kafedranın elmi istiqaməti: 2.17- Qeyri-üzvi kimya, 2.17.1- Qeyri-üzvi sintez, 2.17.1.1-Çoxkomponentli sistemlərdə faza tarzlığının tədqiqi. Yerli xammal və sənaye tullantılarından perespektiv yarımkeçirici,klaster və kompozitiv poli- və nanomaterialların alınmasının elmi əsaslarının işlənilməsi.

Kafedranın aşağdakı tədris lobaratoriyaları vardır: Qeyri-üzvi kimya, Yarımkeciricilər kimyası, Fiziki-kimyəvi analiz, Qeyri-üzvi sintez, ETL Kafedrasının Rusiya, Ukrayna, Belarusiya, Almaniya, İsveç, Türkiyə, Fransa, İtalya və başqa ölkələrin elmi müəssisələri ilə sıx elmi əlaqələri vardır.1999-2003-cü illərdə kafedrada  Avropa Birliyinin İNTAS proqramı üzrə müsabiqələrdə alınmış iki qrant çərçivəsində göstərilən ölkələrin alimləri ilə birgə tədqiqatlar aparılmışdır və əməkdaşlıq davam etdirilir.

Kafedrada tədris olunan fənnlərin qısa təsviri:

Qeyri-üzvi kimya fənnin məqsədi
– tələbələrə müəyyən hesablama ə praktiki işlırin həllini aparmaq üçün nəzəri bilikləri öyrətməkdə, D.İ.Mendeleyevin dövri sistem cədvəlindən istifadə edərək elementlərin və onların birləşmələrin xassələrini qabaqcadan söyləməyə,istiqamətli sintez aparmağa, kimyəvi təcrübə aparmağı öyrətməkdir. Qeyri-üzvi kimya 2 semestr ərzində keçirilir. Qeyri-üzvi kimya-1 və Qeyri-üzvi kimya -2. Qeyri-üzvi kimya-1 I kursun II semestrində Qeyri-üzvi kimya 2 III semestrdə tədris olunur.Tədrisdə fikir əsas elementlərin və onların birləşmələrinin ümumi xarakteristikalarına ,alınma üsullarına,turşu -əsas xassələri,oksidləşmə-reduksiya proseslərinə,həmçinin elementlərin bioloji rolu və onların birləşmələrinin tətbiq sahələrinə yönəldilir.Həmçinin metal və qeyri-metalların birləşmələrinin müasir nomenklaturası və təsnifatı da öyrədilir.
-Attestasiya forması yazılı imtahandır.

Qeyri-üzvi biokimya fənninin məqsədi
- tələbələrə müasir qeyri-üzvi kimya elminin ayrılmaz bir sahəsi olan qeyri-üzvi biokimya haqqında ilkin anlayışlar vermək ,orqonogen və biogen elementlərin xassələri ,onların birləşmələrinin canlı təbiətdə oynadığı rolu ümumi və qeyri-üzvi kimya baxımından aydınlaşdıraraq tələbələrə çatdırmaqdır.Fənni tədris edərkən biometallar və bioliqantlar,qeyri-üzvi biokimyanın əsas tədqiqat oyektləri olan kompleks birləşmələr,onların nomenklaturası ,təsnifatı ,qruluşu,onlarda kimyəvi əlaqənin təbiəti,turşu-əsas nəzəriyyələri,mühüm biokomplekslər,ekoloji problemlər,qeyri-metal və metalların xassələri və bioloji sistemlərdə  rolu tələbələrə öyrədilir.
-Attestasiya forması yazılı imtahandır.

 

Bookmark and Share
© Baku State University