Home AZRUEN

“Alimliyə gedən yol” mövzusunda təlim keçirilib

20/02/2018

SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada təşkil edilən SABAH II Karyera Qış Məktəbi layihəsində, BDU-nun “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı Elvin Yaşar oğlu Məlikov təlimçi qismində iştirak edib. Təlimçi "Alimliyə gedən yol" mövzusunda təqdimatla çıxış edib.

3 saat davam edən motivasiya xarakterli təlimdə tələbələr gənc alimin uğur hekayəsi ilə tanış olublar. Bundan başqa təlimçi tələbələri alim olmaq üçün etməli olduqları işlər və qazanmalı olduqları keyfiyyətlərlə məlumatlandırıb. Təlim çərçivəsində elmi tədqiqatların həyata keçirilməsi, əldə edilən nəticələrin elmi əsərə çevrilərək nəşr etdirilməsinin effektiv yolları təlimçi tərəfindən tələbələrə izah edilib.

Qeyd edək ki, 100-ə yaxın tələbənin iştirak etdiyi SABAH II Karyera Qış Məktəbində işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər təşkil edilib.

Bookmark and Share
© Baku State University