Home AZRUEN

BDU-da Elmi Şuranın növbəti iclası keçirilib

20/02/2018

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Respublikamızda prezident İlham Əliyevin təhsilə, elə qayğısından, bu sahənin inkişafı istiqamətində imzaladığı sərəncamlardan bəhs edib. Akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında  məlumat verib.

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2017 – 2018 - ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məruzə ilə çıxış edib.

Elmi Şuranın iclasında Azərbaycan  Resruplikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları və AMEA-nın adlı mükafatları üzrə elan edilmiş müsabiqələrə namizədlərin irəli sürülməsi məsəsləsi müzakirə olunub.

Bundan  başqa, iclasda müsabiqənin keçirilməsi, elmi adların verilməsi və cari məsələlərə baxılıb.

Mətbuat və informasiya şöbəsi, 20 fevral 2018-ci il.

Bookmark and Share
© Baku State University