Home AZRUEN

Alman eksperti Stefan Jonahh Schatz Bakı Dövlət Universitetində olub

24/11/2015

Alman dili üzrə expert Stefan Johann Schatz Bakı Dövlət Universitetində olub. Ekspert BDU-nun tələbə və müəllim heyəti ilə görüşərək Almaniyanın Xarici işlər Nazirliyinin təşəbbüsü ilə yaradılmış Goethe İnstitutu haqqında məlumat verib. Artıq 4 ildir ki Tiflisdə fəaliyyət göstərən Goethe İnstitutu alman dilini, alman mədəniyyətini və bütövlükdə Almaniyanin xaricdə təbliği ilə məşğuldur.

Almaniyada təhsil barədə tələbələrə məlumat verən ekspert, eyni zamanda? Alman dilinin səviyyə testləri (TESTDAF, TESTAS, ONDAF) haqqında danşıb. Bundan əlavə, Stefan Johann Schatz Goethe İnstitutunun təşkil etdiyi Müəllim Təqaüd Proqramı barədə alman dilini tədris edən müəllimlərə məlumat verib.

Goethe İnstitutunun Bakıda yerləşən mərkəzinin fəaliyyətindən də danışan ekspert bildirib ki, qurum alman dilinin tədrisi ilə məşğuldur və Bakıda Beynəlxalq alman dili sertifikatlarını əldə etmək üçün imtahanları təşkil edən yeganə məkandır.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.

Bookmark and Share
© Baku State University