Home AZRUEN

BDU-nun SABAH qrup tələbəsi 7-ci Qlobal Forumda çıxış edib

02/05/2016

Məlum olduğu kimi, aprelin 25-27-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutub. Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri və fondlar daxil olmaqla ümumilikdə 147 ölkədən 1500-dən çox qona iştirak edib. BDU-nun SABAH qrup tələbələri Forumda aktivliyi ilə seçiliblər. SABAH qrupunun Kimya ixtisası üzrə ( ingilis qrupu) təhsil alan tələbəsi Sevda Şixəliyeva “Uşaqların və gənclərin inklüziv cəmiyyətdəki iştirakı” mövzusunda məruzə ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 02 may 2016-ci il.

Bookmark and Share
© Baku State University