Home AZRUEN

Bakı Dövlət Universitetinin Kimya fakültəsi və Çexiyanın Karlova Universitetinin Təbiət elmləri fakültəsi arasında müqavilə imzalanmışdır.

27/03/2017

Praqa şəhərində Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında ikitərəfli əməkdaşlığın 45 illiyinə həsr olunmuş konfrans-sərgi təşkil olunmuşdur. Konfrans-sərgidə  Kimya fakültəsinin dekanı prof.A.Ə.Əzizov və Biologiya fakültəsinin dekanı prof.A.Ə.Quliyev iştirak etmişlər. Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı prof.A.Ə.Əzizov və Çexiyanın Karlova Universitetinin Təbiət elmləri fakültəsinin dekanı prof.Jiři Zima arasında tələbə və müəllim mübadiləsi, elmi əməkdaşlıq sahəsində müqavilə imzalanmışdır.

Bookmark and Share
© Baku State University