Home AZRUEN

Azərbaycanda ilk dəfə elm festivalı keçirildi

10/11/2014

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək festivalın açılış mərasimi “Akademiya şəhərciyi”də, AMEA-nın əsas binasında baş tutdu.Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin təşkilatı dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell”in sponsoru olduğu festivalı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə təşkil olunan Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, həmçinin elmi nailiyyətlərin təbliğində önəmlin yer tutduğunu qeyd etdi.. Bildirdi ki,elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edir. Eyni zamanda, Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan AMEA rəhbəri festivala hazırlıq prosesini yüksək qiymətləndirib, iştiakçılara uğurlar arzulayıb. Sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov, Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov festival haqqında fikirlərini bölüşdülər. Rektor Abel Məhərrəmov bu vaxta kimi 2 milyardlıq müsəlman dünyasından yalnız 2 nəfər Nobel mükafatı ala bildiyini söyləyən rektor qeyd etdi ki, onlardan biri misirli, digəri isə pakistanlıdır. Elmi mühit yaradılarsa, müsəlman aləmindən də Nobel mükafatı alanların sayı çox olar. Bunun üçün Azərbaycanın elmi potensialı böyükdür deyən rektor elmin inkişaf perspektivlərindən danışdi.
BDU-nun Kimya fakultəsinin tələbələri Fətullahzadə Rəhman və Bayramzadə Arzu Kimya fakultesini təmsil etdilər.Festivalda "Yanar dağ ve uzunmüddətli vulkan,köpüklərlə Azərbaycan bayrağının alınması,etilborat efirinin alınması,sehirli cubuq,dəmirin kompleksləri,rəngsiz güllərin bəzədilməsi,yodun sublimasiyası " və digər maraqlı kimyəvi təcrübələri ilə çıxış etdilər.


Bookmark and Share
© Baku State University