Home AZRUEN

BDU-da “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib

11/11/2015

Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə həftəsi” çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil edib. Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən BDU-nun Tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov bu kimi görüşlərin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən ATB-nin sədri Elvin Aslanov bildirib ki, son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür, ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır. Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqət göstərməli olduqları məqamları vurğulayıb. 
Sonda tələbləri maraqlandıran suallar cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb

Bookmark and Share
© Baku State University