Home AZRUEN

Bakı Dövlət və Moskva Dövlət universitetlərinin birgə elmi işi

06/10/2015

Bakı Dövlət Universiteti nəzdindəki D 02. 011 Dissertasiya Şurasının iclasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün kimya fakültəsinin müəllimi, dosent Namiq Şıxəliyevin dissertasiya işinin müdafiəsi keçirilib. “Katalitik olefinləşmə reaksiyası əsasında üzvi sintez və koordinasion kimyada yeni yanaşmalar” mövzusunda müdafiə işinin elmi məsləhətçiləri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Üzvi kimya kafedrasının müdiri, professor Valentin Nenaydenkodur. Bakı Dövlət və Moskva Dövlət universitetlərinin  üzvi kimya kafedralarında həyata keçirilən  elmi işin aparıcı təşkilatı AMEA-nın Aşqarlar Kimyası İnstitutudur.

Müdafiədə Namiq Şıxəliyevin rəsmi opponentləri qismində  kimya elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Kimya İnstitutunun direktoru, professor İrina Balova, kimya elmləri doktoru, MDU-nun Üzvi Kimya kafedrasının professoru Sergey Vatsadze, kimya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru Mahmud Rüstəmov iştirak edib və işlə bağlı fikirlərini bölüşüblər.

İddiaçıya verilən suallardan sonra çıxışlar olub. Cıxışlarda dissertasiya mövzusunun orijinallığı, aktuallığı və əhəmiyyəti qeyd edilib, onun yeni elmi işlər üçün geniş meydan açdığı, ucuz katalizatorların alınması üçün bir fon yaratdığı və "yaşıl kimya" üçün böyük töhfə olduğu xüsusi vurğulanıb.






















Bookmark and Share
© Baku State University