Kimya fakültəsi


Home AZRUEN

BDU-da avropalı ekspertlərlə TVINNINQ layihəsi çərçivəsində görüş keçirilib

17/05/2018

Bakı Dövlət Universitetində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni TVINNINQ layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirilib.

Görüşdə layihənin ümumi koordinatoru Elizaveta Baydanova, Fransa üzrə layihə rəhbəri Bruno Curvale,  litvalı ekspert İnqa Juknyte-Petreikiene, latviyalı ekspert Gunta Kinta və fransalı ekspert Jean-Luc Lamboley iştirak ediblər.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə universitetin son illər təhsil və elm sahəsində qazandığı nailiyyətlər, o cümlədən TVINNINQ layihəsi çərçivəsində həyata keçirilən təlimlər barədə danışıb. Sonra  Fransa üzrə layihə rəhbəri Bruno Curvale  yeni layihə barədə məlumat verərək bu layihənin təhsildə kompetensiyalara əsaslanan yanaşma metodunu dəstəklədiyini qeyd edib.

Müzakirələr zamanı layihənin Azərbaycanın ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiya yolu ilə daha da inkişaf etdirilməsindəki rolu, həmçinin BDU-da təhsilin keyfiyyətinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 17 may 2018-ci il

Bookmark and Share
© Baku State University