Home AZRUEN

“ANALİTİK KİMYA” ixtisası üzrə DOKTORANTURAYA QƏBUL İMTAHANININ PROQRAMI

28/10/2015

AZƏRBAYCAN RESPUBLİKASI
ALİ ATTESTASİYA KOMİSSİYASI

TƏSDİQ EDİRƏM

“___”___________2013

2301.01

“ANALİTİK KİMYA” ixtisası üzrə

QƏBUL İMTAHANININ

 

PROQRAMI

Bakı Dövlət Universiteti Kimya

fakültəsinin Elmi Şurası tövsiyyə etmişdir

 

 

Bakı – 2013

1.ÜMUMİ MƏSƏLƏLƏR

1.1 Giriş

Analitik kimyanın predmeti. Analitik kimyanın məqsədi, xüsusiyyətləri və analitik xidmət. Analitik kimyanın digər elmlərlə qarşılıqlı əlaqəsi, cəmiyyət üçün əhəmiyətli (xalq təsərrüfatı, ətraf mühit, tibb və s.)

Analitik məsələ: müəyyən etmə, identifikasiya, maddələrin təyini.

Analitik kimyanın metodları. Kimyəvi, fiziki və bioloji metodlar. Müəyyənetmə, identifikasiya, ayırma və qatılaşdırma, təyinat metodları; hybrid və kоmbinя olunmuş metodlar. Birbaşa və dolayı metodlar.Təsnifatın şərtiliyi.

Təyinat metodlarının əsas xarakteristikaları: həssaslıq, təyinat sərhəddi, maddənin təyin olunan qatılıq intervalı, təkrarlıq, dəqiqlik, seçicilik. Metod və metodika.Müddətlilik, əməksərfi, dəyər, analiz metodikalarının cihaz təminatı.

Kimyəvi analizin növləri: izotop, atom, struktur-qrup (funksional), molekulyar, maddə, faza. Makro-, mikro-, ultramikroanaliz. Lokal, parçalanmadan, məsafədən, fasiləsiz. Analiz və nəzarət, onların spesifikliyi.

 

2.ANALİZ METODLARI

2.1 Kimyəvi metodlar

Maddənin kimyəvi çevrilməsi – kimyəvi metodların əsasıdır. Termodinamiki (kimyəvi tarazlıq) və kinetiki qanunların real homogen  və heterogen sistemlərin izahında istifadəsi.

2.1.1 Nəzəri əsaslar

Tarazlığın miqdarı xarakteristikarı: termodinamiki və qatılıq sabitlər, standart və formal potensial, komponentin əmələgəlmə dərəcəsi (mol payı). Komponentlərin aktivliklərinin və tarazlıq qatılıqlarının (pH, pM və müxtlif kompleks formalarının qatılığı, molekulyar və ion həllolması) hesablanması. Sistemin buferliyi( pЩ, pM və redoks buferlər).

Turşu-əsas tarazlığı. Turşu-əsas nəzəriyyələrinin inkişafı. Tarazalığın yazılması üçün protolitik nəzəriyyənin istifadəsi. Həlledicinin xassələrinin təsiri (donor-akseptor, dielektrik nüfuzluğu, avtoprotoliz); həlledicilərin təsnifatı. Turşuluq və əsaslıq sabitləri. Bufer məhlullar.

Kompleksəmələgəlmə.Kimyəvi analizdə istifadə olunan kompleks birləşmələrin tipləri. Məhlulda kompleks birləşmələr. Mərhələli kompleks əmələgəlmə. Davamlılıq sabiti. Kompleks birləşmələrin tərkibinin təyini metodları və davamlılıq sabitinin hesablanması. Komplesk əmələgəlmə reaksiyalarının kinetikası. İnert və labil komplekslər. Kompleks əmələgəlmənin köməyilə çökmə-həllolma və oksidləşmə reduksiya reaksiyalarının istiqamətləndirilməsi. Komplekslərin istifadəsinə misallar.

Oksidləşmə-reduksiya tarazlığı. Dönər və dönməyən reaksiyalar. Nernst tənliyi. Standart və real (formal) potensiallar. Qarışıq potensial. Potensialın ölçülməsi metodları. Tarazlıq sabiti. Oksidləşmə-reduksiya reaksiyalarının mexanizmi. Katalitik, avtokatalitik, qoşulmuş və indusirə olunmuş oksidləşmə-reduksiya reaksiyaları.

Çökmə-həllolma prosesləri. Maye-bərk faza sistemində tarazlıq. Tarazlıq sabiti (termodinamiki və real həllolma hasili); həllolma. Kristal və amorf çöküntülərin əmələgəlmə mexanizmi və xassələri. Kalloid sistemlər. Çirklənmə və təmiz çöküntülərin alınma şəraiti. Tam çökmə və çöküntünün həllolması şəraiti.

Kimyəvi analizdə üzvi reagentlər. Funksional-analitik qruplar. Quruluşun üzvi reagentlərin xassələrinə təsiri. Üzvi reagentlərin iştirakı ilə əmələ gələn birləşmələrin əsas tipləri. Üzvi reagentlərin metallarla qarşılıqlı təsirinin nəzəri əsasları.Mühüm üzvi analitik reagentlər, onların tətbiqi sahələri.

 

2.1.2 Qravimetrik metodlar

Mahiyyəti, əhəmiyyəti, birbaşa və dolayı qravimetrik metodların üstünlükləri və məhdudiyyətləri. Çöküntülərə verilən tələbatlar. Mühüm qeyri-üzvi və üzvi çökdürücülər. Analitik tərəzilər.

2.1.3 Titrimetrik metodlar

Nəzəri əsasları. Mahiyyəti və təsnifatı. Titrləmənin növləri (birbaşa, əks, dolayı). Titrləmə yəriləri. Ekvivalent nöqtəsi, titrləmənin son nöqtяsi və onun təyini metodları.

Turşu-əsas titrləməsi. Sulu və qeyri-sulu mühitdə titrləmə. Turşu və qələvi məhlullarının qatılıqlarının müəyyənləşdirilməsi üçün birinci növ standart məhlullar. Bir və çoxəsaslı sistemlər üçün  titrləmə əyriləri. İndikatorlar.

Oksidləşmə-reduksiya titrləməsi. Birinci və ikinci növ standart məhlullar. Titrləmə əyriləri. İndikatorlar. Çoxkomponentli sistemlərin titrlənməsi. Təyin olunan birləşmənin ilkin oksidləşmə və reduksiyası. Metodların qısa xarakteristikası: permanqanatometriya, yadometriya, bixromatometriya, bromatormiya, serimetriya.

Kompleksometrik titrləmə. Mahiyyəti, analitik xüsusiyyətləri. Aminopolikarbon turşularının kompleskonometriyada istifadəsi. Etilendiamintetraasetat turşusu və onun dinatrium duzu (EDTA).Mühüm universal və spesifik metalloxrom indikatorlar. Kompleskonometrik titrləmənin praktiki istifadəsi nəmisallar.

Çökmə titrləməsi. Mahiyyəti. Titrləmə əyrisi. Titrləmənin son nöqtəsinin təyininin metodları. İndikatorlar.

2.2.1. Atom optiki spektroskopiya metodları

Nəzəri əsasları. Emissiya, udma və fluoressensiya atom spektrləri. Rezonans udması. Öz-özünə udma, ionlaşma, Analitik xətlər. Analitik siqnal. Analitik siqnalın qatılıqdan asılılığı.

Atom-emission spektroskopiya. Nümunənin alovda həyəcanlanması. Elementlərin emission spektrlərə əsasən  identifikasiyası. Ayrıca elementlərin təyini. Fiziki və kimyəvi maneələr.

Atom-absorbsion spektrometriya. Metodun mahiyyəti. Şüalanma mənbələri(polukatod lampaları, elektrodsuz boşalma lampaları, lazerlər).Alov atomlaşması.Alovların xarakteristikası və onların seçilməsi.Odluqların növləri. Elektrotermik atomlaşma. Elektrotermik atomizatorların tipləri. Nümunənin hazırlanma üsulu.Kimyəvi və fiziki maneələr. Həssaslıq və seçicilik.

2.2.2.Molekulyaroptikispektroskopiyametodları

Nəzəri əsasları. Udma və buraxma molekulyar spektrləri. İşıq                 udmanın və buraxmanın əsas qanunları. Işığın səpələnməsi. Polyarlaşma və optiki aktivlik. Analitik siqnalın ölçülmə üsulu.

Spektrofotometriya. Elektron spektrləri və molekullarda energetik keçidlər. İşıq şüasının monoxromatikləşmə üsulları. Təyinatın seçiciliyinin artırılma yolları. Maddələrin qatılığının təyini üsulları. Metodun üstünlükləri və məhdudiyyətləri. Praktiki tətbiqi.

Lüminisent metodlar. Lüminisensiya. Flüoressensiya və fosforessensiya. Molekulyar lüminisensiyanın əsas qanuna uyğunluqları.Lüminisensiyanın sönməsi.Vəsfi və miqdari analiz.

2.2.3. Elektrokimyəvimetodlar

Nəzəri əsasları. Elektrokimyəvi qəfəsdə elektrodlarda  baş verən əsas proseslər. Elektrokimyəvi proseslərin kinetikası. Polyarlaşma əyrisi. Elektrokimyəvi metodların təsnifatı.

Potensiometriya.Tarazlıq elektrokimyəvi sistemlər və onların xarakteristikaları.Birbaşa və dolayı potensiometrik metodların analizdə və tədqiqatda istifadəsi. İonometriya: metodun imkanları və məhdudiyyətləri. İonselektiv elektrodların tipləri və onların xarakteristikası.

Kulonometriya. Birbaşa potensiostatik və qalvonostatik kulonometriya – etalonsuz, yüksəkhəssas analiz metodu. Kulonometrik titrləmə, onun imkanları və digər titrimetrik metodlarla müqayisədə üstünlükləri.

Voltamperometriya. Üzvi və qeyri-üzvi birləşmələrin təyini və öyrənilməsi üçün istifadə olunan voltamperoqrammların xarakteristikası. Klassik, dəyişən cərəyanlı polyaqrafiyanın metroloji xarakteristikaları, bu metodların imkanları və məhdudiyyətləri. Birbaşa və folayı voltamperometrik metodlar.

Konduktometriya.Ekvivalent və xüsusi elektrik keçiricilik. İonların mütəhərrikliyi. Birbaşa metod və konduktometrik titrləmə.

Elektroqravimetriya.Məlum potensialda və cərəyanın verilmiş qiynətində elektroliz. Qarışıq komponentlərin ayrılması və onların miqdarı təyini üçün elektrolizin tətbiqi.

 

2.3. Fiziki metodlar

Maddələrin elektromaqnit şüaları, hissəciklər axını, maqnit sahəsi iləqarşılıqlı təsiri – fiziki analiz metodlarının əsasıdır.

 

ƏDƏBİYYAT SİYAHISI

1.)  Основы аналитической химии. В 2-х книгах. Под ред. Ю.А.Золотова.М.: Высшая школа,2000.

2.)  Основы аналитической химии. Практическое руководство. Под ред.Ю.А.Золотова. М.:Высшая школа,2001.

3.)  Кунце У., Шведт Г. Основы качественного и количественного анализа (перевод с нем.). М.: Мир, 1997.

4.)  Пилипинко А.Т., Пятницкий И.В. Аналитическая химия. В 2-х книгах. М.:Химия. 1990.

5.)  Юинг Г. Инструментальные методы химического анализа. Пер. с англ. М.:Мир, 1989

6.)  Дерффель К. Статистика в аналитической химии. Пер. с нем. М.: Мир, 1994.

7.)  Петерс Д., Хайес Дж., Хифтье Г. Химическое разделение и измерение. Теория и практика аналитической химии. В 2-х книгах. Пер. с англ. М.: Химия, 1978.

8.)  Спектроскопические методы определения следов элементов. Под ред. Дж. Вайнфорднера. Пер. с англ. М.: Мир,1979.

9.)  Галюс З. Электрохимические методы анализа. (пер. с англ.) М.: Мир,1974

10.)  Морф В. Принципы работы с ионоселективными электродами. М.: Мир,1985

11.)  Золотов Ю.А. Аналитическая химия: проблемы и достижения. М.: Наука,1992

12.)  Аналитическая химия. Физические и физико-химические методы анализа. Под ред. О.М. Петрухина. М.: Химия,2001

13.)  Дворкин В.И. Метрология и обеспечeние качества и количественного химического анализа. М.: Химия,2001

14.)  Скуг Д., Уэст Д. Основы аналитической химии. В 2-х томах. Пер. с англ. М.: Мир,1979.

15.)  Эмиссионный спектральный анализ. В 2-х частях. Пер. с англ. М.: Мир,1982

16.)  Брицке М.Э. Атомно-абсорбционный спектрохимический анализ. М.: Химия,1982.

17.)  Зайдель А.Н. Атомно-флуроресцентный анализ. Л.: Химия,1983.

18.)  Головина А.П., Левшин Л.В. Химический люминисцентный анализ    неорганических веществ. М.: Химия,1978.

19.)  Лакович Дж. Основы флуоресцентной спектроскопии. М.: Мир,1986.

20.)  Бонд А.М. Современные полярографические методы в аналитической химии. Пер. с англ. М.: Мир,1984.

21.)  Никольский Б.П., Матерова Е.А. Ионоселективные электроды. Л.: Химия,1980.

22.)  Иоффе Б.В., Зенкевич И.Г., Кузнецов М.А., Берштейн И.Я. Новые физико-химические методы исследования органических соединений. Л.: Изд-во ЛГУ,1984.

23.)  Карпов Ю.А., Савостин А.П., Глинская И.В. Методы пробоотбора и пробоподготовки. Курс лекций. Изд-во МИСиС.2001

24.)  Каплан Б.Я., Филимонов Л.Н., Майоров И.А. Метрология аналитического контроля производства в цветной металлургии. М.: Металлургия, 1989.

 

 

Bookmark and Share
© Baku State University