Home AZRUEN

11.11.2017-ci il tarixində Bakı Dövlət Universitetinin tələbələrinin və “İnnovativ Mühəndislər Klubunun” birgə təşkil etdiyi “BDU-Kimya Yarışı” lahiyəsinin qalibləri bəlli oldu

14/11/2017

Yarış bu il 5 fakültənin 22 komandanın 110 tələbə arasında baş tutdu. Kimya, Biologiya, Coğrafiya, Ekologiya və Geologiya tələbələri kimya sahəsində biliklərini nümayiş etdilər. Final mərhələsinə və final mərhələnin son anına qədər ciddi mübarizə davam edirdi. ilk yerin sahibi “Rutenium” komandası (komandanın üzvləri: B. Fatimə, Q. Fidan, M. Aytən, A. Güləbiyyə), 2- ci yerin sahibi “Sabah əlkimyaçıları” komandası (komandanın üzvləri: A.Gülgün, İ.Nuranu, A.Əlmusa, H.Səbinə), 3- cü yerin sahibi isə “Kreator” komandası oldu (komandanın üzvləri: S.Əminə, H.Sahilə, M.Flora, M.Gültəkin, M.Aynur).

Qeyd etmək lazımdır ki, hər 3 yer tutan komandanın tələbələri SABAH qrupunun tələbələridir. Qaliblər diplomla mükafatlandırıldı. İştirakçılar tədbirin təşkil olunması üçün çalışan hər kəsə təşəkkürlərini bildirdilər.

Bookmark and Share
© Baku State University