Home AZRUEN

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı”nın icrası üçün Bakı Dövlət Universitetinin Fəaliyyət Planı

06/05/2015

BDU üzrə 27 aprel 2015-ci il tarixli

R-41 saylı əmrlə təsdiq edilmişdir

Azərbaycan Respublikası Təhsil nazirinin 21 yanvar 2015-ci il tarixli 35 nömrəli əmri ilə təsdiq olunmuş ““Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı”nın icrası üçün Bakı Dövlət Universitetinin Fəaliyyət Planı

N

Tədbirlərin adı

İcra müddəti

TN üzrə

BDU üzrə

1.

Sənayenin müxtəlif sahələri üzrə assosiasiyaların yaradılmasının təşviqi

Ayrı-ayrı sənaye müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələrin imzalanması, sənayenin müxtəlif sahələri üzrə yaradılan assosiasiyalara üzv kimi daxil olmaq

2015-2020

2.

Sənaye sahələrində işləyən mütəxəssislər üçün treninqlərin təşkili

Azərsu ASC ilə bağlanmış müqavilə əsasında Azərsu ASC-nin mütəxəssisləri üçün treninqlərin təşkili

2015-2017

4.

Sənayenin gələcək inkişaf perspektivləri nəzərə alınmaqla, ali-texniki universitetlərin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının təkmilləşdirilməsi

Sənaye müəssisələrində (Azərsu ASC, kimya texnologiyaları üzrə sənaye müəssisələri və s.) çalışan mütəxəssislərin BDU-da elm və tədris prosesinə cəlb edilməsi yolu ilə kadr potensialının gücləndirilməsi və məzunların çalışdığı sənaye müəssisələrinin təklifləri əsasında müvafiq tədris proqramlarının təkmilləşdirilməsi

Mütəmadi

5.

Özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması

Fənlərarası İnteqrasiya və Yüksək Texnologiyalar Mərkəzinin yaradılması və özəl sektorun cəlb edilməsi yolu ilə onun fəaliyyətinin gücləndirilməsi

2015-2020

6.

Ali təhsil müəssisələri tərəfindən sənayenin inkişafı ilə bağlı elmi-tətbiqi, araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsinə və sənaye müəssisələri ilə əlaqələrin gücləndirilməsinə dair təkliflərin hazırlanması və təsdiq olunması

Fizika, Kimya, Geologiya, Coğrafiya fakültələrində, Fizika Problemləri və Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutlarında aparılan elmi-tədqiqat işlərinin nəticələri əsasında sənayenin inkişafı üzrə təkliflərin hazırlanması və onların tətbiqi üzrə müvafiq sənaye müəssisələri ilə əlaqələrin gücləndirilməsi

2015-2020

7.

Texniki fənlər üzrə reytinqli beynəlxalq jurnallarda məqalələr çap olunmasının həvəsləndirilməsi mexanizminə dair təkliflərin hazırlanması və təsdiq olunması

Fundamental və texniki fənlər üzrə indekslənən beynəlxalq jurnallarda məqlələr çap olunmasının həvəsləndirilməsi məqsədi ilə çap olunan belə məqalələrə görə müəlliflərin mükafatlandırılması, əmək haqqının diferensiallaşdırılması zamanı bu tip məqalələrin nəzərə alınması.

2015-2020

Bookmark and Share
© Baku State University