Home AZRUEN

BDU-da od çərşənbəsi qeyd olunub

03/03/2015

Bu gün Bakı Dövlət Universitetində od çərşənbəsi qeyd olunub. Universitetin professor-müəlim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə tələbələrin iştirakı ilə tonqal qalanıb, çərşənbə ilə bağlı maraqlı fikirlər səsləndirilib.

Universitetin rektoru, akademik Abel Məhərrəmov od çərşənbəsi, ümumiyyətlə Novruzla bağlı fikirlərini bölüşüb, universitet kollektivini bu münasibətlə təbrik edib.

Bookmark and Share
© Baku State University