Home AZRUEN

Bakı Dövlət Universitetində çin dili üzrə 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsi

06/04/2015

Aprelin 11-dən 25-dək Bakı Dövlət Universitetində çin dili üzrə 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin Azərbaycan üzrə seçmə turu keçiriləcək.
Müsabiqədə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində çin dilini öyrənən 200-dən çox tələbə iştirak edəcək. Müsabiqə iki mərhələdən ibarət olacaq. İlk mərhələdə iştirakçılar Çin haqqında bilikləri üzrə yazılı imtahan verəcəklər. Ikinci mərhələdə tələbələr nitq söyləyəcək, sualları cavablandıracaq və bədii çixiş edəcəklər. Birinci mərhələni müvəffəqiyyətlə başa vuran iştirakçılar ikinci mərhələyə keçəcəklər. Ikinci mərhələnin nəticələrinə əsasən müxtəlif mükafatlar veriləcək. Qaliblər Çində keçiriləcək 14-cü ümumdünya “Çin dili körpüsü” müsabiqəsinin final mərhələsində azərbaycanlı tələbələri təmsil etmək və ya final mərhələni seyr etmək imkanı qazanacaqlar. Bundan əlavə BDU-nun nəzdində Konfutsi İnstitutu digər laureatlara ödənişsiz çin dilini öyrənmək imkanı verəcək.
Müsabiqə Konfutsi İnstitutunun qərargahı tərəfindən təşkil edilib.
BDU-da fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən həyata keçiriləcək müsabiqənin məqsədi gənc azərbaycanlılara çin dilindən bilik və bacarıqlarının nümayış etdirilməsi üçün şərait yaratmaq, onların çin dilini öyrənməsi üçün maraq və sevgini artırmaq, həmçinin çin dili və mədəniyyəti anlayışına imkan yaratmaqdır. Azərbaycanı təmsil edən müsabiqə qalibi Asiya zonasında keçiriləcək müsabiqədə iştirak edəcək.
Qeydiyyat üçün qaynar xətt: 055 293-05-14 (+99412) 510-81-27
E-ünvan: confuciusbaku@gmail.com

Bookmark and Share
© Baku State University