Home AZRUEN

Avropalı ekspertlərlə görüş

24/11/2015

“Ali təhsil sisteminin Avropa ali təhsil məkaninin tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” TWINNING layihəsi çərçivəsində Rezident Tvinninq Müşaviri Reijo Aholainenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Təhsil Nazirliyi Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayev, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, Elm və İnnovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə,  Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Tədris hissəsinin müdiri İbad İbadov, Tədris-Elektron Mərkəzinin müdiri Məlahət Qurbanova, Beynəlxalq layihələr şöbəsinin müdiri Elmira İsmayılova, kimya fakültəsinin dekanı Əbdülsəid Əzizov,  Tarix fakültəsinin dekanı Azad Rzayev, Geologiya fakültəsinin dekanı Adil Xasayev və Coğrafiya fakültəsinin dekanı Fərda İmanov, Cəbr və həndəsə kafedrasının müdiri, professor Vaqif Qasımov, Optika və molekulyar fizika kafedrasının müdiri, professor Rəna Qasımovailə görüşən qonaqlar universitetdə keyfiyyətin təmin olunması barədə geniş fikir mübadiləsi aparıblar.  Qonaqların suallarını cavablandıran universitet rəhbərliyi onlara BDU haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, layihənin məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsindən ibarətdir. Burada Bolonya prosesinin prinsipləri çərçivəsində ali təhsil sektorunda islahatların aparılması, ali təhsil müəssisələrində keyfiyyətin artırılması və akkreditasiya sisteminin təkmilləşdirilməsi, təhsil, təlim və gənclər sahəsi üzrə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq, mobillik və mübadilə proqramlarının artırılması nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 24 noyabr 2015-ci il.

Bookmark and Share
© Baku State University