Home AZRUEN

Bamberq Universitetinin professoru mühazirə oxuyub

02/12/2015

Almaniyanın Bamberq Universitetinin sosiologiya üzrə professoru Michael Gebel Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin sosiologiya ixtisasının bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan tələbələri ilə görüşüb. Tələbələrlə müzakirə aparan professor region üzrə işsizlik problemindən danışıb. Eyni zamanda, onların tədris müddətində hansı strukturlarda işləməsindən, iş tapmağın çətin və asan yollarından bəhs edib.

Suallar və müzakirələrdə şəhərlərdən olan tələbələrin rayonlardan olanlarla nisbətdə şanslarının nə qədər olmasından, universitet təhsili olmayan gənclərin iş tapma səviyyəsindən, tələbələrin xarici proqramlar və təcrübə proqramları haqqında məlumatlarının mövcudluğundan və onu əldə etmələri yollarından da danışılıb.

Qeyd edək ki, professor Michael Gebel təhsil, ailə və əmək bazarı üzrə yaranan problemləri araşdırır, problemləri xarici və yerli şirkətlərlə, dövlət sturukturları ilə müzakirə edərək minimuma endirməyə çalışır.

Mətbuat və informasiya şöbəsi, 01 dekabr 2015-ci il.

Bookmark and Share
© Baku State University