Home AZRUEN

BDU-da doktorantura pilləsinin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə görüş

07/04/2016

Bakı Dövlət Universitetində Fransanın Montpellier Universitetinin kordinatorluğu ilə həyata keçirilən "Azərbaycanda təhsilin doktorantura pilləsinin Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə yenidən qurulması və təşkili" (Nizami) adlı qrant layihəsi çərçivəsində növbəti görüş olub. Layihədə Avropa Birliyi ölkələrindən Fransanın  Montpellier, İsveçin Uppsala, Çex Respublikasının Masarykova, Almaniyanın Haydelberq, İspaniyanın Barselona, Turkiyənin Fateh universitetlərinin tərəfdaşlığı və Təhsil Nazirliyinin kordinatorluğu ilə Bakı Dövlət, AMEA, Xəzər, Qafqaz, Azərbaycan Dillər, Azərbaycan Memarlıq və İnşaat, Naxçıvan Dövlət, Azərbaycan Texniki, Azərbaycan İqtisadiyyat, Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət universitetləri  iştirak edirlər. Layihə 3 il muddətində yerinə yetiriləcək və ali təhsilin 3-cü pilləsi olan doktorantura təhsilinin Avropa təhsil standartlarına uygunlaşdırmaq üçün vahid bir platforma işləyəcək.

Görüşdə iştirak edən və qonaqları salamlayan BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, bu cur layihələrin yerinə yetirilməsində universitetin təcrübəsi çoxdur və onun uğurla yerinə yetirilməsi üçün tərəfimizdən bütün köməklik ediləcəkdir. Layihənin rəhbəri, Fransanın Montpellier Universitetinin professoru Veronique Montero razılığını bildirərək layihənin yerinə yetirilməsində BDU-nun rolunu xüsusu qeyd edib. BDU-nun professorları - Məhəmmədəli Ramazanov, Ülviyyə Həsənova, dosent İsmət Əhmədov Azərbaycanda doktoranturanın indiki vəziyyəti, onun Azərbaycan elminə verdiyi faydalar, eyni zamanda problemləri barədə geniş təhlil xarakterli məruzə ediblər. Sonra BDU-dan layihədə iştirak edən alimlərin Avropa və dünya standartlarına uyğun hazırladığı doktorantura təhsil modelinin müzakirəsi keçirilib. Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov bu sənədin hazırlanmasında iştirak edən alimlərə öz təşəkkürünü bildirib. Deyib ki, bu, bir layihədir və onun üzərində işləyərək mükəmməl bir sənəd halına salmaq layihə komandalarının borcudur. Layihənin ümumi dəyəri 994056 avrodur.

Mətbuat və informasiya şöbəsi 07 aprel 2016-cı il.












Bookmark and Share
© Baku State University