Home AZRUEN

“YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏR KİMYASI”

“Yüksəkmolekullu birləşmələr kimyası” (YMB) kafedrası 1964-cü ildə təşkil olunmuşdur. Kafedraya k.e.d., prof. M.Ə.İskəndərov (1964-1965), k.e.d. Z.Ə.Sadıxov (1966-1983) rəhbərlik etmişdir. 1984-cü ildə kafedra “Neft kimyası” kafedrası ilə birləidirilmiş, 1988-ci ildə kafedra yenidən müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. 1988-1998-ci illərdə kafedraya k.e.d., prof. V.M.Əhmədov rəhbərlik etmişdir. 1998-ci ildən kafedranın müdiri k.e.d., prof. O.H.Əkbərovdur.
Kafedranın müəllimləri:
1. Kimya elmləri doktoru, professor, kafedra müdiri – O.H.Əkbərov
2. Kimya elmləri doktoru, professor- A.Ə.Əzizov
3. Kimya elmləri doktoru, professor - E.O.Əkbərov
4. Kimya elmləri doktoru, professor – R.M.Alosmanov
5. Kimya elmləri namizədi, dosent - E.Ə.Abdullayeva
6. Müəllim - E.Y.Məlikov
Fəaliyyət göstərdiyi 50 ildən artıq bir müddət ərzində yerli tədris və sənaye müəssisələri üçün yüzlərlə, Kuba, Vyetnam, Efiopiya, Əfqanistan və s. Ölkələr üçün onlarla mütəhəssis hazırlamışdır. Kafedrada son on ildə 2 oktorluq, 10 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub.
Kafedra hər il üç ixtisas üzrə 4-6 magistr kadrları hazırlayır.
Kafedrada bakalavr və magistr pillələri üzrə aşağıdaki fənlər tədris olunur:
“Yüksəkmolekullu birləşmələr kimyası”, “Polimer kompozisiya materialları”, “Polimer nanokompozitlər”  “Polimerlərin sintezi və tədqiqi”, “Polimerlərin kimyəvi çevrilmələri”, “Polimer kompozisiyaların tədqiqi”, “Nanokimyanın əsasları”  “Polimer kompozisiyalarının inqredientləri””, “Yüksəkmolekullu birləşmələr kimyasının seçilmiş bəhsləri”.” Praktiki əhəmiyyətli funksional polimerlər”, “Polimer məhlullar”. “Plastik kütləllər”, “Karbon zəncirli polimerlər”. “Heterozəncirli polimerlər”, “Lak-boya materialları”, “polimer sorbentlər”, “ Nanoquruluşlu kompozitlərin kimyəvi alınma üsulları”.
Tədris planına uyğun kafedrada bakalavr və magistr pillələri üçün tədris olunan fənlərdən proqramlar hazırlanıb və nəşr olunub.
Kafedrada “Reaksiyaqabiliyyətli polimer və oliqomerlərin sintezi, çevrilmələri və onlar əsasında sorbentlərin, nanokompozitlərin sintezi və tədqiqi ” mövzusu üzrə elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işlərinin nəticələri aşağıdakı yüksək reytinqli xarici jurnallarda dərc olunub:
“Journal of Applied Polymer Scien¬ce”, “Hydrometallurgy”, “Materials  Research Innovations”, “European Polymer Journal”, “Turkish Journal of Chemistry”, “Iranian Polymer Journal”, “International Journal of Chemical Science and Technology”, “Open Journal of Phy¬sical Chemistry”, “American Journal of Polymer Science”, “International Journal of Advanced Chemical Technology”, “International Journal of Research in Chemistry and Environment”, “Physic E”, “Высокомо¬ле¬ку¬ляр¬ные соединения”,  “Химия и химическая технология”, “ Water Sciense and Technology”,”Analitical Letters”,” Composites: Part B”, “Serbian journal of chemistry”, “Desalination and water treatment”, “Journal of radioanalytical and Nuclear chemistry”,“Materials Research Bulletin”,“Polish Journal of Chemical Technology”, “RSC Advances”,    “Atomic Spectroscopy”.
Son 10 ildə kafedra əməkdaşları tərəfindən 10 patent, o cümlədən, 1 ABŞ patenti alınıb.
Kafedranın nəzdində “ Metalkompleks katalizatorlar” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Kafedranın əməkdaşları tərəfindən aşağıda göstərilən dərs vəsaitləri və dərsliklər nəşr olunub:

1. A.M.Məhərrəmov, E.O.Əkbərov, “Allil efirlərinin malein anhidridi və stirolla radikal üçlü birgə polimerləşməsi”, 2007, 170 s.
2.A.M.Məhərrəmov, A.Ə.Əzizov, R.M.Alosmanov “ Fosfor-üzvi reagentlər”, 2011, 112s.

Kafedranın əməkdaşları tərəfindən aşağıda göstərilən dərslik və dərs vəsaitləri nəşr olunub:

1. O.H.Əkbərov, A.Ə.Əzizov, E.O.Əkbərov- «Yüksəkmolekullu birləşmələr kimyası» (dərslik,3-cü nəşri), 2009,366s.
2. O.H.Əkbərov, E.O.Əkbərov –«Yüksəkmolekullu birləşmələr kymyasından praktikum» (dərs vəsaiti), 2004, 2012, 224s.
3. Ə.Əzizov, R.M.Alosmanov, O.H.Əkbərov – « Polimer kompozisiya materialları” (dərs vəsaiti), 2003
4. E.O.Əkbərov,  “Polimerlərin sintezi” (dərs vəsaiti), 2012, 180 s.
5. О.Г.Акперов “Химия  высокомолекулярных соединений”(учебное пособие), 2016, 338 с.

Kafedrada tədris  olunan “Yüksəkmolekullu birləşmələr kimyası”  kursunun təsviri:

“Yüksəkmolekullu birləşmələr kimyası” kursunun məqsədi universitet tələbələrini polimerlər haqqında elmin əsasları ilə tanış etməkdir.
Fundamental elmi fənn kimi “Yüksəkmolekullu birləşmələr kimyası” kursu¬nun formalaşmasının əsasını maddələrin xüsusi forması olan polimer halının mövcudluğu təşkil edir. Ona görə də fənnin tədrisində yüksəkmolekullu birləşmələrin kiçik molekullu  birləşmələrdən fərqlənən xassələrinin təsvirinə daha çox diqqət verilmişdir. Böyük ölçülərə və zəncir quruluşuna malik olmaları nəticəsində polimerlərdə kiçik molekullu birləşmələr üçün xas olmayan bir sıra spesifik xüsusiyyətlərin meydana çıxmasına səbəb olur.Digər tərəfdən polimerlərin sintezi və kimyəvi çevrilmələri adi kimyəvi reaksiyalarda həyata keçirilsə də, bu reaksiyalarda makromolekul, makroradikal və makroionların iştirakı onlara fərqli xüsusiyyətlər verir.“Yüksəkmolekullu birləşmələr kimyası” kursu üzrə oxunan mühazirələrlə yanaşı tələbələrin bu kurs üzrə laboratoriya işlərini yerinə yetirmələri də nəzərdə tutulur. Praktiki işlər kursun demək olar ki bütün bölmələrini əhatə etməlidir. Bu isə tələbələrə mühazirə  dərslərində eşitdikləri nəzəri məsələlərin möhkəmlənməsinə kömək edir.   tələbələrə aşılanan biliklərin qiymətləndirilməsi zamanı yazılı imtahan üsulundan istifadə edilir.

 

 

 

 

Bookmark and Share
© Baku State University