Home AZRUEN

BDU-da "Sen İstedadsan" layihəsi baş tutub.

28/12/2016

Bakı Dövlət Universiteti tələbələrə dəstək olmaqda davam edir. İstedadlı tələbələri həvəsləndirmək məqsədilə universitetdə “Sən İstedadsan” layihəsi baş tutub. Layihə tələbələrin dostu, hər zaman onların yanında olan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə baş tutub. Tədbiri aparıcılar açıq elan edərək  Xəzər dənizində baş vermiş bədbəxt hadisə ilə bağlı zaldakılara başsağlığı veriblər. Onlar layihənin 5 kateqoriya: musiqi, rəqs, aktyorluq, bədii-qiraət və rəsm üzrə keçirildiyini və finaldan öncə 3 seçim mərhələsinin baş tutduğunu deyiblər. Sonrasında münsifləri təqdim edib və layihənin baş tutmasının səbəbkarlarına söz veriblər. Tədbirin ilk sözü BDU THİK sədri Daşqın Qənbərova verilib. Daşqın Qənbərov iştirakçıları, münsifləri və izləyiciləri salamlayıb. O qeyd edib ki, Bakı Dövlət Universiteti artıq 100 yaşını qeyd etmək mərhələsindədir. “Bu dönəm ərzində BDU Azərbaycan elminə, təhsilinə müstəsna xidmətlərinə görə, hər zaman digər universitetlərdən öndə olub. BDU 100 il ərzində yüz minlərlə tələbə yetişdirib” – deyən THİK sədri Abel Məhərrəmova da tələbələrin yanında olduğu üçün təşəkkürünü bildirib. “Peşəkar mütəxəssis olmazdan öncə əsl vətəndaş olmaq lazımdır” fikrini rəhbər tutan Daşqın Qənbərov univeritetdə yetişən tələbələrin yalnız öz ixtisasları üzrə peşəkar olmaqla kifayətlənmədiklərini bildirərək, onların həm də öz dövlətini, Vətənini sevən gənclər olduqlarını deyib. Sonda BDU THİK-in yarandığı andan bu cür çoxşaxəli tədbirlər keçirtdiyini deyən Daşqın Qənbərov öz təşəkkürünü bildirib, uğurlar arzulayaraq çıxışına son verib. Sonra layihə rəhbəri Kimya fakültəsinin tələbəsi Jalə Hüseynova çıxış edərək təşəkkürünü bildirib. Aparıcılar izləyicilərin diqqətli olmasını deyib və kateqoriyalar üzrə iştirakçıları təqdim edib. 10 musiqi iştiakçısı, 5 rəssam, 5 aktyor səhnəsi, 5 bədii qiraət iştirakçısı və 1 nəfər illuziya iştirakçısı öz məharətlərini göstərib və hər biri ayrı-ayrılıqda böyük marağa səbəb olub. İştirakçıların çıxışından sonra münsiflər qalibləri müəyyən etmək üçün müzakirəyə yollanıblar. Qayıtdıqdan sonra onlar hər bir iştirakçının qalibiyyətə layiq olduqlarını və seçimin çox çətin olduğunu deyiblər. Yer tutmasından asılı olmayaraq hər bir finalçıya diplom verilməsi onlara xüsusi diqqətin bariz nümunəsi olub. Və nəhayət ən maraqlı mərhələ-qaliblərin mükafatlandırılması mərhələsi baş tutub. Hər kateqoriya üzrə qaliblər diplom və xüsusi hazırlanmış “Oskar”la təltif olunublar. Sonda isə BDU THİK sədri və münsiflərlə xatirə şəkli çəkilib.












Bookmark and Share
© Baku State University