Home AZRUEN

:: Müstəqil gənc ::

02/03/2010

Müstəqil gənc

Bakı Dövlət Universiteti

Hansı ölkənin təhsili inkişaf edirsə, millət savadlıdırsa, təhsilə elmə, diqqət yetirilirsə, demək o, millət zəngindir. Azərbaycan xalqı da elmə, təhsilə yüksək qiymət vermiş və xalqının maariflənməsi üçün la-zımi tədbirlərin görülməsinə həmişə şərait yaratmışdır. Təhsil ibtidai sinifdən başlayır, texnikumlarda, universitetlərdə bitir. Ali təhsil ocaqla-rının olması isə dövlətin intellektual potensialının göstəricisidir.
Belə Universitetlərdən biri də Bakı Dövlət Universitetidir. Bü-növrəsi 1919-cu ildə qoyulmuş bu ali təhsil ocağında vaxtilə 44 müəl-lim və 300 tələbə olmuşdur. Halhazırda isə 1300-dək müəllimi, 18 minə qədər tələbəsi var.
Bu gün Bakı Dövlət Universiteti özünün ən gözəl günlərini yaşayır. Təhsil ocağı kimi öncüldür, həm təhsilin keyfiyyəti, həm maddi-texniki bazası, həm də tədris korpusları təzələnmişdir. Bu da ölkə gənc-lərinin gələcək həyatlarını müəyyən edir, gənc nəslin bilikli savadlı ol-masına imkan yaradır.
Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondunun ayırdığı vəsait hesabına tamamlanan yeni korpusun tikilib istifadəyə verilməsi, İlham Əliyevin elmə, təhsilə və tədris ocaqlarına qayğı və eh-tiramının bariz nümunəsidir.
Universitetimizin rektoru Abel Məhərrəmovun xalqımızın tə-rəqqisi naminə layiqli gənclərin yetişməsində, onların yüksək təhsil al-masında böyük xitmətləri olmuşdur. Məhz bunun nəticəsidir ki, bu gün-lərdə universitetimizdə 64 nəfər “İlin tələbəsi” adına layiq görülmüş-dür. Bunlardan 4 nəfəri də kimya fakultəsinin payına düşür.
Bakı Dövlət Universiteti və həmçinin müəllimlərimiz öz tələ-bələri ilə fəxr edə bilərlər, çünki bu möhtəşəm universitetin tələbələri savadlı professorlardan, müəllimlərdən təhsil alaraq öz istedadlarını bilik yarışlarında, intelektual yarışmalarda, olimpiyada və konfrans-larda yüksək dərəcədə nümayiş etdirmişdirlər.
Universitetimiz bizi savada, təhsilə yiyələndirməklə yanaşı gələ-cək həyata hazırlayır, cəmiyyətdə yüksək yerlər tutmağımıza, ictimai iş-lərdə fəal olmağımıza, savadlı kadrlar kimi, kamil insan kimi yetişməyi-mizə kömək edir və bizlərə şans yaradır ki, dövlətimizi beynəlxalq sə-viyyədə layiqincə təmsil edək. Düşünürəm ki, gəncliyin zirvəsi olan tələ-bəlik dövründə hər birimiz bu fürsətdən istifadə edərək daha yaxşı oxumalı, cəmiyyətin gərəkli vətəndaşları kimi Azərbaycanımızın Müstə-qilliyi uğrunda mübarizə aparmalı, Universitetimizin adını öz uğurlarımızla daima yüksəklərə qaldırmalıyıq!
Bütün bu şəraitləri bizə yaradan Prezidentimiz İlham Əliyev cənablarına, hörmətli rektorumuz Abel müəllimə və təhsil almağımızda bizlərdən öz bilik və bacarıqlarını əsirgəməyən müəllimlərimizə min-nətdarlığımı bildirirəm.

HƏYAT NƏDİR?

Həyat... ölüm... bu uzun yolçuluqda yaşanan xoşbəxtlik , bədbəxt-lik, məhəbbət, kin...
R. Taqor demişdir:” Varlığım mənim üçün daim bir möcüzədir. Həyat da elə budur ki, var. ”Həqiqətən də öz mənini dərk edən, özü-özünü tanıyan insan ən böyük nəaliyyətə çatmışdır. Öz ruhunun dərinliklərinə baş vur, səni nələr qarşılayacaq, nələrlə rastlaşacaqsan... və o zaman həya-tının mənasını anlayacaqsan. . .
Həyatda işıq, həqiqət, bilik mövcuddur və əgər biz onu əks etdirə bilsək, bir çox qaranlıq guşələrə işıq saçmış olarıq. Mən inanıram ki, biz malik olduğumuz şeylərlə bu dünyada nəyi isə dəyişdirə bilərik. Bəlkə baş-qaları da bunu görüb bu cür hərəkət etməyə can atacaq. Həqiqətən də hə-yatın mənası kiminsə qəlbini işıqlandırmaq, həyatda xoş izlər buraxmaq, həyatı, özünü dərk etməkdir. Belə bir deyim var:”Özünüz özünüzü dərk et-mirsinizsə, tanımırsınızsa Allahı da tanıya bilməzsiniz. ”Həyatı cahil və na-dan yox, şüurlu yaşamaq lazımdır. Ədaləti anlamaq, sevmək, gözəlliyi duy-maq, daim irəliyə baxmaq, çalışmaq-budur həyatın məqsədi. Ədalət nədir? -Ədalət olmayan yerdə azadlıq olmaz. Azadlıq olmadıqda isə həyat anla-mını itirir. Bəs sevgi?-Sevgi bizim hisslərimizdən biri kimi yox, bütün həya-ti mənafeyimizin özümüzdən başqasının ixtiyarına köçürülməsi, şəxsi həya-tımızın özünün yer dəyişməsi kimi əhəmiyyət kəsb edir. Sevgi ölümdən və ölüm qorxusundan daha güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir. Torpağın altına aparan yolda insanın əsas əməli çalışmaqdır. Çalışmaq, irəliyə baxmaq, yaratmaq... Ən böyük həqiqət əməkdir. Yaratmaq ölümü öldürmək deməkdir. Əsil sevinc zəhmətdən son-rakı istirahətdir. Bu vaxt məlum olmayan yolçuluqda insanın ən çox arzu-ladığı xoşbəxtlik nədir?-Hər kəsin öz xoşbəxtlik qavramı var. İnsanların çoxu, özləri qərara aldıqları qədər xoşbəxtdirlər. Mənim fikrimcə xoşbəxt-lik çətin, mübarizəli həyat yolunda arada dayanıb rahatca sinəyə çəkilən nəfəsdir. Fransız filosofu Alber Kamyunun “Sizif” haqqında əsatirini xa-tırlayaq: “Allahlar Sizifi nəhəng bir daşı gec-əgündüz dağ başına qaldır-mağa məhkum etdilər. Daş isə hər dəfə təzdən aşağı diyirlənirdi. Allahlar əbəs yerə bu cəzanı seçməmişdilər. Bilirdilər ki, bu heç vaxt qurtarmayan və heç bir səmərəsi olmayan bu işdən ağır cəza olmaz. Gəlin Sizifi düşü-nək. Nəhəng daşı yerindən tərpətmək üçün son həddə qədər gərilmiş əzələ-lər, daşı yuxarı qaldırmaq və təzədən onunla birgə aşağı yuvarlanmaq, yüz dəfə dönə-dönə bu işi təkrar etmək... Mən bu adamın ağır, nizamlı addım-larla öz bitib-tükənməyən əzablarına doğru necə addımladığını görürəm. Əgər o hər dəfə öz məqsədinə çatacağına ümid etməsəydi, onun əziyyəti də bu qədər sonsuz olmazdı. Elə zirvəyə hər dəfə çatmağın özü onu xoşbəxt et mək üçün kifayətdir. Və sonda.... Son elə son haqqındadır. Yəni... Ölüm. Də-də Qorqud ölümü bizə belə tanıtdı:”Gəlimli-gedimli dünya, son ucu ölüm-lü dünya. ”Ölümdən qorxmaq lazım deyil, yoxsa yaşamağa dəyməz. Am-ma....
Göydə ol, yerdə ol fərqi yox bunun
Torpaqsan, yenə də torpaqdır sonun.

Xocalı soyqırımı

Vətən"doğulduğumuz yer, üstündə gəzdiyimiz torpaq.
Vətən"yurd-yuva, qeyrətli ulularımızın keçmişi.
Vətən anadır. Vətən həmişə and yerimiz, güvənc yerimiz olmuş, onu müqəddəs saymışıq. Ona görə ki, bu ulularımızın bizə qoyub getdiyi bir əmanətdir. Ona görə ki, bu torpaq minlərlə igid ərənlərimizin qanı ilə yoğ-rulub, bu torpaq altında mərd oğullarımız, müqəddəs şəhidlərimiz uyuyur.
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!
XX əsrin sonlarında iki dəfə müstəqillik əldə etmiş xalqımız tarixi düşmənlərimizin yaratdığı Qarabağ düyünü ilə qarşılaşdı. Hələ tarixən Qarabağda 3dəfə Erməni dövləti yaratmağa cəhd edən düşmənlərimiz buna nail ola bilməmişlər. Lakin türkün tarixi torpaqları hesabına dəniz-dən-dənizə böyük Ermənistan dövlətini yaratmaq xülyasında olan ermə-nilər Rusiyanın dəstəyindən ruhlanaraq artıq 1988-ci ildə qədim Azər-baycan torpaqları olan İrəvan xanlığından, Göyçə və Zəngəzur mahalın-dan 200 mindən artıq azərbaycanlını zorla öz dədə-baba torpaqlarından çıxartdı. Qarabağda isə ermənilər Azərbaycan kəndlərinə silahlı basqın-lar edir, azərbaycanlıları qətlə yetirirdilər. Azərbaycan rəhbərliyinin fərsiz siyasəti, öz kreslolarını hər şeydən və hamıdan üstün tutmaları, ölkədə ge-dən bu proseslərə açıq-aydın göz yummaları hadisələrin sürətli inkişafı-na təkan verdi. Ermənilər hər cür muasir silahlarla silahlandığı bir vaxt-da azərbaycanlılardan isə adi ov tüfəngləri yığılırdı. Artıq ermənilər Azər-baycan torpaqlarını bir-bir işğal etməyə başlamışdı. Ağdama, Şuşaya ara-sıra hücumlar olurdu. Xocalı isə tam düşmən mühasirəsində idi. Şəhərə heç bir yerdən gediş və gəliş yox idi. Xocalının mühasirəsi günbəgün da-ralır, əhalinin vəziyyəti dözülməz həddə çatırdı. Bütün bunlara isə o vaxtki rəhbərlik heç bir əhəmiyyət vermirdi. Xocalı fəryad edir, həyəcan təbili ça-lır, lakin, imdadına yetən olmurdu. 1992-ci il fevralın 25-dən 26-sına ke-çən gecə erməni qaniçənləri Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı üzərinə beş yerdən amansız hücuma keçdi. Silahsız əhali güclü atəş altında soyuq şaxtalı gecədə meşələrə, dağ-lara səpələndilər. Həmin gecə dünyanı dəhşətə gətirən bir faciə baş verdi. Həmin gecə yüzlərlə günahsız insan erməni-rus quldurları tərəfindən qa-nına qəltan edildi. Uşaqlara, qocalara, qadınlara rəhm olunmadı. Qandan doymayan düşmən körpələri süngülərə keçirir, insanlara misli görünmə-miş işgəncələr verirdi. Həmin gecə yüzlərlə insan soyuqdan donmuş, əsir alınmış, qətlə yetirilmişdir.
Düşmən Xocalıya hücum edəndə Xocalının mərd, igid oğulları qeyri-bərabər döyüşə atıldılar. Düşmən tanklarına, toplarına öz sinələrini sipər edən oğullar son damla qanlarına qədər mərdliklə döyüşmüş, əhalinin qa-lan hissəsinin mühasirədən çıxmasına nail olmuşlar.
Beləcə gözümüz görə-görə, qulaqlarımız eşidə-eşidə XX əsrin sonla-rında xalqımıza qarşı soyqırım baş verdi. Əsrin ən ağrılı faciəsi olan Xo-calı faciəsi, ümumilikdə Qarabağ problemi bu günki Azərbaycan gəncli-yinin üzərinə düşür. Biz gənclər son və qəti sözümüzü deməliyik. Hər bir Azərbaycan vətəndaşı bu qanı yumağa hazır olmalı, silaha sarılıb torpaq-larımızın azad olması üçün azadlıq savaşına atılmalıdır. Bunu bizdən lə-yaqəti taptalanmış, girov düşmüş, aqibəti məlum omayan qız-gəlinlərimi-zin ah-naləsi, şəhidlərimizin narahat ruhu və düşmən taptağı altında inlə-yən Vətən torpaqları tələb edir!. . .

REKORDLAR

Musiqi aləmində qazanılmış rekordlar haqqında:
1991-ci ildə Verdinin "Otello" operasında iştirak etmiş Plasido Dominqo-nu dinləyicilər 1 saat 20 dəqiqə alqışlamış, səhnədən buraxmamışlar.
Maykl Ceksonun 47 milyon nüsxəsi satılan “Thriller” albomu(1982)dünya rok və pop musiqisinin ən populyar albomu hesab olunur.

Müəmmalı hadisə
İstedadlı Amerika musiqiçisi, trombonçalan Qlen Miller dünyanın ən popul-yar caz orkestrlərindən birinin rəhbəri olmuşdur. 1944-cü ildə onun idarə etdiyi təyyarə Amerikadan Avropaya uçan zaman müəmmalı şəkildə yoxa çıxmışdır.

Musiqili imza
Şostakoviç öz adının və familyasının ilk hərflərini latınca yazıb(DSch) on-ları musiqi dilinə çevirmiş, nəticədə “re-mi bemol-do-si” mövzusunu almışdır (D-re, S-mi bemol, C-do, N-si). Həmin motivdən Şostakoviç bir neçə əsərində "8-ci kvartetində, 10-cu simfoniyasında skripka və orkestr üçün 1-ci konsertində is-tifadə etmişdir.

Bookmark and Share
© Baku State University