Home AZRUEN

ÜZVİ KİMYA KAFEDRASI

Üzvi kimya kafedrası 1934-cü ildə yaranmişdir. Kafedrada “Polifunksional üzvi birləşmələrin yeni nümayəndələrinin sintezi və xassələri” mövzusunda elmi-tədqiqat işləri aparılır. Kafedranın müdiri akad. Abel Məmmədəli oğlu Məhərrəmovdur. Kafedrada 22 müəllim, 10 laborant və laboratoriya müdiri çalişır. Elmi-tədqiqat işlərində kafedranın professor- müəllimləri, laborantları, o cümlədən aspirant və dissertantları iştirak edirlər.

Mütəmadi olaraq kafedra iclasları keçirilir, elmi-metodik və tədris məsələləri müzakirə olunur.


Müəllimlər :

1. Abel Məmmədəli oğlu Məhərrəmov - kafedra müdiri, akademik (0.5 şt.)
2. İsmayıl Əhmədəli oğlu Əliyev - prof. (0.5 şt.)
3. Məhərrəm Nəcəf oğlu Məhərrəmov - prof. (0,5 şt.)
4. Valeh Mehralı oğlu İsmayılov - prof. (tam şt.)
5. İdris Məçid oğlu Əhmədov - prof. (0.5 şt)
6. Niftalı Nadir oğlu Yusubov - k.e.d. (tam şt.)
7. Məlahət Müsrət qızı Qurbanova - prof. (0.5 şt.)
8. Zara Əli qızı Məmmədova - dos. (tam şt.)
9. Müşkünaz Əhməd qızı Axundova - dos. (tam şt.)
10. Əhmədağa Nemət oğlu Quliyev - dos. (tam şt.)
11. Elmira Cərkəz qızı Əliyeva - dos. (tam şt.)
12. Arif İdris oğlu İsmiyev - dos (tam şt.)
13. Namiq Qürbət oğlu Şıxəliyev - prof.əvəzi (tam şt.)
14. İsgəndər Əlirza oğlu Məmmədov - dos (tam şt.)
15. Ülviyyə Fəxrəddin qızı Əsgərova - b/m. (tam şt.)
16. Almaz Qənbər qızı Rəhimova - dos.əvəzi (tam şt)
17. İnara Tofiq qızı Nağıyeva - dos. (tam şt.)
18. Nurlana Dilqəm qızı Sadıxova - dos. (0.5 şt.)
19. Ülviyyə Əliməmməd qızı Həsənova - prof.əvəzi (tam şt.)
20. Rakif Ağakişi oğlu Qasımov - dos.əvəzi (0,5 şt.)
21. Xatirə Ağacəlil qızı Qarazadə - müəllim (0,5 şt.)
22. Afət Temir qızı Hüseynova - dosent (0,5 şt.)

Təhsil
Tədris ili ərzində kafedrada sistematik olaraq kimya fakültəsinin II, III və IV kurs tələbələri tədris olunan aşağıdakı fənnlər üzrə məşğul olurlar:

Bakalavrlar üçün:
1.Üzvi kimya
2.Üzvi sintez
3.Həyat fəaliyyətinin kimyəvi əsasları
4.Bioüzvi. təbii və fizioloji fəal birləşmələrin kimyası
5.Dərman maddələrin sintezi
6. Boyaq maddələrin kimyası

Tələbələr üçün hazirlanmış kollokviumların sualları dövrü olaraq müzakirə olunur. Tədris yükünə uyğun olaraq маgistr-tələbələr üçün yeni proqramlar tərtib edilmiş və buraxılış işlərinin movzuları müəllimlərlə birlikdə müzakirə olunmuşdur.

Маgistrlər üçün kafedrada aşağıdakı fənnlər tədris olunur:

1. Üzvi birləşmələrin fizioloji fəallığının quruluşdan asıllığı və tətbiq sahələri
2. Kimyəvi immunologiya
3. Fizioloji aktiv maddələrin sintezi və tədqiqi
4. Dərman maddələrin sintezi
5. Təbii birləşmələr kimyası
6. Bioüzvi kimya
7. Bioloji kimya
8. Kimyəvi enzimologiya
9. Üzvi kimyanın müasir problemləri
10. Üzvi kimyanın nəzəri əsasları
11. Stereokimya
12. Konformasiya analizi
13. Fiziki tədqiqat üulları
14. Metalüzvi birləşmələr
15. Elementüzvi birləşmələr
16. Heterotsiklik birləşmələr
17. Dərman maddələrin sintezi
18. Zərif üzvi sintez


Elmi iş

Kafedrada “Polifunksional üzvi birləşmələrin yeni nümayəndələrinin sintezi və xassələri” mövzusu üzrə elmi-tədqiqat işləri aparılır.
Kafedrada tərkibində kükürd, azot və oksigen atomları olan müxtəlif ölçülü heterotsiklik birləşmələrin, onların funksionaləvəzli törəmələrinin alınması və tətbiq sahələrinin öyrənilməsi istiqamətində geniş elmi - tədqiqat işləri aparılır. Əldə edilən nəticələr əsasında sintez edilən birləşmələrin quruluşu ilə onların tətbiq sahələri arasındakı asılılıq öyrənilmişdir.
Kafedrada eləcədə karbonilli birləşmələrin və onların fosforlu analoqlarının mütəhərrik C-H rabitəsinin C=O qrupunun iştirakında müxtəlif istiqamətdə kondensləşmə reaksiyaları tədqiq edilir. Aparılan işlərin nəticəsində bir sıra yeni tip oksigenli, azotlu və fosforlu tsiklik və heterotsiklik birləşmələr sintez edilmişdir.
Elmi işlərin bir hissəsi neft turşularının çevrilmələri əsasında aparılır. Bu məqsdlə neft turşularının müxtəlif xlorlu törəmələrin alınması ücün şərait müəyyənləşdirilmişdir. Alınan xlorlu törəmələrin müxtəlif reagentlərlə reaksiyaları əsasında tərkibində kükürd və azot atomları saxlayan praktiki əhəmiyyətli yeni üzvi birləşmələrin sintez yolları tədqiq edilir.

Tədris proqramı

Каfedrada мüxtəlif istiqamətlər üzrə aşağıdakı təhsil proqramları hazırlanmışdır:
1. Üzvi kimya fənni üzrə proqram
2. Üzvi sintez fənni üzrə proqram
3. Həyat fəaliyyətinin kimyəvi əsasları fənni üzrə proqram
4. Bioüzvi. təbii və fizioloji fəal birləşmələrin kimyası fənni üzrə proqram
5. .Dərman maddələrin sintezi fənni üzrə proqram
6. Boyaq maddələrin kimyası fənni üzrə proqram
7. Üzvi birləşmələrin fizioloji fəallığının quruluşdan asıllığı və tətbiq sahələri fənni üzrə proqram
8. Kimyəvi immunologiya fənni üzrə proqram
9. Fizioloji aktiv maddələrin sintezi və tədqiqi fənni üzrə proqram
10. Dərman maddələrin sintezi fənni üzrə proqram
11. Təbii birləşmələr kimyası fənni üzrə proqram
12. Bioüzvi kimya fənni üzrə proqram
13. Bioloji kimya fənni üzrə proqram
14. Kimyəvi enzimologiya fənni üzrə proqram
15. Üzvi kimyanın müasir problemləri fənni üzrə proqram
16. Üzvi kimyanın nəzəri əsasları fənni üzrə proqram
17. Üzvi kimyanın tarixi və metodologiyası fənni üzrə proqram
18. Stereokimya fənni üzrə proqram
19. Konformasiya analizi fənni üzrə proqram
20. Fiziki tədqiqat üulları fənni üzrə proqram
21. Metalüzvi birləşmələr fənni üzrə proqram
22. Elementüzvi birləşmələr fənni üzrə proqram
23. Heterotsiklik birləşmələr fənni üzrə proqram
24. Dərman maddələrin sintezi fənni üzrə proqram
25. Zərif üzvi sintez fənni üzrə proqram

Tədris vəsaitləri

1. A.M.Məhərrəmov, M.N.Məhərrəmov Üzvi kimya Bakı, 2006, 538 s. (dərslik)
2. A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev Üzvi kimya BDU nəşriyyatı, 2007, 382 s. (dərslik)
3. A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, M.M.Qurbanova Dərman maddəalarinin sintezi BDU nəşriyyatı, 2007, 143 s. (dərs vəsaiti)
4. A.M.Məhərrəmov, M.Ə.Allahverdiyev, Üzvi kimya sual və cavablarda BDU nəşriyyatı, 2008, 123 s. (dərs vəsaiti)
5. A.M.Məhərrəmov, M .Ə.Allahverdiyev, М..Ə.Ахундова Metallüzvi birləşmşlşr üzvi praktikumda BDU nəşriyyatı, 2008, 87 s. (dərs vəsaiti)
6. İ.Ə.Əliyev, Ə.N.Quliyev Üzvi boyaqlar kimyasından praktikum BDU nəşriyyatı, 2003, 60 s.(dərs vəsaiti)

Nəşrlər

Son 5 ildə kafedrada aparılan elmi–tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Оnlardan 50 məqalə, qalanları isə tezisdir.

Beynəlxalq əlaqələr

Kafedranın əməkdaşları Türkiyənin Orta Doğu, universiteti və Rusiyanın digər elmi–tədqiqat institutları ilə əməkdaşlığı davam etdirir.

Hesabatlar

Tədris laboratoriyaları
Kafedranın 160, 161, 163, 165, 167, 169, 170 və 175 saylı otaqlarda yerləşən 8 tədris laboratoriyası var.

Bookmark and Share
© Baku State University