Home AZRUEN

Tələbə elmi cəmiyyəti


BDU-nun kimya fakültəsində 885 nəfər bakalavr, 85 nəfər magistr təhsil alır.Təhsil əyanidir. Fakültədə 3 ixtisas üzrə bakalavr hazırlanır: kimya, kimya müəllimliyi, kimya mühəndisliyi. Fakültədə tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır. Bu cəmiyyət tələbələrin elmi fəaliyyətinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Hər il savadlı, elmi axtarışlara meylli tələbələr seçilir və cəmiyyət sıralarına daxil edilir. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun olaraq müxtəlif kafedralara cəlb olunmuşlar. Hazırda cəmiyyətin 50 nəfərdən çox üzvi var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir.
Tələbə Elmi Cəmiyyəti (TEC) mütəmadi olaraq tələbələrin elmi diskusiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir. Bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla,elmi məqalələrlə tanış olurlar.
Tələbə Elmi Cəmiyyətinin (TEC) dekanlığı yaxından köməklik göstərir. Ümumi respublika olimpiadasına hazırlıq məqsədi ilə fakültə dekanlığı tərəfindən məşğələlər təşkil olunmuşdur. Tələbə elmi şurası da tələbə qurumu olaraq tələbələrin bu məşğələlərdə fəal iştirakını  təmin edir.





TEC-nin sədri -       Məmmədli Aytən Əvəz qızı     
Sədr müavini -      Mütəllimova Maral

Bookmark and Share
© Baku State University