Home AZRUEN

BDU-da professor Əyyub Əzizovun 80 illik yubileyi keçirilib

03/11/2014

Rektor Əyyub müəllimi xeyirxah, alicənab, pozitiv insan kimi xarakterizə edərək onu mənalı ömür yolundan bəhs edib. Deyib ki, Əyyub müəllim  bütün tələbələri  kimi mənim də sevimli müəllimim olub. Sonra Kimya fakültəsinin dekanı, professir Abdulsəid Əzizov “Böyük müəllimin şərəfli həyat  yolu”, BDU-nun kafedra müdiri, akademik Vasim Məmmədəliyev “Nəcib əməllər sahibi gözəl insan”, AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Alimlər müəllimi, Müəllimlər alimi” mövzusunda çıxışlar ediblər.

Yubilyarı BDU dekanları adından Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov və digərləri də təbrik ediblər.

 

Bookmark and Share
© Baku State University