Home AZRUEN

14 noyabr 2016-ci ildə Kimya fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir

15/11/2016

14 noyabr 2016-ci ildə Kimya fakültəsinin Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. Fakültənin dekanı prof.A.Ə.Əzizov iclası açıq elan etdikdən sonra iclasda iştirak edən BDU-nun Tədris-Metodiki Şurası nümayəndələrinə və digər qonaqlara  Şuranın işində iştirak etdikləri  üçün öz təşəkkürünü bildirdi. Sonra Elmi Şura iclasının gündəliyinə daxil olan birinci məsələ Kimya Fakültəsinin Tədris-Metodiki Şurasının 2015/2016-cı Tədris ili üçün  Hesabatı” üzrə həmin Şuranın sədri prof.S.E.Məmmədov məruzəsi dinlənildi. Məruzəçi öz çıxışında ötən yarım il ərzində TMŞ-nin gördüyü işlər barədə iclas iştirakçılarına məlumatlar verdi. Məruzəçi fənn proqramları, açıq dərslərin keyfiyyətindən danışdı. Müzakirədə iştitrak edənlər (prof.M.R.Bayramov, dos.N.Q.Şıxəliyev, prof.O.H.Əkbərov, prof.F.M.Çıraqov, prof.Ə.Ə.Əzizov, prof.T.M.İlyaslı) fakültə TMŞ-nın fəaliyyətinin vacibliyi qeyd etdilər. Fakültənin dekanı prof.A.Ə.Əzizov və BDU-nun Tədris-Metodiki Şurasının nümayəndələri dos.V.Qasımov, prof.L.Qasımova və başqaları məsələ ilə bağlı öz fikirlərini söylədilər. Sonra cari məsələlər müzakirə olundu.




















Bookmark and Share
© Baku State University