Home AZRUEN

25/02/2012

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş,1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasəğmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil.Xocalı faciəsində 8 ailə bütünlüklə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.

Bookmark and Share
© Baku State University