Home AZRUEN

06/01/2012

06.01.2011-ci il tarixində başlanan 2011/12-ci tədris ilinin qış imtahan sessiyasında fakültənin bakalavr pilləsi üzrə 29 qrup iştirak edir. Hər bir ixtisas üzrə tərtib olunmuş tədris planlarına müvafiq olaraq göstərilən qruplar üzrə 138 imtahan keçiriləcəkdir. Bu məqsədlə fakültənin auditoriya fondu lazımı hazırlıq səviyyəsinə çatdırılmışdır. Eyni zamanda qış imtahan sessiyasının keçirilməsi haqda Rektorun müvafiq əmrini əsas tutaraq fakültənin bütün tələbələri və professor-müəllim heyəti ətraflı məlumatlandırılmışdır.

Bookmark and Share
© Baku State University