Home AZRUEN

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin alimləri qalib olublar

27/04/2018

Patent və Əmtəə Nişanları Mərkəzi perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib. Bakı Dövlət Universitetinin kimya fakültəsinin alimləri "İxtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi"nin qaliblərindən olublar. Belə ki, BDU-nun “Çirkab suların təmizlənməsi üçün hibrid kompoziya sorbentinin alınması üsulu” ixtirası I yerə layiq görülərək “İlin Patenti” elan edilib.

Kimya fakültəsinin EA 028334 nömrəli qalib patentinin müəllifləri A. Məhərrəmov, A. Əzizov, R. Alosmanov, S. Əliyeva, E. Əliyev, Q. Eyvazova və I. Büniyat-zadədir. Qeyd edək ki, qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Mühəndislik Akademiyası, Müdafiə Sənayesi Nazirliyi və digər aparıcı elmi təşkilatların nümayəndələrindən ibarət Müsabiqə Komissiyası müəyyən edib.


Mətbuat və informasiya şöbəsi, 27 aprel 2018-ci il.

Bookmark and Share
© Baku State University