Home AZRUEN

BDU-da "Elm - gücdür" adlı layihəyə start verildi

16/04/2015

BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi AMEA-nın Gənc alim və mütəxəsislər şurası ilə birgə tələbə-gənclər arasında elmə olan marağı daha da artırmaq məqsədi ilə "Elm - gücdür" layihəsi başlayıb.
İlk olaraq AMEA-nın Geologiya və Geofizika institutunun gənc alimləri ilə universitetin Geologiya fakültəsinin tələbələrinin görüşü təşkil olunub.
Tədbiri giriş sözü ilə açan BDU THİK sədri Daşqın Qənbərov layihənin əhəmiyyətindən danışaraq, Azərbaycan elminin gələcək inkişafında gəncləri yaxından iştirak etməyə dəvət edib.
AMEA Gənc alim və mütəxəssislər şurasının sədri Famil Salmanov bildirib ki, bu görüşlər gənclərin müvafiq sahə üzrə, ixtisaslarına uyğun olaraq bilmədikləri məsələləri, problemləri öyrənməsi prosesindəə böyük əhəmiyyət kəsb edəcək.
Geologiya və Geofizika instutunun aparıcı elmi işçisi, 2013-cü ildə Gənclər üçün Prezident Mükafatının laureatı Rafiq Səfərov təmsil etdiyi institutda apardığı tədqiqatlarla bağlı slayd şou nümayiş etdirib.
Tədbir tələbələrin sualların cavablandırılması ilə yekunlaşıb.






Bookmark and Share
© Baku State University