Home AZRUEN

Uğurlarımız

 

RUSİYA ELMLƏR AKADEMİYASININ HƏQİQİ ÜZVÜ
2016-cı iıdə - akad.A.M.Məhərrəmov Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Tarix: 01.11.2016


PREZİDENT MÜKAFATI
2016-cı ildə «YMB kimyası» kafedrasının müəllimi  E.Y.Məlikov «Gənclər üçün Prezident mükafatı»na layiq görülüb.

Tarix: 06.05.2016


ABŞ-da MONOQRAFİYA
2016-cı il – akad.A.M.Məhərrəmov, K.T.Mahmudov və s. müəlliflərin «Non-covalent interactions in the synthesis and design of the compouds» adı altında ABŞ-ın akademik nəşrlər üzrə ixtisaslaşmış Wiley (Uayli) nəşriyyatında 25 bölmədən ibarət ingilis dilində monoqrafiya çap olunub.

Tarix: 21.06.2016


RESPUBLİKA MÜSABİQƏSİ
2015-ci ildə Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əməkdaşlarımız İXTİRACILIQ SAHƏSİNDƏ ÜÇÜNCÜ RESPUBLİKA MÜSABİQƏSİNİN QALİBİ oldular.

Tarix: 06.05.2016

ABŞ PATENTİ
2015-ci ildə akad.A.M.Məhərrəmovun elmi rəhbərliyi ilə işləyən qrup  «Porous magnetic sorbent» ABŞ patentı almışdır. Müəlliflər: Abel Məhərrəmov, Abdulsəyid Əzizov, Sulaiman Alfadul, Vaqif Əhmədov, Rasim Alosmanov,
İradə Bünyatzadə

İLİN DEKANI
2014/2015-ci tədris ilinin yekunlarına görə prof.A.Ə.Əzizov «İLİN DEKANI» Fəxri adı ilə təltif  edilmişdir

TƏBRİK EDİRİK!!!



İLİN KAFEDRA MÜDİRİ
2014-cü ildə «Neft kimyası və kimya texnologiyası» kafedrasının kafedra müdiri prof.M.R.Bayramov İLİN KAFEDRA MÜDİRİ seçilib

TƏBRİK EDİRİK!!!



İLİN KAFEDRASI
2012-ci ildə «Yüksəkmolekullu birləşmələr kimyası» kafedrası İLİN KAFEDRASI seçilib

TƏBRİK EDİRİK!!!



FƏNN OLİMPİYADASI
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin II kurs tələbəsi Əlizadə Nəriman Salman oğlu Tələbələrin XVI Respublika fənn olimpiadasında kimya fənni üzrə I yerə layiq görülmüşdür.

Tarix: 09.06.2011



"İLİN DEKANI"
Qazanılan böyük elmi-pedoqoji uğurlara və əldə edilən yüksək nəticələrə görə Kimya fakültəsinin dekanı professor Əzizov Abdulsəyid Əbdülhəmid oğlu 2009-2010-cu tədris ilinin yekunlarına əsasən Bakı Dövlət Universiteti üzrə "İlin Dekanı" fəxri adı ilə təltif olunmuşdur.

TƏBRİK EDİRİK!!!

Tarix:  09.07.2010


Fəxri Fərman

23.10.2008
Kimya Fakültəsi II kurs tələbəsi KK001 qrup nümayəndəsi Ələkbərova Türkan Müzahim qızı fakültənin ən yaxşı qrup nümayəndəsi fəxri adı ilə təltif olunur.
Təbrik edirik!

Tarix: 29.10.2008

2007-ci ildəki elmi-tədqiqat işlərinin nəticələrinə görə Kimya fakültəsi Bakı Dövlət Universiteti üzrə “İlin fakültəsi” adına layiq görülmüşdür.

2007-ci ildəki elmi-tədqiqat işlərinin nəticələrinə görə Ekoloji kimya kafedrası Bakı Dövlət Universiteti üzrə “İlin kafedrası” adına layiq görülmüşdür.

K.e.d., prof., Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri M.Bayramov “İlin alimi” adına layiq görülmüşdür.

Elmi-Tədqiqat işləri nəticəsində reytinq cədvəlində sıralama aşağıdakı kimidir:
• Kimya fakültəsi
• Hüquq fakültəsi
• Ekoloji kimya kafedrası
• Mülki proses, əmək və ekologiya hüququ kafedrası
• Zərif üzvi sintez Elmi-Tədqiqat laboratoriyası

Əldə edilən uğurlarda əməyi keçən hər kəsi, Kimya fakültəsi müəllim heyəti və tələbələri adından ürəkdən təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Tarix: 30.03.2008

Hər il olduğu kimi bu il də Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrin elmə, təhsilə olan maraqlarını daha da artırmaq, onlar arasında sağlam bilik, rəqabət ruhunu və aktiv ictimai fəaliyyəti ilə fərqlənən tələbələrin stimullaşdırmaq məqsədi ilə "İlin ən yaxşı tələbəsi" müsabiqəsi keçirilib. 27 dekabr 2011-ci il tarixində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri baş tutub. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Qaliblər arasında  fakültəmizin aşağıdakı üzvləri də var:
1. Abdurahmanzadə Rəhilə Tamerlan qızı
2. Yusifova İlahə Mahmud qızı
3. Nəsibli Aydan Həmid qızı
4. Yusifli Paşa Rasim oğlu
5. Tağızadə Züleyxa Ələkbər qızı
6. Abasova Günel Ənvər
7. Ədilov Qabil Ramiz

Tarix: 27.12.2011

Bookmark and Share
© Baku State University