Home AZRUEN

VII Respublika elmi konfransı

29/03/2013

Bakı Dövlət Universitetinin kimya fakültəsində 02-03 may 2013-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların VII Respublika elmi konfransı keçiriləcəkdir. Konfransda iştirak etmək üçün tezislər 15 aprel 2013-cü il tarixinə qədər təşkilat komitəsinə təqdim olunmalıdır.
Təqdim olunan tezislər aşağıdakı tələbatlara uyğun  qəbul olunur:
-   tezislərin həcmi A5 formatlı kağızda 1 səhifə olmaqla 1 intervalla, Azərbaycan dilində latın əlifbasının Times Neü Roman-12 şriftləri ilə çap olunmalıdır.
-   çıxış edəcək müəllifin e-mail ünvanı yazılmalı və adının altından xətt çəkilməlidir
-   materiallar elmi işin yerinə yetirildiyi müəssisənin müşayiət məktubu ilə təqdim olunmalıdır.
-   tezisin materialları disklə birlikdə təqdim olunmalıdır.
-   tezislərin tərtib olunma nümunəsi müəlliflərə təqdim olunan formada olmalıdır.

Bookmark and Share
© Baku State University