Home AZRUEN

Qeyri-üzvi materialşünaslıq

Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1/5 10.03.88 saylı əmri ilə 1988-ci ildə təsis edilmişdir. Bu müddətdə laboratoriya müdirləri 1988-1992-ci illərdə kimya elmləri doktoru, prof. T.M.İlyaslı, 1992-1995-ci illərdə k.e.n., dos. A.V.Eynullayev, 1995-ci ildən k.e.n., dos. M.R.Allazov olmuşlar.

Hal-hazırda ЕТL-nin tərkibi 13 nəfərdən ibarətdir. Onlardan üçü elmlər dokotru, altısı elmlər namizədidir. Üç nəfər elmlər doktoru laboratoriyada yarım ştat işləyir.
Laboratoriyada fotohəssas, termoelektrik və maqnit xassəli yarımkeçirici materialların alınmasının elmi əsaslarının yaradılması sahəsində fundamerntal tədqiqat işləri aparılır. Yarımkeçiricilər kimyası və qeyri-üzvi materialşünaslıq ixtisasları üzrə gənc kadrlar hazırlanır.
Laboratoriyanın əməkdaşları əsasən p-, d-, f- elementlərin, xalkogenidlərin, xalkohalogenidlərin iştirakı ilə yeni fərdi fazalar, bərk məhlullar əmələ gətirən mürəkəb yarımkeçirici sistemlərin öyrənilməsi və alınmış yeni fazaların maqnit, optiki, elektro-fiziki və s.xassələrinin tədqiqi və həmçinin, yerli xammalın təkrar emalı, sənaye tullan-tılarının utilləşdirilməsi işləri ilə məşğul olurlar.
Laboratoriya yarandığı gündən onun əməkdaşları tərəfindən 100-dən artıq sistem tədqiq edilmiş, faza diaqramları qurulmuşdur. Keçid elementlərin iştirakı ilə 20-dən artıq üçlü sistemin likvidus səthinin proyeksiyası qurulmuşdur. Bu tədqiqatların nəticələri öz əksini xarici və respublika jurnallarında dərc olunmuş 200-dən artıq elmi məqalə, respublika və beynəlxalq əhəmiyyətli konfransların materiallarında işıq üzü görmüş 150 tezisdə tapmışdır. 15 patent və təqdim olunmuş ixtiralara müsbət rəy alınmışdır. Laboratoriyanın rəhbərliyi ilə “Fiziki-kimyəvi analiz və qeyri-üzvi materialşünaslıq” mövzusu üzrə 10 elmi konfrans keçirilmişdir.
Laboratoriya Kimya Problemləri İnstitutu, AMEA-nın Fizika İnstitutu, Azərbay-can Texniki Universiteti və Fransanın II Montpelye Universiteti ilə sıx əməkdaşlıq edir. Laboratoriyanın əməkdaşları 2 beynəlxalq qrantda iştirak edir.

 

Sıra.№-si

Vəzifəsi

Elmi dərəcəsi

Elmi adı

Soy adı,adı,atasınin adı

Ştat

1

Lab.müd.
Aparıcı elmi iş.

к.e.n.

Dos.

Allazov Mahmud Rüstəm оğlu

1

2

Aparıcı elmi iş.

к.e.d

Prof.

Sadıqov Fuad Mikayıl оğlu

0,5

3

Aparıcı elmi iş.

к.e.n.

Dos.

İsmayılov Zakir İslam оğlu

1

4

Böyük.elmi iş.

к.e.n.

 

Şıxəlibəyli Şahlar Şövkət оğlu

1

5

Kiçik elmi iş.

 

 

Mustafayeva Kəmalə Zirəddin qızı

1

6

Elmi işçi

k.ü.f.d.

 

Mirzəyeva Rahilə Cümşüd qızı

1

7

Elmi işçi

 

 

Sultanova Səminə Qeys qızı

1

8

Elmi işçi

 

 

Həsənova  Zivər Tofiq qızı

1

9

Elmi işçi

 

 

Qurbanova Təranə Rəcəb qızı

1

10 Böyük elmi işçi k.ü.f.d. Şükürova Güntəkin Mirələm 0,5
11 Elmi işçi Rəhimova Aysel Ruflan 1
12 Kiçik elmi işçi Sultanova Aytən Nizami 1
13 Aparıcı elmi işçi f.r..e.n.
Əmiraslanov İmaməddin Rəcəb 0,5

 

 

 

Bookmark and Share
© Baku State University